[reklamvideo]
Kurslar

YÖS İmtahanı Keçid Balları Nə Qədərdir? – YÖS Kursu 2024

YÖS İmtahanı Nədir?

YÖS tam açılışı ilə Yabancı Öğrenci Sınavı xarici namizəd tələbələrin Türkiyə dövlətinin həm özəl, həm də dövlət statuslu universitetlərində təhsil almaq üçün iştirak etməli olduqları qəbul imtahanıdır. Ən azı orta məktəbi və ya Türkiyədəki liseylə bərabər şərtlərdə olan hər hansı bir institutu bitirmiş xarici tələbəsinizsə, Beynəlxalq Tələbələr İmtahanı üçün müraciət edə bilərsiniz.

Əks halda, namizəd tələbələr seçdikləri ali təhsil müəssisələrinin müəyyən etdiyi qeydiyyat tələblərini yerinə yetirməlidirlər. Türkiyə dövlətində hər universitetin beynəlxlaq tələbə qəbulu üçün fərqli şərtləri və üstünlükləri var və buna görə də ilk öncə müraciət etdiyiniz universitetin namizəd tələbələrdən tələb etdikləri qəbul şərtlərini diqqətlə araşdırmalısınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

YÖS İmtahan Sualları Nələrdir?

YÖS imtahanı adətən 80 sualdan ibarət olur və bu sualların paylanması 45 YÖS IQ – Ümumi Qabiliyyət, 30-32 Riyaziyyat və 3-5 Həndəsə suallarından ibarət olur. YÖS imtahanı iki hissədən ibarətdir; Əsas Öyrənmə Bacarıqları Testi və Türkcə Testi. Əsas Öyrənmə Bacarıqlarına gündəlik həyatda əsas dil bacarıqları və əsas ünsiyyət bacarıqları daxildir, məsələn, bu imtahan sizin Türkiyədə gündəlik həyatınızı heç bir köməyə ehtiyac duymadan yaşamaq üçün bir xüsusiyyətinizin olub-olmadığını anlamağa çalışır.

YÖS İmtahanı Keçid Balları Nə Qədərdir?

Türk dili testində isə türk dilinin qrammatik qaydaları və türkcənin gündəlik həyatında yer alan bəzi ifadələr, atalar sözləri və ifadə felləri ilə bağlı suallar var və imtahanda 4 əsas meyar (oxuma, dinləmə, yazma və danışma) qiymətləndirilir. YÖS imtahanının müddəti ümumilikdə 90 dəqiqə davam edir və imtahanda toplaya biləcəyiniz maksimum bal 100 balla qiymətləndirilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Minimal keçid bal intervalı 51-55 bal arasında dəyişir və əgər tələbə namizədi imtahanda 60 və ondan yuxarı bal toplayarsa, Tibb ixtisası istisna olmaqla, Türkiyənin bəzi universitetlərinə burslu qəbul olub güzəştli şəkildə təhsil ala bilərlər. Bundan əlavə, YÖS imtahanına hazırlaşmaq üçün 8-10 ay vaxt kifayət edir və imtahan həm Bakı ərazisində, həm də Türkiyədə təşkil olunur.

YÖS Universitetlər Üzrə Keçid Balları Nə Qədərdir?

YÖS keçid balları hər universitet rəhbərliyi tərəfindən fərqli hesablanır. Sualların paylanması və YÖS bal dəyərləri fərqlidir. Həmçinin, YÖS-IQ və YÖS Riyaziyyat suallarının bal qiymətləndirilməsi də fərqlidir. YÖS ilə daxil olunan proqramların keçid balları universitetlərin yerləşdiyi şəhərə görə, ölkə universitet reytinqlərinə və imkanlarına görə dəyişir. Şəhərləri normal olaraq təsnif etsək, böyük universitetlər (İstanbul, Ankara, İzmir və s.) yerləşdikləri yerə görə 3 kateqoriyaya bölünür.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

  • 1-ci dərəcəli şəhərlər: İstanbul, Ankara, İzmir, Antalya, Bursa
  • 2-ci dərəcəli şəhərlər: Kocaeli, Sakarya, Samsun, Tekirdağ, Eskişehir, Adana, Qaziantep, Trabzon, Bolu, Çanaqqala, Konya, İsparta
  • 3-cü dərəcəli şəhərlər: Erzurum, Van, Diyarbekir, Hatay, Kayseri, Malatya, Rize, Artvin, Kars, Çorum, Çankırı.

YÖS Keçid Balları Siyahısı

Aşağıdakı siyahıda universitetlərin keçid balları 1-ci, 2-ci və 3-cü dərəcə şəhərlərinə görə bölünür. YÖS suallarının və ballarının sayı 80-ə əsaslanır.

İxtisas1-ci dərəcəli şəhərlər2-ci dərəcəli şəhərlər3-cü dərəcəli şəhərlər
Tibb989595
Diş həkimliyi939393
Əczaçılıq909591
Psixologiya807075-76
Hüquq908580
Memarlıq908070-76
Komputer mühəndisliyi787570
İqtisadiyyat757070
Beynəlxalq münasibətlər807770
İnşaat mühəndisliyi707070

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button