[reklamvideo]
Universitetlər

Avropanın ən yaxşı-top universitetləri

turkiyede tehsil

Xaricdə təhsil almaq üçün hər il çoxsaylı tələbə müxtəlif xarici ölkələrə üz tutur. Tələbələrin seçdikləri ixtisasdan əlavə olaraq təhsil alacaqları ölkələr, oxuyacaqları universitetlər də onları seçim qarşısında qoyur. Bu seçimlərin doğru şəkildə yerinə yetirilməsi onların gələcək karyerasında önəmli rol oynayacaq, daim dəyişən, yenilənən dünyanın tələbləri ilə “ayaqlaşma” fürsəti verəcəkdir. Hansı Universitetlər tələbələrə yüksək səviyyədə xidmət göstərir və bunlar hansılardır.

Oxford Universiteti reytinqinə görə ilk sıralardadır

İngiltərədə yerləşən Oxford Universiteti dünyada ən yaxşı universitetlərindən biri hesab olunur və bunun aşağıdakı səbəbləri vardır. Bu universitetin nə zaman qurulması ilə bağlı dəqiq tarix yoxdur. Lakin bəzi rəvayətlərə görə universitet 872-ci ildə qurulmuşdur və bu da universitetin olduqca qədim tarixə sahib olduğunu göstərir.

  1. Akademik Mükəmməllik: Oxford, bir çox sahədə iddialı akademik programlar təklif edərək uzun zamandır ki, öz adını qoruyub saxlamağı bacarmışdır. Universitet Nobel mükafat sahibləri, dövlət liderləri kimi fərqli sahələrdə dünyada cərəyan edən proseslərə öz təsirini göstərə biləcək şəxsiyyətlər yetişdirmişdir.
  2. Araşdırma fürsətləri: Oxford, dünyanın ən öndə gələn araşdırma tesislərinə ev sahibliyi etməkdədir və araşdırma mükəmməlliyi mövzusunda zəngin bir keçmişə sahibdir. Tələbələr burada texnoloji yeniliklərə və qaynaqlara daha rahatlıqla giriş edə bilirlər və öz sahələrində də araşdırma etmə, proyektlərini inkişaf etdirmək kimi haqqlara sahibdirlər.
  3. Dərs sistemi: Oxfordun dərs sistemi bənzərsizdir və tələbələrə özəl dərslər verilir və balaca qrup şəklində professorlarla görüş təşkil edirlər. Bu da tələbələrə xüsusi diqqətin ayrılmasını göstərir ki, tələbələr dərslərini sevməsinə, daha yaxından maraqlanmasına səbəb olur.
  4. Qlobal etibar: Oxford Üniversitesi, dünyada mükəmməl nüfuza sahibdir. Bu universitetin məzunları dünya səviyyəsində axtarılan işçilərdir və onlara dünya bazarında olduqca çox ehtiyac vardır.

Zengin Tarix və Mədəniyyət– Oxford tarix və mədəniyyətlə “doludur” və yüzillik ən-ənələr günü bu gündə uğurla davam etdirilir. Universitetin rəsimli memarlığı, kitabxanaları, muzeyləri vardır hansı ki, bütün bunlar tələbələri yeni biliklər öyrənməyə ruhlandırır. Məsələn Bodleian kitabxanası təkcə universitetlərin deyil həmçinin dünyanın ən məşhur kitabxanalarından biridir. Burada 13 milyon yazılı nüsxə mövcuddur və bu da tələbələrə öyrənməyə ilhamlandırır.

Kembric Universiteti

turkiyede tehsil

1209-cu ildə qurulmuş, dünyanın ən yaxşı universitetlərindən olan Kembric Universiteti Oxford universiteti ilə daim rəqabətdədir.

