Work and TravelXaricdə Təhsil

Mədəniyyət şoku nədir- Xarici tələbələrin mühitə adoptasiyası

turkiyede tehsil

Xaricdə olarkən ilk üzləşdiyiniz mühit, ətraf aləm bizə demək olar ki, tamamilə yad təsir bağışlayır.  Bu dəyişikliklərin tanınması, dərk edilməsi və onlara uyğunlaşma prosesi isə mədəniyyət şoku adlanır.

Normal mühitimizdə jestlər, səs tonu, hətta insanların üz cizgiləri belə bizə tanışdır. Lakin fərqli mühitdə öyrəndiklərimizin tam əksi ilə qarşılaşırıq. Yeni bir ölkədə bu mədəni incəliklərdən daha çox xəbərdar oluruq, çünki onlar bizim normal standartlarımızdan fərqlənir.

Hətda kəskin şəkildə fərqli kulinariya ənənələri mədəniyyət şokuna səbəb ola bilər. Yemək mədəniyyətdə dərin kök salmışdır və yediyimiz qidalar həm yaxşı, həm də pis olmasına baxmayaraq bizə tanışdır. Evdən uzaqda olmaqla tələbələr öyrəşdikləri inqredientlərdən və qidalardan uzaq qalırlar və bu da güclü emosiyalara, hətta depresiyaya səbəb ola bilər.

Siz sözün əsl mənasında şoka uğramaq termininin tam qarşılığı olaraq işlənən bu ifadə sözün əsl mənasında özünü doğruldur.  Mədəniyyət şokunun dörd mərhələsi var:

  • İlkin eyforiya mərhələsi – Yeni yerə ilk gəldikdən sonra, yeni seçdiyiniz yerin təklif etdiyi bütün gözəlliklər tələbələr üçün məftun edici gəlirvə tələbələr özlərini sanki başqa fərqli dünyaya düşmüş kimi hiss edirlər. Bu mərhələdə mədəni oxşarlıqları tanımaq və fərqliliklərə məftun olmaq ehtimalınız daha çoxdur.
  • Qıcıqlanma mərhələsi – Tədricən eyforiya hissi azaldıqca yeni mühitin reallıqları ilə üzbəüz qalmalı olacaqsınız və qəzəblənəcəksiniz. Uyğunlaşmalı olduğunuz hər şeydən əsəbləşəcəksiniz və bəzən emosiyalar o qədər güclü olur ki hətta peşmalıq hissi və geri dönmə istəyi yaranır.
  • Tədricən başa düşmə / Tənzimləmə mərhələsi – Nəhayət, istirahət edə bilərsiniz. Yeni olduğunuz mühitlə barışdınız və emosiyalarınızı balanslaşdırmağa nail oldunuz. Əsəbiləşmək əvəzinə, fərqlilikləri daha dərindən dərk etməyə başlayırsınız. Bu proses olduqca tez bir zamanda baş verir və nəhayət özününzü yeni həyata hazır etməyə başlayırsınız.
  • Uyğunlaşma – Yeni evinizdə yüksək komfort səviyyəsinə çatmaq mədəniyyət şokunun son mərhələsidir. Nəhayət işlərin ardıcıllığı sizin üçün indi daha məntiqlidir, yad adamlarla rahat danışa bilirsiniz və mədəni nüansları başa düşürsünüz. Rutininiz daha təbiidir. Əlbəttə, siz hələ də dostlarınız və ailəniz üçün darıxırsanızda, tədricən yeni dostlarınız və fəaliyyətləriniz gündəlik həyatınızın bir hissəsinə çevriləcək

Necə tez adoptasiya olmaq olar

  1. Mədəniyyəti araşdırın: Öyrənəcəyiniz ölkənin mədəniyyətinə və ənənələrinə ətraflı şəkildə bələd olmağınız məsləhət görülür. Bu, sizi yeni mədəniyyətə hazırlaşdıracaq və mədəni şok riskini azaltacaqdır.
  2. Dil öyrənin: Yerli dildə bilmək sizə ölkəyə uyğunlaşmaq və yerli insanlarla rahat əlaqə qurmaq imkanı verəcək. Beləliklə hətta real ingilis dilini belə öyrənmə imkanı əldə edəcəksiniz.
  3. Sosial təşkilatların qruplarına qoşulun: Tələbə təşkilatları, klubları və ya idman klubları kimi qruplara qoşulmaq yeni insanlarla tanış olmağa imkan verəcək və yerli ənənələri daha yaxşı başa düşməyinizə şərait yaradacaqdır.
  4. Öyrənəcəyiniz ölkəni daha yaxşı anlamaq üçün yerli insanlarla müxtəlif söhbətlər aparmağınız məsləhətdir. İnsanlarla rahat münasibətlər quraraq, onların ölkələrinə dair məlumatlar əldə etmək olduğunuz mühitə tez uyğunlaşmağı təmin edəcəkdir.

Başqa hansı dəyərlər mədəniyyəti fərqləndirir

  1. Sosial normalar: Hər mədəniyyətin öz sosial normaları vardır. Məsələn, insanların bir-biriləri ilə necə salamlaşdığı və ya cəmiyyətdə necə davranması lazım olduğu bir mədəniyyətdən başqa bir mədəniyyətdə keçdikdə böyük ölçüdə dəyişiklik göstərə bilər. Yuxarıda qeyd etdiyimiz kimi ölkənin mətbəxi də uyğunlaşma prosesinin əsas hissəsidir.Yeni bir ölkədəki yemək və mətbəx ənənəsi, insanın alışdığı,özünə məxsusluğundan tamamilə fərqli ola bilər. Bu, xüsusilə yemək məhdudiyyətləri və ya seçimləri olan insanlar üçün daha çətin olacaqdır.
  2. Dəyərlər və inanclar: Fərqli mədəniyyətlərin fərqli dəyərləri və inancları olur, bu da bizdən qarşımızdakı mədəniyyətə daha sayğılı, hörmətlə yanaşmağı tələb edir.
  3. İqlim və hava şəraiti: Başqa bir ölkəyə köçürərkən fərqli bir iqlimə adaptasiya olmaq əhəmiyyətli bir məsələdir. Bu, fərqli temperaturalara, hava şəraitinə və mövsüm dəyişikliklərinə uyğunlaşmağı və s ola bilər. Məsələn: İngiltərədə ilin əksər mövsümü yağışlı tutqun hava şəraitində olur. Bu mühit əvvəlcə depressiv əhval-ruhiyyə yarada bilər. Buna görə daha diqqətli olmağınız tələb olunur.

Mədəniyyətin incəlikləri-salamlaşma

Məsələn, ABŞ və İngiltərədə insanlar adətən bir-birilərini “Hello” (salam) deyərək salamlayırlar. Ancaq Yaponiyada, insanlar bir-biriləri ilə üzünü örtüb “Konichiwa” deyərək salamlaşırlar. Başqa bir nümunə olaraq, Hindistanda insanlar salamlaşma zamanı bir-birilərinin sağ əlindən tutub gözlərinə baxırlar. Əksəriyyət fərqlərə baxmayaraq, hər mədəniyyətin özünəməxsus salamlaşma qaydaları və yolları vardır. Bu da, fərqli mədəniyyətlərdə salamlaşmanın bəzi formalarında qarışıqlıqlara səbəb ola bilər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button