[reklamvideo]
Amerikada Təhsil

Amerikada Magistr Təhsili Almaq Üçün Tələb Olunanlar Nələrdir?

Xaricdə təhsil almağı planlaşdıran tələbələr arasında ən populyar ölkə Amerika Birləşmiş Ştatlarıdır desək, yanılmarıq. 4000-dən çox universiteti olan ölkədə bir milyondan çox beynəlxalq tələbə təhsil alır. Hər il yüzlərlə gənc karyeralarını və həyatlarını dəyişmək, pul qazanmaq və xaricdə iş tapmaq üçün ABŞ-da təhsil almağı seçir. Eyni zamanda dünyanın ən yaxşı universitetləri, o cümlədən, MİT, Stanford Universiteti və Harvard Universiteti bütün akademik sahələr üzrə əla seçim təklif edir. Amerikadakı təhsil sistemi tələbələrin ehtiyac və maraqlarına uyğun olaraq ən son texnologiya ilə təchiz edilmiş çevik seçimlər təklif edir. Amerika universitetlərinin beynəlxalq dərəcəsi sizə müxtəlif layihələr, fərqli perspektivlər, Amerikada həyat və geniş karyera imkanları haqqında araşdırmalar təqdim edəcəkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada tehsil

Amerikada Magistratura Təhsili Almağın Üstünlükləri

ABŞ-da təhsil almaq həmişə xaricdəki universitetdə magistratura təhsilini başa vurmaq istəyən tələbələr üçün ilk seçim olub. Amerikada magistr təhsil sistemi; Master of Science, Master of Business və Master of Business Administration olaraq üç qrupa bölünməklə bərabər, təhsil müddəti iki ildir. Universitetlərin özəl və dövlətə bölündüyü ölkədə təhsil sistemi tez-tez dövlət tərəfindən idarə olunur və təqaüdlər, kreditlər, qrantlar və fondlarla dəstəklənir.

Çünki ölkədə təhsil haqları və yaşam xərcləri Kanada, Avstraliya və Avropanın əksər ölkələrindən yüksəkdir və təhsil müəssisələrinin xüsusilə beynəlxalq tələbələr üçün təqdim etdiyi məsləhət xidmətləri tələbələrə maliyyə yardımı planlaşdırılmalarında dəstək olur. ABŞ-da təhsil müəssisələri magistrları məzun olduqdan sonra akademik və iş həytına hazırlamaq üçün yüksək keyfiyyətli təhsil proqramları ilə təchiz edilmişdir. Seçdiyiniz proqramdan asılı olmayaraq, ABŞ-da universiteti bitirmək beynəlxalq əmək bazarında karyera üçün diploma sahib olmağınızı təmin edəcəkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada bakalavr tehsili

Amerikada Magistr Proqramlarına Necə Müraciət Etmək Olar?

ABŞ-da magistr proqramlarına müraciət edəcək tələbələrin diqqət etməli olduğu ən vacib məsələ müraciət tarixləri və lazımi sənədlərdir. Ümumiyyətlə, müraciət edəcəyiniz universitetə və proqrama görə dəyişir, lakin tədris ilinin avqustun sonlarında başladığını nəzərə alaraq, bir il əvvəl məktəblərlə əlaqə saxlayıb lazımi sənədləri hazırlamalısınız. Müraciət etmək üçün yaxşı səviyyədə ingilis dili və yüksək bakalavr orta balınız olmalıdır. Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır;

  • Bakalavr diplomu və ya bakalavr təhsilini davam etdirənlər tərəfindən alınacaq tələbə sertifikatı.
  • Orta balınız nə qədər yüksək olsa, yaxşı universitetə daxil olmaq şansınız bir o qədər yüksək olar.
  • Pasport və tələbə vizası.
  • Müraciət etdiyiniz universitetdən qəbul sənədi.
  • TOEFL və ya IELTS imtahan balları universitetlərə görə fərqli olsa da, magistr təhsili üçün müraciət edən tələbələr ballarını yüksək tutmalıdırlar.
  • Seçdiyiniz universitetlərə görə, düşünmə, problem həll etmə və tənqidi düşünmə kimi bacarıqlarınızı qiymətləndirmək üçün sizdən GRE və GMAT imtahanlarından nəticə tələb edə bilər.
  • Müraciət etdiyiniz universiteti niyə seçdiyiniz, gələcək planlarınız və oxuyacağınız proqramla bağlı nə edəcəyiniz kimi suallara cavab verəcəyiniz niyyət məktubu.
  • Bakalavr təhsiliniz müddətində universitet müəllimlərinizdən iki və ya üç tövsiyə məktubu.
  • MBA proqramlarında iştirak edəcək şəxslərin iş təcrübəsini əks etdirən CV.
  • Yaradıcı incəsənət, memarlıq, sənaye dizaynı və moda dizaynı kimi proqramlarda təhsil alacaq şəxslər tərəfindən hazırlanacaq portfolio.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button