Attestatla Avropada Təhsil üçün 5 Ölkə – 2024 Xaricdə Təhsil
Xaricdə təhsil almaq əslində bir çox tələbə namizədin arzusudur. Xüsusilə də, Avropa ölkələrində alınacaq dil, bakalavr və magistratura təhsili ilə insanlar fərqli mədəniyyətlərdə özlərini inkişaf etdirə, yeni dostlar qazana və seçdikləri sahələrdə qlobal biliklərə sahib ola bilərlər. Avropada başa çatan təhsilin sonunda tələbələrin karyera imkanları da artır və beləliklə, daha keyfiyyətli həyat variantları ortaya çıxır.
Tibb, memarlıq, mühəndislik, dizayn, media və bir çox oxşar bölmələrdə müvəffəqiyyət qazanan tələbələr bu prosesdə dünya miqyasında nüfuz qazanmış mühüm məktəbləri də bitirmək şansı əldə edirlər. Burada tələbələr üçün vacib olan hədəf uyğun Avropa ölkəsi və təhsil müəssisəsini seçməkdir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Bundan əlavə, Avropa ölkələrində universitet qiymətlərinin digər ölkələrlə müqayisədə aşağı olması, buradakı universitetlərin dövlət tərəfindən dəstəklənməsi, AB üzvü olmayan ölkələrdən gələn beynəlxalq tələbələr üçün təqaüd imkanları və hətta pulsuz təhsil imkanları ilə yanaşı, İELTS və TOEFL tələb olunmaması, hətta Tək Attestatla qəbulun aparılması Avropada təhsili üstünlük təşkil edən səbəblərdəndir.
Son illər ölkəmizdən də və dünyanın müxtəlif ölkələrindən çoxlu tələbə universitet təhsili üçün əlverişli iqtisadi şəraiti ilə yanaşı üstünlükləri ilə də seçilən Avropa ölkələrinə üstünlük verməyə başlayıb. Elə isə gəlin, indi Avropanın xaricdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri üçün Tək Attestatla qəbul aparan 5 ölkəsinə birlikdə nəzər yetirək!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
1. Polşa
Mərkəzi Avropada yerləşən Polşa müxtəlif mədəniyyəti, sakit gözəlliyi ilə məşhurdur və məşhur olaraq Pierogi ölkəsi adlandırılır. Polşanın paytaxtı Varşava Polşa mədəniyyətinə və kosmopolitlərin təlaşına əsaslanan səs-küylü paytaxt şəhəridir və həmçinin Şərqi-Mərkəzi Avropa zonasında ən böyük birjaya malik Avropa İttifaqında altıncı ən böyük iqtisadiyyata malikdir.
Bundan əlavə, Polşa zəngin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə yanaşı, Avropanın digər hissələri ilə müqayisədə yüksək səviyyəli akademik instiutları, canlı mədəniyyəti və müvafiq olaraq daha ucuz təhsili ilə də tələbələrin diqqətini çəkir. Həmçinin, ingilis dili bilməyən beynəlxalq tələbə namizədləri üçün İELTS və ya TOEFL imtahan nəticəsi də tələb etməməsi və bir çox reytinli universitetlərin Tək Attestat sənədi ilə qəbul aparması onu xaricdə təhsil almaq üçün ən çox müraciət edilən Avropa ölkəsi edir. Polşanın Tək Attestat sənədi ilə qəbul prosesini həyata keçirən ali təhsil ocaqlarını aşağıdakı kimi sadalaya bilərik:
- WSB University
- Poznan University of Economics and Business
- Vistula University
- University of Humanities and Economics
- University of LODZ
- University of Humanities and Economics in Lodz
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
2. Latviya
Baltik dənizinin sahilində yerləşən və İsveçlə dəniz sərhədi olan Latviya şimali-mərkəzi Avropanın üç ölkəsindən biridir və ölkə Litva, Estoniya, həmçinin Rusiya və Belarusiya ilə həmsərhəddir. Nisbətən düz coğrafiyaya malik olan ölkədə ən hündür yerlər 300 metri keçmir. Ölkədə 2 milyona yaxın insan yaşayır ki, bu da əhalinin sayına görə kifayət qədər kiçikdir, lakin ölkənin kiçik olmasına baxmayaraq, sıx təbii gözəllikləri və milli parkları ilə görülməyə dəyərdir!
