[reklamvideo]
Amerikada Təhsil

Niyə Amerikada Təhsil Almalısınız? – 2024 Amerikada Təhsil

Beynəlxalq Təhsil İnstitutunun və Open Doors-un 2020-2021-ci il hesabatlarına əsasən, ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı 1 milyon 43 min 839 nəfərə çatmışdır. Amerikada təhsil almaq və ya karyera planları qurmaq arzusu demək olar ki, hər kəsin ağlından keçir. Bir çox tələbələr izlədikləri fimlərdən, dinlədikləri mahnılardan, oxuduqları kitablardan və ya sənədli filmlərdən təsirlənərək bu sehrli dünyada olmaq istəyirlər. Hər il bir çox beynəlxlaq tələbənin üstünlük verdiyi ABŞ-da necə və niyə təhsil almalıyıq suallarına birlikdə cavab tapaq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada tehsil

Yüksək Keyfiyyətli Təhsil Sistemi

Çoxmədəniyyətli cəmiyyətindən tutmuş təbii gözəlliklərinə, sənətdən idmana, prestijli təhsil ocaqlarından heyrətamizliyinə qədər xaricdə təhsil almaq istəyən tələbələrin ən çox üstünlük verdiyi ölkələrdən biri olan Amerikada ali təhsil sistemi 18 yaşından başlayır. Universitetlər dövlət və özəl olaraq ikiyə bölünür və bakalavr, magistr və doktorantura təhsilini əhatə edir. Orta məktəbi hansı dərəcədə bitirməyinizdən asılı olmayaraq, ABŞ-da universitet proqramlarına yazıla bilərsiniz.

Bir çox iqtisadi, sosial və mədəni aspektlərdə Amerika dünya lideri olmaqda ön sıralardadır. ABŞ-da təhsil alan tələbələr ən son elmi və texnoloji yeniliklərin və aktual tədqiqatların şahidi olmaq şansı əldə edirlər. Onlar kompüter avadanlığı, proqram təminatı, elektronika və internet kimi sahələrdə dünyanın aparıcı texnologiya nəhəngləri olan Apple, HP, İBM, Microsoft və Google şirkətlərində təlimlər, təcrübə keçmək və sonrakı karyeralarında iştirak etmək imkanı əldə edirlər. Tibbi nailiyyətlərdən tutmuş ən son ixtiralara, idman nailiyyətlərindən tutmuş incəsənətdəki yeniliklərə qədər hər şeyi müşahidə edən tələbələr üçün ABŞ-da təhsil almaq həm akademik, həm də biznes sahəsində karyeraları üçün vacib elementdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada tehsil

Tələbələr Ölkəsi

Həm ərazisi, həm də inkişaf etmiş iqtisadiyyatı ilə böyük bir ölkə olan Amerikada təhsil verən bir çox özəl və dövlət qurumları var. Hər bir tələbəyə təhsil almaq, ixtisaslaşmaq və özünü təkmilləşdirmək istədiyi sahədə karyera qurmaq şansı təklif olunur. Bəziləri böyük şəhərlərdə, bəziləri isə kiçik qəsəbələrdə olsa da, universitetlər üsmumiyyətlə isti və mehriban bir atmosferə malikdir.

Amerikada təhsil almaq və yaşamaq sizə dünyanın heç bir yerində görmədiyiniz fərqli bir təcrübə təqdim edir. Sizin kimi əcnəbi tələbələrlə yanaşı, kampuslarda amerikalı tələbələrlə çox tez ünsiyyət qurmaq və sosiallaşmaq imkanınız var. Siz hər bir təhsil müəssisəsinin özünəməxsus mədəni fəaliyyətlərinin, idman klublarının və etnik qruplarının üzvü ola bilərsiniz, beləliklə, fərqli mədəniyyətlərdən olan dostlar qazana bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Təhsildən Sonrakı Karyera İmkanları

ABŞ-da universitetin birinci kursunda oxuyarkən sizə part-time işləmək imkanı təklif olunur. Bundan əlavə, təhsil aldığınız qurumların bağlı olduğu və ya təqaüd verdiyi şirkətlərdə təcrübə keçmək və sonra işləmək imkanınız olacaqdır. Təhsilinizi başa vurduqdan sonra sponsorluq edən şirkət tapıb müvəqqəti işçi vizası ala bilərsiniz ki, işlədiyiniz müddətdə ölkədə yaşamağa davam edəsiniz.

Əksər təhsil müəssisələrində karyera xidməti departamentləri və ya məsləhətçiləri var, tələbələrə məktəbdən sonrakı karyeralarını planlaşdırmaqdan tutmuş CV hazırlamağa, iş müsahibələrində necə davranmaqdan tutmuş yeni iş imkanları tapmağa qədər hər şeydə kömək edirlər. ABŞ-da təhsil almaq və onu həm akademik, həm də biznes sahələrində fürsətə çevirmək sizdən asılıdır. Oxuyarkən bütün imkanlardan yararlanmalı, yaxşı araşdırma aparmalı, qiymətlərinizi yüksək tutmalı, geniş və gələcəyə baxan baxışlara sahib olmalı və dünyada baş verən hadisələrin mərkəzin olduğunuzu unutmayın!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button