  • 25 000 tələbə üzərindən 140 ölkəyə qədər böyük bir sistemi birləşdirən və ev sahiblliyi edən bu universitetdə mühəndislik, sosial elmlər, mədəniyyət, humanitar sahələri də əhatə edən bir çox fənn tədris edilir.
  • Universitetin təhsil sistemi balanslaşdırılmış kurriklum və yüksək səviyyədə çevik dəyişkənlik göstərən öyrətim kursuna sahibdir.
  • Bu tələbələrə azadlıq verir və belə ki onlar yüksək nəticələr əldə edirlər və əvvəlki nailiyyətlərini yaxşılaşdırırlar.Həmçinin onların kurriklum və genişləndirilmiş kurriklum arasında da seçim etmələri üçün şansları vardır.
  • Kemric həm də dünyada ən gözəl şəhər kimi tanınır. Burada ortaçağa aid tikililər və kraliyyət ailəsinin dövrünə(1485-1603) aid zəngin unikal arxitektura nümunələri mövcuddur. Burada tələbələr üçün yaşayış, işləmə, təhsillərini inkişaf etdirmə üçün saysız fürsətləri vardır.

King’s College London

King Universiteti dünyada xüsusi şöhrətə sahibdir. Universitet burada təhsil alacaq tələbələrə humanitar, hüquq və elm daxil psixologiya ixtisasından diş həkimliyi ixtisasına dək uzanan geniş ölçüdə seçim aralığı təklif edir. Xatırladaq ki, 2000- ci illərin başlanğıcı üçün təhsil haqqları da yüksək idi, xüsusən əcnəbi tələbələr üçün bu 13000 funt sterlinq təşkil edirdi. Təhsil və bu təhsilə ödəniş qiymətləri demək olar ki, qızıl ortada kəsişir. Bu univeristetin ən çarpıcı özəl xüsusiyyəti isə tibb təhsilində olduqca uğurlu olmasıdır. Vergi və sığorta xərclərindən azad olunmaları, hüquq sisteminin xidmətlərindən ödənişsiz istifadə etmələri tələbələrdən ödənişin bir qədər yüksək tələb olunmasına səbəb olur. London Kral Kollecində tələbələr üçün müxtəlif təqaüdlər mövcuddur. Həmçinin bu universitetin məzunları tərəfindən də müxtəlif təqaüdlər tələbələr üçün təklif olunur.

Bəs İmperial Kollecini xüsusi edən nədir?

Imperial College London ümümulikdə seçici və rəqabətçi bir universitet olaraq qəbul edilir və bura qəbul almaq olduqca çətindir. Hər il buraya çoxsaylı tələbə müraciət edir və çox az qismi qəbul olunur. Son statiktik göstəricilərə əsasən 2021-2022- ci illərdə tələbələrin akademik göstəricilərdən təxmini 11% -i qəbul nisbətinə sahibdir. Imperial College London Universieti elm , mühəndislik, tibb, biznes sahələrinə fokuslanmışdır və reytinqlərə görə dünyanın 10 ən yaxşı universiteti sırasına daxil olmuşdur.

Bu universitet 1907-ci ildə qurulmuşdur və təhsil sahəsində lider qurumlardan biridir. İmperial Koleci dünyanın lider ekpertləri ilə əməkdaşlıq edir və bir çoxları innovasiyada və axtarış sistemində öz sözlərini demiş təşkilatlardır. Grantham İnistutunun nəzdində yerləşən iqlim dəyişkənliyinə görə ətraf mühitin qorunması təşkilatı, həmçinin Sağlamlıq İnistutu təşkilatları da məhz bu qurumda yerləşir.

Akademik programlara əlavə olaraq bu kollec tələbələrə araşdırma, sahibkarlığa başlama, cəmiyyətə xidmət edən bir çox tədbir və fəaliyyətə təklif edir. Kollec musiqi, idman , siyasət və xeyriyyə işlərinə qədər geniş aralıqdakı 370 dən çox tələbə klubuna və kütləsinə ev sahibliyi edir.

Imperial College’un kampusu qalxan və çeşidlilik göstərən şəhər olan Londra’nın mərkəzində yerləşir. Kolec, Cənubi Kensington kampusu, Ağ Şəhər kampusu və Hammersmith kampusu kimi şəhərin müxtəlif bölgələrində bir neçə kampusa və tədqiqat mərkəzinə sahibdir. Ümumi olaraq, Imperial College, akademik mükəmməliyyəti, tədqiqat gücünü və yenilikləri ilə tanınan nadir bir müəssisədir. Dünya standartlarında təlim heyəti, vasitələri və resursları tələbələrə gözəl təhsil verir və onları sahələrində lider olmağa hazırlayır.

Xaricdə təhsil haqqda suallarınızı bizə yönləndirə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button