[reklamvideo]
Kanadada Təhsil

Kanada Vizası Üçün Müraciət Edərkən Nələrə Diqqət Etməlisiniz?

Son illərdə Kanadada təhsil almaq istəyən beynəlxalq tələbələrin sayı artmaqdadır. Tolerant və multikultural quruluşu, populyar tələbə şəhərləri, dünyanın ən çox seçilən ölkələri olan Amerika və İngiltərə ilə müqayisədə daha aşağı təhsil və yaşam xərcləri, təbii gözəllikləri və viza müraciətləri ilə diqqət çəkən Kanada, xüsusilə də hər il tibb, neft mühəndisliyi və kompüter elmləri sahələrində daha da güclənir və tələbələrə ölkədə yaşamaq və işləmək imkanı təklif edir. Bu məqaləmizdə isə Kanadada universitetdə təhsil almaq istəyənlər üçün Kanada tələbə vizası ilə bağlı sualları araşdırdıq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

kanadada tehsil

Kanada Tələbə Vizası Üçün Necə Müraciət Etməli?

Kanadada təhsil almağı düşünənlər, Kanada tələbə vizası almaq üçün əvvəlcə təhsil müəssisəsindən onların müraciətinin qəbul edildiyinə dair təsdiq və sənəd almalıdırlar. Daha sonra Kanada Vətəndaşlıq və İmmiqrasiya İdarəsi və ya CIC vasitəsilə onlayn olaraq Kanadada tələbə vizası üçün müraciət edə bilərlər. Viza ərizələrini təsdiq etmək və ya rədd etmək qərarı İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Kanada və ya IRCC əməkdaşları tərəfindən qəbul edilir. Müraciət etməzdən əvvəl sizdən tələbə vizası üçün uyğun olub-olmadığını yoxlamaq üçün qısa anket doldurmağınız xahiş olunacaqdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

İngilis və ya fransız dillərində seçimləri olan internet saytında sualları və sizdən tələb olunan sənədləri düzgün başa düşdüyünüzə əmin olmağı tövsiyə edirik. Sonra müraicət etmək hüququna maliksinizsə, 60 gün ərzində etibarlı olan şəxsi yoxlama siyahısı kodunuz olacaq. Bu kodla alacağınız MyCIC hesabınız sayəsində sənədləri öyrənib göndərəcək və viza rüsumunu ödəyib yoxlayacaqsınız. Onu da qeyd etmək lazımdır ki, bəzi namizədlər müraciət etdikdən sonra müsahibə üçün viza ofisinə gələməli ola bilərlər.

kanada viza

Kanada Vizası Üçün Müraciət Edərkən Nələrə Diqqət Etməlisiniz?

Kanadada təhsil almaq üçün tələbə vizası üzrə müraciət edəcək tələbələr sorğu nəticəsində bəzi şəxsi məlumatlarla bağlı bir neçə suala cavab verməlidirlər. Bunlar;

  • Daha əvvəl qeydə alınmış cinayət işinizin olub-olmaması
  • Ailənizdən bir nəfəri Kanadaya aparıb-aparmayacağınız
  • Təhsiliniz müddətində hər hansı maliyyə investorunuzun olub-olmaması

Kanada tələbə vizasının rədd edilməsi yuxarıda qeyd olunan şərtlərə cavab verib-verməməyinizdən asılıdır. Eyni zamanda hazırladığınız bütün sənədlər notarial qaydada tərcüməçilər tərəfindən ingilis dilinə tərcümə edilməlidir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Kanada Təhsil Vizası Üçün Tələb Olunan Sənədlər Nələrdir?

  • Doldurulmuş ərizə forması
  • Universitetdən qəbul məktubunun əsli
  • Təhsil alacağınız müddətdən asılı olaraq ən azı bir il etibarlı pasport
  • Ölkənizə qayıdacağınızı təsdiq edən səyahət sənədi
  • Sağlamlıq arayışı
  • Biometrik şəkillər və barmaq izləri
  • Arxasında adını və doğum tarixiniz olan iki fotoşəkil
  • Kanadada təhsiliniz müddətində hər il üçün ən azı 10.000 Kanada dollarınız olduğunu göstərən bank hesabı
  • Bank kartı hesabından çıxarışlar və sizinlə gələcək ailə üzvünüzün xərclərini qarşılamaq üçün kifayət qədər maliyyənizin olub-olmaması
  • Kanada tələbə vizası haqqının ödənilməsi şəhadətnaməsi

Həmçinin nəzərə alın ki, tələb olunan sənədlər, rüsumlar və təlimatlar yaşadığınız ölkədən asılı olaraq dəyişə bilər. Bu mövzuda köməyə ehtiyacınız varsa, ölkənizdəki viza ofisini, Kanada səfirliyini və ya konsulluğunu, CIC vasitəsilə ölkənizdə yerləşən müraciət bürolarını seçərək dəstək ala və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button