[reklamvideo]
Xaricdə Təhsil

IELTS və TOEFL Tələb Olunmadan Avropada Təhsil – 2024

Xarici universitetlərə müraciət etməyi düşünən tələbələr üçün ən vacib tələblərdən biri IELTS və TOEFL kimi dil imtahanları bu gün əksər tələbələr üçün ən böyük maneələrdən biri kimi görünür. Dünyadakı minlərlə universitetdə, xüsusən İngiltərə, Amerika və Avropa kimi ingilis dilli ölkələrdə təhsil almaq üçün tələbə namizədlərdən ingilis dili səviyyəsini sənədləşdirib təsdiq etmələri tələb olunur. Hər iki imtahan danışma, yazma, oxuma və dinləmə kimi hissələrdən ibarət olsa da, bu gün xüsusilə xarici mübadilə proqramları, universitet müraciətləri, tələbə vizaları, təqaüdlər, iş tapmaq və işləmək üçün ehtiyacınız olan IELTS və TOEFL imtahan nəticələri bir çox imkanlar təqdim edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Lakin həm yüksək imtahan xərcləri, həm də hazırlıq dövründə sərf olunan vaxtı nəzərə alaraq tələbə namizədlər müxtəlif variantları araşdırmağı seçirlər. Bəs, IELTS və ya TOEFL imtahan nəticələri tələb olunmadan Avropada təhsil almaq olarmı? Əlbəttə ki, ala bilərsiniz. Çünki bu gün İngiltərə, Avstraliya və ABŞ da daxil olmaqla, dünyanın bir çox ölkəsi ana dili ingiliscə olmayan tələbə namizədlərə imtahansız və heç bir dil biliklərini təsdiq edən imtahan nəticəsi tələb olunmadan bakalavr və ya magistratura proqramları təklif edir. Gəlin birlikdə, IELTS və TOEFL tələb olunmadan Avropada təhsil ala biləcəyiniz ən yaxşı ölkələrə nəzər salaq!

Polşa

Polşa zəngin tarixi, canlı mədəniyyəti və qonaqpərvər insanları olan böyük bir ölkədir. Beynəlxalqlaşma sahəsində son səylər sayəsində Polşa xaricdə getdikcə daha çox əcnəbi cəlb etməkdədir və ölkə münasib təhsil haqqı və olduqca əlverişli yaşam dəyəri ilə dünya səviyyəli təhsil təklif edir. Mərkəzi Avropada yerləşən Polşa Almaniya, Çexiya, Slovakiya, Ukrayna, Belarusiya, Litva və Rusiya Federasiyası ilə həmsərhəddir (Kalininqrad eksklavi vasitəsilə). Polşanın paytaxtı və ən böyük şəhəri Varşava geniş kurslar təklif edən bir çox universitetin olduğu müasir və maraqlı mərkəzdir, digər böyük universitet şəhərlərinə isə Krakov, Poznan, Lodz və Wroclaw daxildir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada ali təhsilin təqribən 800 illik tarixi var və ölkədə 400-dən çox universitet var – onların bir çoxu indi beynəlxalq tələbə namizədləri üçün ingilis dilində də təhsil proqramları təklif edir. Krakovdakı Yagellon Universiteti 1364-cü ildə əsası qoyulmuş Polşanın ən qədim universitetidir və astronom Nikolay Kopernik, Papa II İohann Pavel və iki Nobel mükafatçısını məzun etmişdir. Polşanın ən böyük universiteti isə Varşava Universitetidir. 1816-cı ildə əsası qoyulmuş universitet, İsrailin ilk Baş Naziri David Ben-Qurion və məşhur bəstəkar Frederik Şopen də daxil olmaqla, məzunların təsirli siyahısına malikdir.

Latviya

Baltik dənizinin sahilində yerləşən və İsveçlə dəniz sərhədi olan Latviya Şimali-Mərkəzi Avropanın üç ölkəsindən biridir və ölkə Litva, Estoniya, həmçinin Rusiya və Belarusiya ilə həmsərhəddir. Nisbətən düz coğrafiyaya malik olan ölkədə ən hündür yerlər 300 metri keçir. Ölkədə 2 milyona yaxın insan yaşayır ki, bu da əhalinin sayına görə kifayət qədər kiçikdir, lakin ölkənin kiçik olmasına baxmayaraq, sıx təbii gözəllikləri və milli parkları ilə görülməyə dəyərdir!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Latviyadakı bir çox universitetlər İELTS və TOEFL imtahanları əvəzinə onlayn şəkildə keçirilən öz imtahanlarını və əvvəllər oxuduğunuz təhsil müəssisəsindən ingilis dili biliyi sənədlərinizi və ya Skype müsahibəsini xarici dil biliyi kimi qəbul edir. Latviya İdman Akademiyası üçün ingilis dili şərti yoxdur, ancaq sizə veriləcək çox sadə ingilis dili imtahanı və Attestat sənədi kifayətdir. Bir sözlə, namizəd tələbələr Avropanın ən gözəl şəhərlərindən birin də, İELTS imtahanı tələb olunmadan və Tək Attestatla təhsil ala bilərlər!

Yunanıstan

Yunanıstanda təhsil almaq ali təhsilin və biliyin müqəddəs zirvəsinə getmək kimidir, təxminən 2 min il əvvəl yaradılmış fəlsəfi məktəblər vasitəsilə ali təhsil ideyasını ilk dəfə yunanlar inkişaf etdirmişlər. Əgər siz Yunanıstanda təhsil almağı düşünürsünüzsə, nəzərinizə çatdırmaq istəyirik ki, siz burada İELTS və ya TOEFL imtahan nəticəsi tələb olunmadan, təhsil ala bilərsiniz!

Ölkənin bütün şəhərləri görülməli xüsusiyyətləri ilə seçilir. Çox sayda turistin diqqətini çəkən bu ölkə təbii gözəllikləri, tarixi xüsusiyyətləri və sivil həyatı ilə cəlbedicidir və ümumiyyətlə, yunan xalqı türk xalqına da yaxın və qonaqpərvər mühit bəxş edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button