[reklamvideo]
Almaniyada Təhsil

Almaniyada Pulsuz Təhsil Verən Universitetlər Hansılardır? – 2024

Dünyanın ən yaxşı universitetlərində pulsuz təhsil almaq istəyirsinizsə, Almaniya sizin üçün əla seçim olacaqdır. Almaniyada pulsuz təhsil təkcə Almaniya vətəndaşlarına və ya AB üzv ölkələrindən olanlara deyil, bütün beynəlxalq tələbələrə təklif olunur. Üstəlik, Almaniyada təhsil haqqı əvəzinə hər semestr üçün təxminən 200-300 € töhfə ödənilir və bu qeydiyyat haqlarının məbləği ümumiyyətlə universitetdən və proqramdan asılıdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Onlar həmçinin müddətli ödənişlər, tələbə avtobusu biletləri, tələbə kafeləri və digər inzibati ödənişlər kimi kiçik xərcləri də qarşılamağa kömək edir. Almaniyanın 200-dən çox universiteti alman dilini bilməyən əcnəbi tələbələrə ingilis dilində tədris olunan 2000-dən çox pulsuz bakalavr və ya magistr proqramı təklif edir. Əgər siz Almaniyada təhsil haqqı ödəmədən təhsil almaq istəyirsinizsə, biz sizin üçün ən yaxşı universitetlər və təqaüd imkanları haqqında faydalı məlumatlar hazırlamışıq!

1. Free University of Berlin

Adından da göründüyü kimi pulsuz təhsil verən Free University of Berlin Almaniyada 1948-ci ildə qurulmuş dövlət universitetidir. Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən FU Berlin ingilis dilində biokimyadan qlobal tarixə, fəlsəfədən siyasətə qədər geniş çeşiddə dərəcə proqramları təklif edir. FU Berlin bütün dünyadan olan tələbələrə Deutschlandstipendium təqaüd proqramı ilə onların bütün diqqətlərini təhsillərinə cəmləmələrini təmin edir. Proqram istedadlı tələbələri ayda 300 Avro ilə dəstəkləsə də, tələbələr bakalavr dərəcəsi proqramına başlamaq üçün universitetə daxil olmalı və ya qəbul məktubu almalıdırlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

2. Technical University of Munich

Almaniyanın ən yaxşı 5 universiteti arasında yer alan Technical University of Munich 1868-ci ildə qurulub. Tədqiqat keyfiyyəti və mükəmməl təhsili ilə 17 Nobel mükafatı laureatı yetişdirmiş TUM Almaniyada xüsusilə STEM sahələrində pulsuz universitet axtaranlar üçün əla seçimdir. Münhendə əsas kampusu və Heilbronn, Freising və Garching-də filialları olan universitet tələbələrədən 62 € ilə 144 € arasında dəyişən semestr haqqı alır. Universitetin həmçinin. Sinqapurda da filialı var. Eyni zamanda, TUM tələbələr üçün geniş çeşiddə təqaüd proqramları da təklif edir.

almaniyada magistr tehsili

3. Ludwig Maximilian Munich University

Almaniyanın ikinci ən böyük universiteti olan Ludwig Maximilian Munich University 1472-ci ilə aid tarixi ilə Avropanın qabaqcıl tədqiqat universitetlərindən biri kimi tanınır. Almaniyanın ən yaxşı tələbə şəhərlərindən biri olan Münhendə əsası qoyulan universitet 50 mindən çox tələbə əhalisi və 40-dan çox Nobel mükafatı ilə təhsil və tədqiqat sahəsində dünya lideridir. Dövlət universiteti olaraq LMU həm yerli, həm də xarici tələbələrə pulsuz təhsil təklif edir və hüquqdan tutmuş iqtisadiyyat və biznesə qədər 20 fakültədə xidmət göstərir. LMU əksər bakalavr proqramları üçün təhsil haqqı tələb etmir, lakin siz hər semestr üçün 200 avro qədər ödəniş etməlisiniz. Eyni zamanda, universitet beynəlxalq tələbələr, doktorantlar və tədqiqatçılar üçün çoxlu maliyyə dəstəyi təklif edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

4. Humboldt University Berlin

Humboldt University Berlin 1810-cu ildə Almaniyanın paytaxtı Berlində yaradılmış ictimai tədqiqat universitetidir. Almaniyada təbiət elmləri, incəsənət və humanitar elmləri əhatə edən geniş bakalavr və magistr proqramları ilə məşhur olan Humboldt University Berlin dünyanın ən yaxşı universitetləri arasında pulsuz təhsil verdiyi üçün tələbələr tərəfindən də üstünlük təşkil edir. HU Berlin-də təhsil almaq üçün təxminən 300 avroluq bir semestr haqqı ödəməlisiniz. Humboldt həmçinin tələbələrə maliyyə və ya intellektual dəstək verən çoxsaylı təqaüd proqramlarına malikdir.

5. University of Bonn

1818-ci ildə əsası qoyulan University of Bonn Almaniyada ödənişsiz universitet axtaran tələbələr üçün hər semestr üçün 300 avro təhsil haqqı əla seçimdir. 130-dan çox ölkədən 35.000 tələbəyə təhsil verən Bonn, 7 fakültədə 200-dən çox dərəcə proqramı təklif edən dünyanın ən görkəmli və yaxşı şəbəkəli tədqiqat universitetlərindən biri kimi tanınır. Son illərdə universitet Almaniyanın digər universitetləri arasında ən çox Nobel mükafatı alan məzunları yetişdirmişdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bonn Universiteti Almaniyada pulsuz təhsil təklif etməklə yanaşı, tələbələrə geniş maliyyə dəstəyi də təklif edir. Təqaüdlərin əksəriyyəti Almaniyada tələbələrin yaşayış xərclərinə və ya əlavə təhsil xərclərinə töhfə vermək üçün nəzərdə tutulub. Beləliklə, Bonnda yaşayarkən ayda 600-800 € arasında olan orta yaşayış dəyəri üçün bu dəstəklərdən faydalana bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button