[reklamvideo]
Xaricdə Təhsil

Beynəlxalq Təqaüd Proqramları: Chevening və Fulbright – 2024

Xaricdə təhsil almağı düşünən tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasında olan Amerika və İngiltərə dünyaca məşhur yüksək keyfiyyətli təhsil sistemləri, nüfuzlu universitetləri və qlobal şirkətlərdə iş imkanları ilə heyran buraxır. Xüsusilə ingilis dilini təkmilləşdirmək üçün əksər tələbələrin üstünlük verdiyi İngiltərə və Amerika populyardır, lakin onların tələbələr üçün ən böyük dezavantajı yüksək təhsil və yaşayış haqlarıdır. Bu səbəbdən tələbələrin əksəriyyəti bu ölkələrdəki universitetlərə müraciət etməzdən əvvəl maliyyə dəstəyi mənbələri axtarırlar. Gəlin xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün dünyanın ən nüfuzlu maliyyə dəstəklərindən olan Chevening və Fulbright təqaüd proqramlarına nəzər salaq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Chevening Təqaüdü Nədir?

Chevening təqaüdü Böyük Britaniyada magistr təhsili almaq istəyən tələbələr üçün bir illik magistr təəqaüdü təklif edən maliyyə dəstəyidir. Üstəlik, Oksford Universiteti, Suonsi Universiteti, Kardif Universiteti, və Kembric Universiteti kimi dünyanın ən yaxşı universitetlərində təhsil alaraq İngiltərədə, xüsusilə Uels, Şotlandiya və Şimali İrlandiya kimi Böyük Britaniya ölkələrində unikal həyat təcrübəsi təqdim edir.

Chevening Təqaüdü Hansı Xərcləri Qarşılayır?

  • Universitet təhsil haqqı ödənişləri
  • Aylıq müavinət
  • Böyük Britaniya ölkələrinə gediş-dönüş səyahət xərcləri
  • Viza haqqı
  • Chevening tədbirlərində iştirak etmək üçün səyahət pulu

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Chevening Təqaüd Proqramı Üçün Tələb Olunan Şərtlər Nələrdir?

  • Proqram üçün seçdiyiniz universitet və magistr proqramı üçün kifayət qədər bakalavr dərəcəsi və GPA olmalıdır.
  • 2 il iş təcrübəsi
  • Böyük Britaniya universitetləri üçün ən azı 3 proqram seçmiş olmaq
  • Müraciət zamanı ingilis dili biliyi ən azı IELTS 6.5 və TOEFL IBT 79 olmalıdır.

Unutmayın ki, Chevening Təqaüdü üçün heç bir yaş tələbi yoxdur.

Fulbright Təqaüdü Nədir?

Fulbright Təqaüdü ABŞ Hökumətinin əsas və ən prestijli təqaüd proqramıdır. Bu baxımdan Fulbright Təqaüdünün nə olduğu soruşulduqda qısaca deyə bilərik ki, bu, ABŞ Dövlət Departementinin təşkil etdiyi qlobal təhsil mübadilə proqramıdır.

Ümumiyyətlə, Amerika təhsil sistemi dünyanın ən yaxşı sistemlərindən biridir və hər il bir çox tələbə yüksək keyfiyyətli universitetləri ilə tanınan Amerikada təhsil almaq üçün ölkəyə gəlir. Bu nöqtədə, əgər siz tələbə, müəlllim və ya akademik peşəkarsınızsa, Fulbright Təqaüdü ilə dərəcə və ya departementinizə uyğun olaraq özünüz üçün tam maliyyələşdirilən təqaüd tapa bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

fulbright təqaüdü

Fulbright Təqaüd Proqramının Şərtləri Nələrdir?

Dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərən təqaüd proqramı hər il təxminən 4000 əcnəbi tələbəyə Fulbright Təqaüdləri almağa imkan verir. Bu təqaüd proqramına müraciət etməyi düşünürsünüzsə, komissiya tərəfindən müəyyən edilmiş bir neçə ümumi meyar var. Müvafiq olaraq, diqqət etməli olduğunuz Fulbright Təqaüd şərtləri aşağıdakılardır:

  • İngilis dili biliyi üçün minimum tələblərə cavab verin. Xüsusilə də, TOEFL və ya IELTS imtahan nəticələrini vermək tövsiyə olunur.
  • Biznesin idarə edilməsi (MBA) və biznesin maliyyə, marketinq və mühasibatlıq kimi alt sahələri üzrə Fulbright magistr dərəcəsi təqaüdünə müraciət etmək istəyənlər məzun olduqdan sonra bir illik tam ştatlı iş təcrübəsi ilə müraciət etməli və ən azı 2 il iş təcrübəsi olmalıdır.
  • Magistraturaya müraciət edənlərin bakalavr üzrə orta balları 3.00-4.00 olmalı, doktoranturaya müraciət edənlərin isə məzu GPA nəticəsi 3.50-4.00 olmalıdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button