Polşa Ali Təhsil Sistemi – Polşada Təhsil Almaq – 2024
Polşada Ali Təhsil Almağın Üstünlüyü
Polşanın ali təhsil müəssisələrini hətta çətin anlarda belə tələbələr üçün əlçatan saxlamaqla bağlı uzun və qürurlu ənənəsi var. Belə ki, Polşanın Uçuş Universiteti (Polish Flying University) haqqında heç eşitmisinizmi? 1800-cü illərin sonlarında universitetlər ciddi nəzarət altında idi və qadınların ali təhsil alması üçün universitetə qəbuluna icazə verilmirdir. Buna görə də, Polşa alimləri gizli şəkildə kursların keçirildiyi cəsarətli yeraltı hərəkata başladılar.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Hakimiyyətdən qaçmaq üçün bu görüşlər hətta fəlsəfə və riyaziyyatdan tutmuş incəsənət və elmə qədər hər şeyi öyrədən fərdi evlərdə keçirilirdi. Mümkün bir aşkarlığın qarşını almaq üçün dərslər tez-tez paytaxt Varşava şəhəri ətrafında bir yerdən başqa yerə köçərək ona Uçuş Universiteti adını qazandırmış və bu universitetin görkəmli məzunları arasında Nobel Mükafatı laureatı Marie Sklodowska Curie kimi dahi şəxsləri qeyd edə bilərik.
Hal-hazırda isə Polşa ali təhsil sistemi Boloniya prosesinin məqsədlərini izləyir və dövlət və özəl ali məktəblər isə tələbə namizədlərə üç döv dərəcə təklif edir: Bakalavr, Magistr və PhD. Tədris ili qış və yaz semestrlərinə bölünərək oktyabr ayından iyun ayın ayına qədər davam edir və siz əyani və ya qiyabi təhsil formasını seçə bilərsiniz. Bundan əlavə, Polşa ali təhsilin qiymətləndirmə sistemi ali məktəblərdə 5-lik şakala əsasında qurulur.
Polşada Bakalavr Təhsili Almaq
Polşada bakalavr təhsilinin birinci mərhələsini bitirdikdən sonra siz lisans (İncəsənət üzrə bakalavr dərəcəsi qazanmaq) və ya inzynier (Mühəndislik üzrə bakalavr dərəcəsi qazanmaq) peşə adını əldə edə bilərsiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Tədris Dili
180-240 AKTS krediti təklif edən bu dərəcə üç-dörd il davam edir və sizi gələcək Magistr dərəcəsi proqramına hazırlamaq məqsədi daşıyır. Kurslar həm də tələbələri gələcək işə hazırlamağa yönəlmişdir. Polşanın ali məktəblərində Bakalavr təhsili polyak dilində təklif olunur və universitetlər tərəfindən tələbə namizədlərdən polyak dilində linqvistik bacarıqlarını sübut etməkləri xahiş olunacaqdır. Bununla belə, Polşada da ingilis dilində tədris olunan bakalavr proqramları çoxdur. Buna görə də ingilis dili biliyinizi sübut etmək və seçdiyiniz bəzi universitetlərə qəbul olmaq üçün IELTS dil imtahanı da lazım olacaqdır.
Polşada Magist Təhsili Almaq
Polşada magistr dərəcəsi və ya magistr proqramı təxminən iki il davam edir və 90-120 AKTS krediti verir. Magistr dərəcəsini bitirdikdən sonra PhD təhsili almaq hüququ qazanırsınız. Polşada Magistratura təhsilinin tədris metodlarına qrup iclasları, müstəqil təhsil, qrup və fərdi tapşırıqlar və fənn imkan verdiyi təqdirdə praktiki laboratoriya işlərinin kombinasiyası daxildir. Həmçinin, siz Polşada ingilis dilində tədris olunan geniş bir magistratura proqramları tapa bilərsiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Magistraturanızı tamamlamaq üçün sizdən yazılı dissertasiyanızı şihafi şəkildə müdafiə etməyiniz xahiş olacaqdır və Polşada tez-tez rast gəlinməyən, “uzun dövrlü” Magistr dərəcəsi adlanan daha köhnə bir magistr dərəcəsi də var. Bu barədə daha çox bilmək istəyirsinizsə, məqaləmizi oxumağa davam edin!
Polşa Təhsil Sistemində Uzunmüddətli Magistr Dərəcəsi
Polşada uzunmüddətli proqramlar təklif edən xüsusi təhsil sahələri var və həmin təhsil proqramlarına Aktyorluq, İncəsənət, Hüquq, Stomatologiya, Tibb, Əczaçılıq, Psixologiya və Baytarlıq daxildir. Bu akademik sahələr üzrə proqramlar magistr dərəcəsi verən 270-360 AKTS kreditinin tamamlanması ilə 6 ilə qədər davam edə bilər.
Uzun dövrlü inteqrasiya olunmuş proqrama yazılmaq o deməkdir ki, siz həm ixtisas sahənizin əsaslarını öyrənəksiniz, həm də ixtisas qazanacaqsınız və nəticə etibarı ilə bu, bakalavr və magistr dərəcələrini birləşdirməyə bənzəyir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Polşada Pulsuz Phd Dərəcəsi
Polşada bir PhD və ya doktor dərəcəsi normal olaraq 3 – 4 il davam edir və uyğunluğunuz magistr dərəcəsi proqramının tamamlanmasına əsaslanır. PhD dərəcələri Polşa Elmlər Akademiyasının şöbələri kimi universitetlər və ya tədqiqat institutları tərəfindən təklif olunur. Ümumiyyətlə, Polşada doktorluq dərəcələri bütün tələbələr üçün pulsuz təklif olunur!
Belə ki, PhD tədqiqatçısı olaraq siz təhsiliniz boyu təqaüd və normal əmək alacaqsınız, məbləğ isə sizin qiymətləndirmənizdən, ali təhsil qurumundan və təhsil intizamından asılı olaraq dəyişəcəkdir.
Polşada PhD dərəcəsi ilə məzun olmaq üçün siz tədris olunan dərslərdə iştirak etməli, universitetinizdə bakalavr tələbələri üçün adətən 60 saata qədər formal dərs keçməli, illik tərəqqi hesabatlarını təqdim etməli və dissertasiya layihənizi uğurla yazıb keçməlisiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.