[reklamvideo]
İngiltərədə Təhsil

İngiltərədə Təqaüdlü Magistr Təhsili Almaq – 2024

Bu gün İngiltərə 500.000-dən çox beynəlxalq tələbə ilə Amerikadan sonra dünyanın ən populyar təhsil məkanıdır. Ölkə mədəni zənginliyi, qlobal miqyasda qəbul edilmiş və hörmət edilən akademik ixtisaslar əldə etmək imkanı, nüfuzlu təhsil müəssisələri və dünya səviyyəli tədqiqat imkanları ilə məşhurdur. London, Mançester, Birmingem və Qlazqo kimi kosmopolit tələbə şəhərləri unikal tarixi və memarlığı ilə heyran buraxır. Güclü iqtisadiyyatı və köklü kral tarixi ilə təhsil və karyera həvəskarlarının ilk seçimlərindən biri olan İngiltərədə təqaüdlü magistratura proqramlarına müraciət etmək üçün necə davam etməli olduğunuza nəzər salaq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

ingilterede tehsil

İngiltərədə Magistr Təhsili Almaq

İngiltərə universitetlərində magistr təhsili almaq tələbələr üçün akademik və şəxsi həyatları baxımından qeyri-adi təcrübə olacaq. Avropanın ən populyar ölkəsi və müxtəlif mədəniyyətlərdən olan insanların görüşdüyü ölkə olduğu üçün bu ölkə hər il 400.000-dən çox beynəlxalq tələbə qəbul edir. İngiltərədə magistr proqramları ikiyə bölünür: Tədris olunan magistr və Tədqiqat magistri və onlar təxminən bir il davam edir. Tədris olunan magistr proqramları nəzəri təhsilə yönəlmiş və 9 ay ərzində dərslərdə fəal iştirak tələb edən proqramlardır. İlin sonunda layihə və tezislərinizi 3 ay ərzində təqdim etməyiniz gözlənilir. Tədqiqat magistratura proqramlarında tələbələr dərslərdə iştirak etmək əvəzinə akademiklə araşdırma aparır və ilin sonunda yazdıqları tezis, təqdimat və şifahi imtahandan məsuldurlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Chevening Təqaüdü Nədir?

Böyük Britaniya tərəfindən maliyyələşdirilən Chevening proqramı Şimali İrlandiya, Uels, Şotlandiya və İngiltərə kimi ölkələrdə magistr dərəcəsi almaq istəyən beynəlxalq tələbələrə təklif olunur. Chevening təqaüd proqrsmı 30 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrindən universitetlər, hökumətlər və özəl sektor təşkilatları ilə əməkdaşlıqda 160-dan çox ölkədə həyata keçirilir. Chevening Təqaüdü gələcək liderlərə və istedadlı şəxslərə peşəkar və akademik mühitdə sosial şəbəkələrini inkişaf etdirməyə, Britaniya mədəniyyəti ilə tanış olmağa kömək etmək məqsədi daşıyır. Proqramlarda iştirak etmiş tələbələr, o cümlədən bir çox alim, siyasətçi, kinorejissor, yazıçı və incəsənət xadimləri hazırda yüksək səviyyəli vəzifələrdə çalışırlar. Hər il 2000-dən çox alim bu imkanlardan yararlanır.

Chevening Təqaüd Proqramı Üçün Tələb Olunan Şərtlər Nələrdir?

  • Proqram üçün seçdiyiniz universitet və magistr proqramı üçün kifayət qədər bakalavr dərəcəsi və GPA olmalıdır.
  • 2 il iş təcrübəsi
  • Böyük Britaniya universitetləri üçün ən azı 3 proqram seçmiş olmaq
  • Müraciət zamanı ingilis dili biliyi ən azı IELTS 6.5 və TOEFL IBT 79 olmalıdır.

Unutmayın ki, Chevening Təqaüdü üçün heç bir yaş tələbi yoxdur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button