[reklamvideo]
Xaricdə Təhsil

Chevening Təqaüdü Nədir? – Proqram Üçün Tələb Olunan Şərtlər

Xaricdə təhsil almağı düşünən tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasında olan İngiltərə dünyaca məşhur yüksək keyfiyyətli təhsil sistemləri, nüfuzlu universitetləri və qlobal şirkətlərdə iş imkanları ilə heyran buraxır. Xüsusilə ingilis dilini təkmilləşdirmək üçün əksər tələbələrin üstünlük verdiyi İngiltərə çox populyardır, lakin onların tələbələr üçün ən böyük dezavantajı yüksək təhsil və yaşayış haqlarıdır. Bu səbəbdən tələbələrin əksəriyyəti bu ölkələrdəki universitetlərə müraciət etməzdən əvvəl maliyyə dəstəyi mənbələri axtarırlar. Gəlin xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün dünyanın ən nüfuzlu maliyyə dəstəklərindən olan Chevening təqaüd proqramına nəzər salaq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Chevening Təqaüdü Nədir?

Böyük Britaniya tərəfindən maliyyələşdirilən Chevening proqramı Şimali İrlandiya, Uels, Şotlandiya və İngiltərə kimi ölkələrdə magistr dərəcəsi almaq istəyən beynəlxalq tələbələrə təklif olunur. Chevening təqaüd proqrsmı 30 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrindən universitetlər, hökumətlər və özəl sektor təşkilatları ilə əməkdaşlıqda 160-dan çox ölkədə həyata keçirilir.

Chevening Təqaüdü gələcək liderlərə və istedadlı şəxslərə peşəkar və akademik mühitdə sosial şəbəkələrini inkişaf etdirməyə, Britaniya mədəniyyəti ilə tanış olmağa kömək etmək məqsədi daşıyır. Proqramlarda iştirak etmiş tələbələr, o cümlədən bir çox alim, siyasətçi, kinorejissor, yazıçı və incəsənət xadimləri hazırda yüksək səviyyəli vəzifələrdə çalışırlar. Hər il 2000-dən çox alim bu imkanlardan yararlanır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Chevening Təqaüdü Hansı Xərcləri Qarşılayır?

Böyük Britaniyada magistratura təhsili almaq istəyən tələbələr üçün dünyanın ən yaxşı universitetləri zəngin proqram müxtəlifliyi, müasir laboratoriyaları, tədqiqat obyektləri, hərtərəfli kitabxanaları və kampusları ilə diqqəti cəlb edir. Chevening təqaüd proqramı çərçivəsində təhsil ala biləcəyiniz ən məşhur təhsil müəssisələrinə Oksford Universiteti, Kembric Universiteti, Kardiff Universiteti, London Brunel Universiteti və Suonsi Universiteti daxildir. Chevening təqaüdü bir illik müddət ərzində tələbələrin aşağıdakı ehtiyaclarını qarşılayır:

  • Universitet təhsil haqqı ödənişləri
  • Aylıq müavinət
  • Böyük Britaniya ölkələrinə gediş-dönüş səyahət xərcləri
  • Viza haqqı
  • Chevening tədbirlərində iştirak etmək üçün səyahət pulu
  • Magistraturaya tezislə müraciət edənlərin tezis xərcləri
  • IELTS test imtahanı haqqı British Council tərəfindən ödənilir
avropada pulsuz tehsil

Chevening Təqaüd Proqramı Üçün Tələb Olunan Şərtlər Nələrdir?

  • Proqram üçün seçdiyiniz universitet və magistr proqramı üçün kifayət qədər bakalavr dərəcəsi və GPA olmalıdır.
  • 2 il iş təcrübəsi
  • Böyük Britaniya universitetləri üçün ən azı 3 proqram seçmiş olmaq
  • Müraciət zamanı ingilis dili biliyi ən azı IELTS 6.5 və TOEFL IBT 79 olmalıdır.

Unutmayın ki, Chevening Təqaüdü üçün heç bir yaş tələbi yoxdur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button