[reklamvideo]
Xaricdə Təhsil

DAAD Təqaüdü Nədir? – Proqrama Qəbul Tələbləri Nələrdir?

Almaniyada universitetdə təhsil almaq istəyən tələbələr üçün Almaniyanın təhsil sistemi, bakalavr və magistr proqramlarının müxtəlifliyi mükəmməl imkanları ilə diqqəti cəlb edir. Dünyanın ən yaxşı universitetləri, güclü məzun şəbəkəsi və karyera imkanları ilə dolu Almaniya şəhərləri müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla tanış olmaq və Almaniyada işləmək üçün unikaldır.

Bildiyiniz kimi, Almaniyanın dövlət universitetləri beynəlxalq tələbələr üçün bakalavr səviyyəsində pulsuz təhsil təklif edir. Magistratura və ya doktorantura təhsili almaq istəyirsinizsə, təhsil haqqını ödəməli ola bilərsiniz. Bununla belə, Almaniyada həm bakalavr, həm də magistratura səviyyəsində təhsil almağı düşünən beynəlxalq tələbələr üçün təqaüd verən müxtəlif qurumlar var. Bunlardan ən məşhuru dövlət təqaüdü kimi tanınan DAAD təqaüdüdür və ya özəl qurumlardan düşündüyünüzdən daha çox təqaüd imkanları var. Bəs, təqaüd proqramına kimlər müraciət edə bilər və ya şərtləri nələrdir?

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

daad azerbaijan

DAAD Təqaüdü Nədir?

DAAD Təqaüdü və ya Alman Akademik Mübadilə Xidməti Təqaüdləri Almaniyada universitetdə təhsil almaq, tədqiqat aparmaq və ya alman dilini öyrənmək istəyən tələbələrə bakalavr, magistr və doktorantura pillələrində dövlət tərəfindən dəstəklənən dövlət təqaüdü variantları təklif edir. Hər il dünya miqyasında 100.000-dən çox alman və beynəlxalq tələbə və tədqiqatçıya dəstək verən DAAD təqaüdü ilk növbədə magistr təqaüdü, dokotantura təhsili alan tələbələrə və qeyri-universitet tədqiqat institutlarına təhsil və tədqiqat səfərləri etmək istəyən məzunlara verilir. DAAD Azərbaycan təqaüdləri üçün ölkəmizdə aşağıdakı proqramlara müraciət edə bilərsiniz:

  • DAAD Yay Dil Kursu Təqaüdü: DAAD bakalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr və birinci kurs master tələbələri üçün 3-4 həftəlik yay məktəbi təqaüdü proqramı təklif edir. Təqaüdlər alman dil bacarıqlarını artırmaq istəyənlər üçün 3-4 həftəlik 1575 € dəyərində təqaüd təklif edir.
  • Məzunlar üçün Təqaüd Proqramları: İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün master təqaüdü (EPOS) ən azı iki illik iş təcrübəsi olan məzunlar üçün 1-3 il müddəti ərzində aylıq təqaüd, sığorta xərcləri və səyahət xərclərini əhatə edən təqaüd proqramı təklif edir.
  • Doktorantura və Tədqiqat Təqaüdləri: Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat təqaüdü lmaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihəsinin maliyyələşdirilməsi üçün 1-3 aylıq müddət ərzində aylıq 2.000 € təqaüd və səyahət xərclərini əhatə edən təqaüd proqramı təklif edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

DAAD Təqaüd Proqramına Kimlər Müraciət Edə Bilər?

DAAD-dan 6 aydan çox müddətə ali təhsil və ya tədqiqat təqaüdü almış keçmiş məzunlar Alamniyanın dövlət universitetlərində və ya rəsmi olaraq tanınmış elmi tədqiqat müəssisələrində tədqiqat və ya təhsil layihəsi həyata keçirmək üçün bu təqaüd üçün müraciət edə bilərlər.

DAAD Təqaüd Proqramına Qəbul Tələbləri Nələrdir?

  • Müraciət edən ərizəçinin ən azı iki illik iş təcrübəsi olmalıdır.
  • Seçdiyiniz ixtisasın tədris olunma dilindən asılı olaraq İngilis və Alman dillərini bildiyinizə dair sertifikitalarınız olmalıdır. İELTS və ya TOEFL sertifikatınız olmalı və imtahan balınız qəbul olmaq istədiyiniz ixtisasın şərtlərinə cavab verməlidir. Diqqət etməlisiniz ki, hər bir universitet qəbul üçün imtahan nəticəsini özü müəyyən edir. Bəzi ixtisaslar isə hər iki dildə tədris olunduğundan dolayı ixtisas seçimində buna da diqqət etməlisiniz.
  • Motivasiya məktubu təqdim etməlisiniz.
  • Almaniyaya 6 aydan çox müddətə getmək istəyirsinizsə, son təhsil dərəcənizi yaşadığınız ölkədən əldə etməlisiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

DAAD təqaüd proqramlarına müraciət edərkən tələb olunan sənədlərin notarial və ya Almaniyanın Bakıdakı Səfirliyi tərəfindən təsdiqinə ehtiyac yoxdur. Sənədlər isə ingilis və ya alman dillərində təqdim olunmalıdır. Tələb olunan sənədləri isə həm online , həm də kağız formasında təqdim etməlisiniz. Əsasən son müraciət tarixləri hər ilin payız aylarına qədər davam edir. Proqrama qəbul üçün imtahanı uğurla verdikdən sonra sizdən müsahibə götürülür. 15 dəqiqə davam edən müsahibə proqrama qəbul üçün əsas amildir. Burada sizin şəxsi keyfiyyətləriniz, bilik və bacarıqlarınız , proqrama qəbul üçün şəxsi motivasiyanız barəsində suallar verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button