[reklamvideo]
Kurslar

2023 – 2024 Beynəlxalq SAT İmtahan Tarixləri – SAT Kursu

Scholastic Aptitude Test mənasını verən SAT imtahanı ABŞ-da və dünyanın müxtəlif yerlərində universitetə qəbul üçün tələb olunan imtahandır. Müəyyən bal topladıqdan sonra universitetin qəbul meyarlarından asılı olaraq, seçdiyiniz məktəbə yazıla bilərsiniz. Universitetə qəbul meyarları ildən-ilə dəyişir və imtahanda ümumi bal 1600-dür, hər bölmədə 800-dən yuxarı bal qiymətləndirilir. SAT imtahanı ilə siz ingilis dilini mükəmməl bildiyinizdən əmin ola və daha keyfiyyətli universitetlərdə təhsil ala bilərsiniz.

SAT imtahanı orta məktəb məzunlarının orta təhsil müddətində öyrəndikləri bilik və bacarıqlardan, həmçinin akademik uğur üçün lazım olan tənqidi düşünmə qabiliyyəti və təhlil qabiliyyətindən istifadə edə bilmə səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş universitet qəbul imtahanıdır. Türkiyədəki universitetlərdə təhsil almaq istəyən əcnəbi tələbələrin və digər xaricdəki universitetlərdə təhsil almaq istəyən tələbələrin tələb etdiyi SAT imtahanı Amerika universitetlərinə qəbul şərtlərini yerinə yetirmək üçün əksər tələbələr tərəfindən istifadə edilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

sat imtahani 2023

SAT İmtahanı Nədir?

SAT (Scholastic Aptitude Test, yəni Akademik Qabiliyyət İmtahanı) beynəlxalq sertifikatlaşdırılmış imtahandır. SAT imtahanı College Board adlı qurum tərəfindən il ərzində 7 dəfə olmaqla, hər 2 aydan bir aparılır və ödənişlidir. Beynəlxalq sertifikatlaşdırılmış imtahan olduğundan dolayı, dünyanın hər bir yerindən müraciət etmək olur. Bunun üçün ilk növbədə College Board-ın rəsmi saytında qeydiyyatdan keçmək və sizə yaxın olan məntəqəni seçmək lazımdır. SAT imtahanlarına hazırlaşmaq üçün tələb olunan ingilis dili səviyyəsi B2, yəni upper-internmediatedir. İmtahan SAT 1 və SAT 2 olaraq formalara ayrılır, lakin ardıcıl nömrələndirilsədə, imtahanlar bir-birinin ardı deyil. Yazılı imtahan növüdür və onun verilməsində komputerdən istifadə olunmur.

SAT 1 İmtahanın Strukturu

SAT 1 (Reasoning Test) forma etibarı ilə 2 hissəyə ayrılır: “Mathematics” və “Critical Reading & Writing”

Critical Reading və Writing hissəsində tələbənin ingilis dili səviyyəsi yoxlanılır və imtahan 3 saat davam edir. Writing hissəsi 44 sualdan ibarət olmaqla, 35 dəqiqə davam edir. Bu hissədə daha çox psixologiya və tarixə dair 5 mətn verilir və mətnlər 10-11 sualdan ibarət olur. Writing hissəsində isə verilmiş yazı səhvlərinin düzgün variantını qeyd etmək olunsa da, bir çox hallarda qrafikə uyğun cavablarda tələb olunur.

Mathematics hissəsinin özüdə 2 hissədən ibarətdir, burada tələbənin həndəsə və cəbr bilikləri yoxlanılır. İmtahan ümumilikdə 1 saat 20 dəqiqə davam edir. İmtahanın birinci hissəsində kalkulyatordan istifadə etmək qadağandır. Beləki, burada asan həll olunan 20 sual olur və tələbələrə 25 dəqiqə vaxt verilir. İkinci hissə isə nisbətən çətin olur və tələbələrə 55 dəqiqə vaxt verilir və kalkulyatordan istifadə etmək olur. Ümumiyyətlə, SAT 1 imtahanında toplana biləcək bal intervalı 400-1600 arasında dəyişir və hər 2 hissə 800 balla ölçülür.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

sat nedir

SAT 2 İmtahanın Strukturu

SAT 2 (Subject Test) imtahanında tələbənin seçmiş olduğu fənlərə əsasən akademik biliyi yoxlanılır. Fənlər isə Fizika, Kimya, Biologiya, Tarix, Alman dili, Fransız dili, Yapon dilindən ibarət olur. İmtahanın davam etmə müddəti 1 saat olur. Bal intervalı isə 200-800 arasında olur. Seçmə fənn isə qəbul olmaq istədiyiniz universitetin tələblərinə əsasən müəyyən olunur.

2023 – 2024 Beynəlxalq SAT İmtahan Tarixləri

Son Qeydiyyat TarixiSAT İmtahan Tarixləri
7 Sentyabr 2023-cü il7 Oktyabr 2023-cü il
5 Oktyabr 2023-cü il4 Noyabr 2023-cü il
2 Noyabr 2023-cü il2 Dekabr 2023-cü il
23 Fevral 2024-cü il29 Mart 2024-cü il
19 Aprel 2024-cü il4 May 2024-cü il
17 May 2024-cü il1 İyun 2024-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button