Amerikada Təhsil

Amerikanın Ən Yaxşı Universitetləri – 2026 Amerikada Təhsil

2 dəqiqəlik oxu

amerika universitetleri

Hər il minlərlə tələbə dünyanın çoxsaylı universitetlərində təhsil almaq üçün xarici ölkələri seçir. Bəs, xaricdə təhsil bir tələbə üçün niyə bu qədər vacibdir? İlk seçim olaraq, universitetlərin tələbələrə təklif etdiyi yüksək keyfiyyətli təhsili və beynəlxalq səviyyədə tanınan diplomların mümkünlüyünü saya bilərik. Bununla belə, başqa bir mühüm məsələ xarici ölkələrdə tədqiqat və təkmilləşdirmə işlərinə verilən qiymət, innovasiyaya milyonlarla dollarlıq investisiyalar, tələbələrin yaradıcılığını üzə çıxaran yeni ideyalardır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Amerikada Təhsil Almağın Üstünlükləri Nələrdir?

Xaricdə təhsil almağı planlaşdıran tələbələr arasında ən populyar ölkə Amerika Birləşmiş Ştatlarıdır desək, yanılmarıq. 4000-dən çox universiteti olan ölkədə bir milyondan çox beynəlxalq tələbə təhsil alır. Hər il yüzlərlə gənc karyeralarını və həyatlarını dəyişmək, pul qazanmaq və xaricdə iş tapmaq üçün ABŞ-da təhsil almağı seçir. Amerikadakı təhsil sistemi tələbələrin ehtiyac və maraqlarına uyğun olaraq ən son texnologiya ilə təchiz edilmiş çevik seçimlər təklif edir. Amerika universitetlərinin beynəlxalq dərəcəsi sizə müxtəlif layihələr, fərqli perspektivlər, Amerikada həyat və geniş karyera imkanları haqqında araşdırmalar təqdim edəcəkdir.

amerikada bakalavr tehsili

Bəs, Amerikanın Ən Yaxşı Universitetləri Hansılardır?

1. Stanford Universiteti

Bütün dünyanın texnologiya və informasiya mərkəzi olan Silikon Vadisinin düz yanında, Palo Altoda yerləşən Stanford Universiteti Amerikanın ən yaxşı universitetlərindən biridir. Bir çox məzun, müəllim və tələbənin Google və Snapchat kimi uğurlu texnologiya şirkətləri və startapları qurduğu Stanford Universiteti, təxminən 4000 hektar əraziyə yayılmış kampusu ilə tələbələrinə cəlbedici kampus həyatı təqdim edir. Kampus həm də dünyanın ən gözəl kampuslarından biridir. Qeyd etmək lazımdır ki, Stanford Universitetinin təxminən 16.000 tələbəsinin 22%-i həm də beynəlxalq tələbələrdir!

2. Harvard Universiteti

Harvard Universiteti dünyanın ən tanınmış universitetidir. Amerikanın ən yaxşı universitetləri siyahısında dəfələrlə birinci yeri tutan Harvard 1636-cı ildə təsis edilib və Amerikanın ən qədim ali təhsil müəssisəsi kimi tanınır. Harvardın həm də dünyanın ən bahalı universitetlərindən biri olduğunu söyləmək səhv olmaz, lakin universitet geniş təqaüd imkanları ilə beynəlxlaq tələbələr üçün imkanlarla doludur. Universitetin 21.000 tələbəsinin demək olar ki, dörddə biri beynəlxalq tələbələrdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Beckman İnstitutunun ağ memarlıqlı binası və qarşısında yaşıl çəmənlik

3. Kaliforniya Texnologiya İnstitutu

CalTech kimi də tanınan Kaliforniya Texnologiya İnstitutu, nisbətən az tələbə sayına baxmayaraq, çoxlu uğurlu məzunlara malikdir. Kaliforniya Texnologiya İnstitutu təxminən 2200 tələbə qəbul edir və onun Los Anceles yaxınlığındakı Pasadena şəhərindəki əsas kampusu 50 hektardan çox ərazini əhatə edir. Universitetdən cəmi 6 fakültə var və akademik təhsil elm və mühəndisliyə yönəlmişdir.

4. Massaçusets Texnologiya İnstitutu

Dünyanın bir çox yerində MIT kimi tanınan Massaçusets Texnologiya İnstitutu güclü sahibkarlıq mədəniyyəti ilə diqqət çəkir. Məzunları Intel və Dropbox kimi uğurlu şirkətlərin qurucuları olan MIT-in qəbul nisbəti cəmi 8% təşkil edir. Massaçusets Texnologiya İnstitutunun proqramları arasında mühəndislik və kompüter elmləri proqramları ən çox seçilir. 154 müxtəlif ölkədən olan beynəlxalq tələbələr MİT-in 11.000 tələbəsinin 33%-ni tşəkil edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

UCLA-nın Royce Hall binası və kampus meydanında gəzən tələbələr

5. Kaliforniya Universiteti

Kaliforniya Berkeley Universiteti Kaliforniyanın San Fransisko bölgəsində yerləşən dövlət universitetidir. Kaliforniya Universiteti sisteminin bir hissəi olan bu universitet 1868-ci ildə yaradılıb və sistemdə ən qədim universitet kimi tanınır. Kaliforniya Berkli Universitetinin 107 məzunu Nobel mükafatı laureatıdır və məzunlar arasında Oskor mükafatçıları, Pulitzer mükafatı laureatları və Olimpiya mükafatçıları var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Məqaləni paylaşın WhatsApp
Pulsuz konsultasiya

Gələcəyinizi bu gün planlaşdırın

Bizə yazın — sizə uyğun ölkəni, universiteti və ixtisası birlikdə seçək.

WhatsApp-da yazın +994 70 333 07 77

Əli Mustafayev küç. 6, Bakı