[reklamvideo]
Türkiyədə Təhsil

Türkiyədə Təhsil Haqqı Qiymətləri və Türkiyədə Yaşam Xərcləri

Avropa cazibəsi ilə Asiya mədəniyyəti arasında seçim edə bilmirsiniz? Onsuzda etməməlisiniz, Türkiyə hər hansı bir beynəlxalq tələbənin həyatına ləzzət verəcək sosial və mədəni birləşmə sayəsində sözün əsl mənasında hər iki dünyanın ən yaxşısıdır.

Əcnəbi tələbələrin Türkiyədə təhsil almağa qərar verməsi təəcüblü deyil, bir çox universitetlər dünya akademik reytinqlərinə görə siyahıya alınmışdır və ümumi təhsil və yaşayış xərcləri çox münasibdir. Amma nə qədər münasibdir?

Gəlin öyrənək!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

1. Türkiyə universitetlərində təhsil haqqı nə qədərdir?

Dövlət universitetlərində illik təhsil haqqı qiymətləri: Türkiyədə dövlət universitetləri xüsusilə Avropa və ya ABŞ-ın oxşar ali məktəbləri ilə müqayisədə çox münasibdir və beynəlxalq tələbələr bir tədris ili üçün 2.200 ilə 9.000 TL arasında ödəniş edirlər. Bu ödənişlərdən əlavə, bəzi ixtisas sahələri var ki, məsələn, Tibb və ya Mühəndislik ixtisasları proqramlarında illik təhsil haqqı qiyməti daha bahalı ola bilir.

Özəl universitetlərdə illik təhsil haqqı qiymətləri: Burada isə hər bir ölkədə olduğu kimi, Türkiyədə də özəl türk universitetləri dövlət universitetlərindən daha bahalı qiymətlərə malikdir. Buna baxmayaraq, siz daha münasib təhsil haqqı ilə akademik proqramlar da tapa bilərsiniz, lakin bunu da nəzərə almalısınız ki, illik 10.000 ABŞ dollarından çox olan proqramlar da var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Türkiyədə həm dövlət, həm də özəl ali məktəblər Avropa İttifaqından (Aİ) və ya Avropa İqtisadi Bölgəsindən (EEA) olan beynəlxalq tələbə namizədlərə daha aşağı təhsil haqqı təklif edib-etməmələrinə qərar verə bilərlər. Buna görə də təhsil almaq üçün müraciət edilən ali məktəbin rəsmi veb saytını yoxlamaq nə qədər təhsil haqqı ödəməli olduğunuzu tapmaq üçün ən yaxşı yollardan bir digəridir.

2. Türkiyədə tələbələr üçün yaşam xərcləri

Beynəlxalq tələbə olaraq Türkiyədə ayda 400-650 USD büdcə ilə yaşaya bilərsiniz və belə ki, bu qiymətlər, dünyanın digər təhsil yerləri ilə müqayisədə olduqca əlverişlidir. Orta yaşayış xərcləriniz həyat tərzinizdən və xərcləmə vərdişlərinizdən asılı olaraq arta və ya azala bilər.

Türkiyədə təhsil alarkən müxtəlif yerləşdirmə növləri arasından seçim edə bilərsiniz. Bəziləri daha çox büdcəyə uyğundur, digərləri isə rahatlıq təmin edir və bu halda, hansının ehtiyaclarınıza uyğun olduğuna qərar vermək əlbəttə ki, sizin ixtiyarınızdadır. Belə ki, Türkiyədə tələbələr üçün ən populyar yaşam variantlarını sizlər üçün aşağıdakı kimi sadalaya bilərik:

  • Universitet yataqxanaları: xərclər universitetdən və imkanlardan asılı olaraq dəyişir.
  • Dövlət yataqxanaları ayda 400-500 TL arasında dəyişir.
  • Özəl yataqxanalar: daha yaxşı imkanlarla, həm də daha yüksək xərclərlər təmin olunur.
  • Mənzil kirayəsi: bu isə, mənzilin yerindən və ölçüsündən asılı olaraq ayda 600-5.000 TL arasında dəyişir və əgər siz mənzil kirayə etməyin ən yaxşı variant olduğuna qərar versəniz, aylıq yaşam xərclərinə 500-5.000 TL əlavə edəcək əlavə kommunal xidmətləri də unutmamalısınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

3. Türkiyədə ərzaq xərcləri

Tələbələr hər gün 2 və ya 3 dəfə çox sərfəli yeməklər təqdim edən universitetin bufetindən yararlana bilərlər. Bu yeməklərin qiyməti təxminən 20-50 TL arasında dəyişir. Təbii ki, başqa yeməkləri dadmaq istəyirsinizsə, hər bir universitetin ətrafında başqa restoranlar, yeməkxanalar və ya kafelər var.

Qida və ərzaq məhsulları üşün aylıq büdcə əsasən həyat tərzinizdən asılıdır. Həftədə bir neçə dəfə çöldə yemək və ya yemək sifariş etməkdən zövq alsanız, daha çox xərcləyəcəksiniz, yox əgər siz yemək bişirməkdən zövq alırsınızsa və supermarketlərdə endirimlərə diqqət edirsinizsə, bu halda əlbəttə ki, daha az xərcləyəcəksiniz.

4. Türkiyədə nəqliyyat xərcləri

Aylıq nəqliyyat bileti (avtobus və metro üçün) təxminən 500 TL-dir və bu, gündəlik universitetə getmək və ya sadəcə olaraq ətraf əraziləri araşdırmaqdan və şəhəri yaxşı tanımaqdan həzz almaq istəyən tələbələr üçün faydalı olacaqdır. Əks halda, tək səfərlər üçün ödəniş etməyi gözləyə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button