[reklamvideo]
Kanadada Təhsil

Kanadada Kollec Təhsili Almaq – Ən Yaxşı Dövlət Kollecləri – 2024

Sosial-iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Kanada iqtisadiyyatın, sosial təminatın inkişafının və təhsil sisteminin keyfiyyətinin göstəricisidir. OECD ölkələri arasında aparılan araşdırmalara görə, Kanada təhsilə verdiyi önəm və keyfiyyətinə görə dünyada üçüncü yerdədir. Adambaşına düşən təhsilə xərclənən vəsait, universitetlərin dünya standartlarına uyğun olması, verilən diplomların bütün dünyada tanınması, məzun olan hər bir tələbənin qlobal uğurları Kanadanın təhsil baxımından nə qədər inkişaf etmiş ölkə olduğunun sübutudur. Bu məqaləmizdə isə Kanadada kollec təhsili haqqında sizi maraqlandıran bütün sualları araşdırdıq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

kanadada tehsil

Kanadada Kollec Təhsili İlə Universitet Təhsili Arasındakı Fərqlər

Kanadada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün kollec və universitet təhsili arasındakı fərqləri anlamaq çox vacibdir. Bu iki təhsil müəssisəsi təklif etdikləri proqramlar, təhsil yanaşmaları və məqsədləri baxımından bir-birindən fərqlənir. Kolleclər tələbələrə daha çox praktiki və peşə hazırlığı təklif edir. Proqramlar tələbələri konkret sənaye və ya peşəyə birbaşa hazırlamağa yönəlib. Universitetlər isə ümumiyyətlə daha akademik və nəzəri təhsil təklif edirlər. Onlar tələblərə geniş biliklər verməklə onların tənqidi təfəkkür və tədqiqat bacarıqlarını inkişaf etdirirlər. Kolleclərdə təklif olunan proqramların davam etmə müddəti adətən 1-3 il ərzində tamamlanır. Universitetlərdə isə bakalavr proqramları adətən 4 il davam edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Universitet Kollecləri Nədir?

Universitet kollecləri Kanadadakı universitetlər və kolleclər arasında bütövlüyü təmin edən məktəblərdir. Onlar tələbələrə kollec dərəcələri, sertifikatlar, universitet dərəcələri və dil proqramları daxil olmaqla, geniş proqramlar təklif edirlər. Tələbələr bakalavr təhsili almaq və ilk iki ilini kolleclərdə keçirmək istəyirlərsə, kreditləri tamamlaya bilərlər. Burada ən vacib detal kredit aldıqları kursların oxumaq istədikləri bakalavr proqramına uyğun olub-olmadığını yoxlamaqdır. Bu kolleclərdə təhsil almaq üçün tələbələrin 18 yaşı olmalıdır və beynəlxalq tələbələrdən isə proqramın əvvəlində əlavə məcburi kurslar keçmələri tələb oluna bilər. Akademik karyera qurmaq istəyənlərdən proqramı uğurla başa vurmaq tələb olunur.

kanada tehsil

Community Kolleclər

Community Kolleclər nəzəriyyədən çox praktiki təhsili almağı hədəfləyən tələbələrin üstünlük verdiyi təhsil müəssisələrdir. 1 və ya 2 illik sertifikat və 3 və ya 4 illik diplom proqramları təklif olunur. Bəzi kolleclərin də universitet dərəcələri vermək səlahiyyəti var. Onlar həmçinin tələbələrə ödənişli və ya ödənişsiz təcrübə imkanları təklif edirlər. Səhiyyə, biznes, incəsənət, kollec hazırlığı, sosial xidmətlər, böyüklər üçün təhsil proqramları və akademik proqramlar ən populyar proqramlardır. Kolleclər iş həyatındakı dəyişikləri və texnoloji inkişafları daima izləyərək keyfiyyətli həyat üçün lazım olan təhsili verir. Bir çox kollec ISO seritikatına malikdir. Orta məktəbdən sonra davam etdirə bilən proqramlarla yanaşı, bakalavr təhsilindən sonra da davam etdirilə bilən magistratura proqramlar da var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Kanadada Ən Yaxşı Dövlət Kollecləri Hansılardır?

  • Algonquin College
  • Senca College
  • George Brown College
  • Centennial College
  • St. Lawrence College
  • British Columbia Institute of Technology
  • Sheridan College
  • Langara College
  • Fanshawe College
  • St. Clair College

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button