[reklamvideo]
Xaricdə Təhsil

Avropada Pulsuz Təhsil Almaq Üçün Təqaüd Proqramları – 2024

Xaricdə universitetdə təhsil son illərdə tələbələrin ən çox sevdiyi mövzulardan biri olsa da, yaşadığınız ölkədən kənara köçmək bahalı macəraya çevrilə bilər. Amerika, İngiltərə və Kanada kimi ölkələrdə tələbə sıxlığı təhsil haqlarına və yaşayış xərclərinə əlavə edildikdə, hökumətlər, özəl təşkilatlar və universitetlər kimi təqaüd verən qurumlar tərəfindən təklif olunan maliyyə yardımı qazanmaq üçün sizi rəqabətli mühit gözləyir. Bununla belə, bəzi tələbələr öz istedadları, yüksək bal ortalamaları və nailiyyətləri sayəsində beynəlxalq magistr təqaüdləri, doktorantura və bakalavr təqaüdləri almaq hüququ qazanırlar ki, bu təqaüdlər dünyanın saysız-hesabsız qurumları təhsil müddətində gənclərə dəstək olur və onların arzularını həyata keçirməyə kömək edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Hazırda xaricdə təhsil almağı düşünən tələbələrin əksəriyyəti universitetdə təhsillərini davam etdirmək üçün maliyyə dəstəyinə ehtiyac duyurlar. Xoşbəxtlikdən, ali təhsilin hər il artan xərclərinə qarşı, tələbələrin müraciət etdikləri ölkələrə, universitetlərə və proqram növlərinə görə dəyişən təqaüd qurumları tərəfindən təklif olunan xaricdə təqaüdlər mövcuddur ki, burada bu xərcləri minimuma endirirlər. Avropanın ən nüfuzlu beynəlxalq təqaüdləri və ölkələr üzrə qaçırmamalı olduğunuz təqaüd müraciətləri haqqında təfərrüatlara nəzər salaq!

Visegrad Təqaüd proqramı

Visegrad təqaüdü Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulmuş nadir təqaüd proqramlarından biridir. Bu Avropa ölkələrinə Çexiya, Polşa, Macarıstan və Slovakiya daxildir. Çünki, bu kimi ölkələr Qərbi Avropa ölkələrinə nisbətən daha əlverişli yaşam və təhsil xərcləri təklif etdiyi üçün təqaüd məsələlərində daha məhdud imkanlara sahibdirlər.

Visegrad təqaüdü təhsil haqqının tam əhatə etmir. Buna baxmayaraq, hər tələbə üçün universitetə 1,500 avroya qədər semestr üzrə təhsil haqqı ödənişi olunur. Əgər, semestr təhsil haqqı 1,500 avrodan çox olarsa, qalan hissə tələbə tərəfindən ödənməlidir. Bu baxımdan, tövsiyə olunur ki, universitet və ixtisas seçimi edərkən təhsil haqlarına da diqqət yetirilsin. Eyni zamanda tələbə, hər semestr üçün 2,500 avro olmaqla stipendiya alır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bu stipendiya yalnız universitetdə qeydiyyatdan sonra və həmin ölkədə açılacaq avro hesabına birdəfəlik transfer olunur. 2,500 avro sentyabr/oktyabr aylarında ödənildiyi üçün ilk ayda müəyyən xərcləri tələbə özü qarşılamalıdır. Əgər tələbənin faktiki yaşadığı ölkə ilə gedəcəyi universitet arasındakı məsafə 1,500 km-dən çoxdursa, bu zaman səyahət qrantına da müraciət etmək olar. Amma bu qrantın verilməsi sığorta olunmur, yəni verilməyə də bilər.

Visby Təqaüd Proqramı

İsveç İnstitutu tərəfindən maliyyələşdirilən Visby təqaüd proqramı İsveç hökümətinin Avropa Şərq Tərəfdaşlığı (EaP) və həmçinin Rusiya Federasiyasının vətəndaşları üçün nəzərdə tutulmuşdur. Beynəlxalq tələbələr üçün ən prestijli təqaüd proqramlarından biri olmaqla, hər il 7 ölkənin hər birindən təxminən 9-13 tələbə Visby təqaüd proqramına seçilir. Visby təqaüd proqramı digər proqramlardan olduqca əlverişlidir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

DAAD Təqaüd Proqramı

DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır. Həmçinin DAAD alman ali məktəblərinin və tələbələrin birliyi kimi tanınan qurumdur. 1 yanvar 1925-ci ildə bir tələbə tərəfindən Heydelberqdə yaradılan Alman Akademik Mübadil Xidməti olan DAAD-ın məqsədi və prinsipi tələbələri və elmi birləşdirmək olmuşdur. Həmin vaxtdan etibarən günümüzə qədər 1.9 milyondan çox tələbənin və elmi işçilərin təhsil almasına öz töhfəsini vermişdir. Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirir. Tələbə və elmi işçiləri dəstəkləyən ən görkəmli proqramlardan biri olan DAAD-ın əsas fəaliyyəti həm yerli , həm də xarici tələbələri təqaüdlə təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button