Latviyadakı bir çox universitetlər İELTS və TOEFL imtahanları əvəzinə onlayn şəkildə keçirilən öz imtahanlarını və əvvəllər oxuduğunuz təhsil müəssisəsindən ingilis dili biliyi sənədlərinizi və ya Skype müsahibəsini xarici dil biliyi kimi qəbul edir. Latviya İdman Akademiyası üçün ingilis dili şərti yoxdur, ancaq sizə veriləcək çox sadə ingilis dili imtahanı və Attestat sənədi kifayətdir. Bir sözlə, namizəd tələbələr Avropanın ən gözəl şəhərlərindən birin də, İELTS imtahanı tələb olunmadan və Tək Attestatla təhsil ala bilərlər!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
3. Litva
Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası (Republic of Lithuania) Avropada Baltik dənizinin şərq sahilində yerləşir və respublikanın paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə isə Polşa və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir.
Hər il dünya üzrə orta hesabla 7000-dən çox beynəlxalq tələbə namizədi xaricdə təhsil almaq üçün Litva universitetlərinə müraciət edir, buna səbəb əlbəttə, ölkənin keyfiyyətli təhsil sisteminə malik olması və xarici tələbələr üçün İELTS və ya TOEFL imtahan sertifikatlarını tələb etməməsi və Tək Attestat sənədi ilə qəbul aparmasıdır.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
4. Xorvatiya
Şərqi Avropanın ən dinc və sevimli ölkələrindən biri olan Xorvatiya tələbələrimizi İELTS və TOEFL olmadan Tək Attestatla universitet təhsili üçün qəbul edir. Ölkənin paytaxtı Zaqrebdir və onun əsas şəhərində təxminən 2 milyon əhali yaşayır və ölkənin şəhərlərində, xüsusən də paytaxt Zaqrebdə reytinqli universitetlərdə təhsil almaq şansı əldə edə bilərsiniz.
Ölkənin bütün şəhərləri görülməli xüsusiyyətləri ilə seçilir və beynəlxalq tələbələrimiz üçün vacib olan bir digər məqam isə Xoraviyada təhsil haqqı qiymətlərinin və yaşam xərclərinin digər Avropa ölkələr ilə müqayisədə, çox münasib olmasıdır. Çox sayda turistin diqqətini çəkən bu ölkə təbii gözəllikləri, tarixi xüsusiyyətləri və sivil həyatı ilə cəlbedicidir və ümumiyyətlə, xorvat xalqı türk xalqına da yaxın və qonaqpərvər mühit bəxş edir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
5. Yunanıstan
Cənub-şərqi Avropada, Asiya və Afrikanın kəsişməsində yerləşən Yunanıstan tipik bir ölkə deyil, əslində o, qədim sivilizasiyanı təmsil edir. Günəşli havası və Aralıq dənizi iqlimi, sehrli landşaftları və zəngin mədəni irsi ilə Yunanıstan dünyanın ən qeyri-adi təhsil yerlərindən biridir. Yunanıstanda təhsil almaq ali təhsilin və biliyin müqəddəs zirvəsinə getmək kimidir, təxminən 2 min il əvvəl yaradılmış fəlsəfi məktəblər vasitəsilə ali təhsil ideyasını ilk dəfə yunanlar inkişaf etdirmişlər. Əgər siz Yunanıstanda təhsil almağı düşünürsünüzsə, nəzərinizə çatdırmaq istəyirik ki, siz burada da İELTS və ya TOEFL imtahan nəticəsi tələb olunmadan, Tək Attetatla təhsil ala bilərsiniz!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.