[reklamvideo]
Xaricdə Təhsil

Avropada Həm Təhsil Alın, Həm də İşləyin – 2024

Xaricdə təhsildə Amerika, Kanada, Avstraliya ilə yanaşı, bir çox Avropa ölkələri ön plana çıxır və Avropada bir universitetdə təhsil almaq xüsusilə son illərdə bir çox tələbə tərəfindən üstünlük təşkil edir. Ümumiyyətlə, Avropa dünyanın ən yaxşı universitetləri arasında göstərilən bir çox universitetə ev sahibliyi edir. Xüsusilə də, texnologiya, mühəndislik, incəsənət və dizayn kimi sahələrdə magistr proqramları üçün Avropa ölkələrinin ön plana çıxdığı görülür.

Ümumiyyətlə, xaricdə təhsil almaq əslində bir çox tələbə namizədin arzusudur. Xüsusilə də, Avropa ölkələrində alınacaq dil, bakalavr və magistratura təhsili ilə tələbələr fərqli mədəniyyətlərdə özlərini inkişaf etdirə, yeni dostlar qazana və seçdikləri sahələrdə qlobal biliklərə sahib ola bilərlər. Avropada başa çatan təhsilin sonunda tələbələrin karyera imkanları da artır və beləliklə, daha keyfiyyətli həyat variantları ortaya çıxır. Bu məqaləmizdə isə Avropada həm təhsil alıb, həm də işləyə biləcəyiniz ölkələri ətraflı araşdıracayıq.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

avropada tehsil

Polşa

Polşada təhsil alarkən həftədə 20 saat işləməyə imkan verən part-time iş tapsanız, texniki olaraq istədiyiniz qədər işləyə bilərsiniz. Bu məsələdə heç bir məhdudiyyət yoxdur. Ancaq unutmamalı olduğunuz bir şey var. Siz ilk növbədə təhsil almaq üçün Polşadasınız və dərsə getmək, ev tapşırığını etmək, oxumaq və dərsləri keçmək – diqqət mərkəzində olmalıdır. Polşada təhsil almaq üçün Aİ üzvü olmayan tələbələr ölkəyə gəlməzdən əvvəl Polşada yaşamaq xərclərini ödəmək üçün kifayət qədər vəsaitə malik olduqlarını sübut etməlidirlər. Polşada polyak dilini bilməyi tələb etməyən bir çox iş var, lakin yenə də bu dilin əsas anlayışına sahib olmaq həmişə daha yaxşıdır.

Polşada Oxuyarkən İş Tapa Biləcəyiniz Saytlar

Polşada oxuyarkən iş tapa biləcəyiniz saytlar demək olar ki, hər bir universitetin karyera ofisi var. Karyera İnkişafı Ofisi tələbələrə və məzunlara iş bazarında uyğun yer tapmağa kömək edir. Onlarla əlaqə saxlamaqdan çəkinməyin, çünki onlar çox faydalı olacaqdır sizlər üçün! Ancaq yenə də özünüz onlayn axtarış edə və aşağıdakı saytlara baxa bilərsiniz;

  • pracuj.pl
  • linkedin
  • praca.pl

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Macarıstan

Avropa ölkəsi olan Macarıstanda xüsusilədə geniş iş imkanları mövcuddur və buna görədə Avropanın iş tapmaq üçün ən əlverişli ölkələrindən biri hesab olunur. Macarıstanın paytaxt şəhəri olan Budapeştdə iş imkanları iş axtaran savadlı və peşekar insanların sayından çoxdur. Buna görədə rəqabətin güclü və əcnəbi tələbələrin çox olmasına baxmayaraq, özünüzə güvənir və savadınızdan əminsinizsə, Macarıstanın iri və korporativ şirkətlərinə müraciət etməkdən çəkinməməlisiniz. 

Macarıstanda tamştat işləyən işçilərin aylıq əmək haqqısı təqribən 780 avrodur. Həmçinin burada əlavə olaraq əcnəbi tələbələrə işləmək hüququ verilir və həftə ərzində 24 saat işləmək imkanları olur. Global şirkətlər tərəfindən əcnəbi tələbələrin həm işləməsi həm də pul qazanması üçün təcrübə proqramları da tərtib olunur. Bu təcrübə proqramlarını uğurla başa vuran tələbələrə isə həmin şirkətlərdə qalıb daimi işləmək haqqı da verilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button