[reklamvideo]
Xaricdə Təhsil

Motivasiya Məktubu Necə Yazılmalıdır? – Nümunə – 2024

Xaricdə təhsil almağa qərar verdiyiniz zaman universitetlərə müraciət edərkən istifadə edəcəyiniz ən vacib sənədlərdən biri də Motivasiya Məktubudur. Bu sənəd ərizənizin qəbulunda böyük rol oynayır və buna görə də, diqqətlə və səliqəli yazılmalıdır. Bu məqaləmizdə sizə bu sənəd haqqında məlumat verəcək və onu necə yazmağınıza kömək edəcəyik.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Motivasiya Məktubu Nədir?

Xaricdə təhsil almaq istəyirsinizsə, bir çox universitet və proqramlar sizdən motivasiya məktubu tələb edə bilir. Motivasiya Məktubu adətən niyə başqa ölkədə təhsil almaq istədiyinizi və bu prosesdəki məqsədinizi izah edən bir səhifəlik məktubdur. Motivasiya məktubunuz müraciət etdiyiniz xaricdəki universitetin qiymətləndirmə komitəsi tərəfindən nəzərdən keçirilkən, sizi digər namizədlərdən fərqləndirən istək, ardıcıllıq və səriştələrinizə diqqət edilərək qiymətləndirilir.

avropada qiyabi tehsil

Nəticə etibarı ilə, motivasiya məktubu namizədin şəxsiyyətini, tədqiqat sahələrini və inkişaf məqsədlərini özünəməxsus şəkildə özündə əks etdirən məktubdur. Bir sözlə, bir fəaliyyətdə iştirak etmək istəyinizi və niyyətinizi göstərmək üçün yazdığınız məktub Motivasiya Məktubu adlanır. Motivasiya Məktubları müraciət edəcəyiniz universitet və ölkədən asılı olaraq ingilis, azərbaycan və başqa dildə ola bilər. Həm azərbaycan, həm də ingilis dillərində Motivasiya Məktubu yazarkən nəzərə alınmalı məqamlar eynidir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Motivasiya Məktubu Necə Yazılmalıdır?

Əvvəla, Motivasiya Məktubunun uzun olması lazım deyil. Sadəcə, müvafiq mövzuya toxunmaq və bir neçə vacib məsələni əhatə etmək lazımdır. Başlamaq üçün, məktubu kimə göndərdiyiniz və eləcə də niyə göndərdiyiniz barədə bir fikrə sahib olmalı və bunu açıq şəkildə bildirməlisiniz. Xaricdə universitet təhsili təcrübəsi əldə etmək istəyirəm kimi bir cümlə ilə başlayıb səbəblərinizlə gücləndirə bilərsiniz. Məktubunuzu oxuyacaq şəxs, yəqin ki, sizdən əvvəl yüzlərlə Motivasiya Məktubu oxumuşdur, ona görə də məktubu mümkün qədər göz oxşayan və maraqlı etməyə çalışmalısınız. Məktubunuzu bir böyük mətn blokuna deyil, kiçik abzaslara bölməyə çalışın. Hər bir keçid müvafiq və uyğun olmalıdır.

italiya universitetleri

Həyatınız haqqında bəzi təfərrüatlar verin və xaricdə təhsil almaq məqsədiniz və səbəbləriniz haqqında dürüst olun. Seçdiyiniz proqram haqqında sizi nə təsirləndirdiyini və niyə bu proqramı seçdiyinizi aydın şəkildə yazın. Bundan əlavə, söz mövzusu proqramla bağlı maraqlarınızı və həyəcanınızı təsvir edin. Magistr dərəcəsi Motivasiya Məktubu üçün yaxşı və tək bir mövzuya diqqət yetirməlidir. Həmçinin, keçmiş təcrübələriniz və gələcək planlarınız haqqında danışmalısınız. Siz həmçinin təcrübələrinizlə proqram arasındakı əlaqəni, proqramın karyeranıza necə fayda verəcəyini və əldə edəcəyiniz bacarıqlardan necə istifadə edəcəyinizi bildirməlisiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Motivasiya Məktubu Yazarkən Diqqət Etməli Olduqlarınız Nələrdir?

Motivasiya Məktubu yazarkən diqqət etməli olduğunuz məqamları aşağıdakı kimi sadaladıq:

  • Birbaşa olun, uzun və mürəkkəb bir girişlə başlamayın.
  • Özünüzü təqdim edin və universitetə və həmin proqrama niyə müraciət etdiyinizi izah edin.
  • Məktubunuzu yaxşı təşkil edin və onu 3-5 qısa paraqrafa bölün.
  • Motivasiya Məktubunuzun asan oxuduğundan və cümlələrin mənalı olduğundan əmin olun.
  • Heç bir qrammatik səhv və ya orfoqrafik səhv olmadığından əmin olmalısınız.
  • Akademik dildən istifadə edin.
  • Müraciət etdiyiniz proqram ilə bağlı maraqlarınızı, həmçinin şəxsi xüsusiyyətlərinizi daxil edin.
  • Hansı bölmədə oxumaq istədiyinizi izah edin və niyə oxumaq istədiyinizi izah edin.
  • Unutmayın ki, Motivasiya Məktubu sizin CV sənədiniz deyil.
  • CV-nizdəki məlumatlardan başqa, şəxsiyyətinizi təsvir edən məlumatların olduğundan əmin olun.
ingilterede islemek

Motivasiya Məktubuna Aid Nümunə

“Hörmətli Cənab və ya Xanım,

Bu motivasiya məktubunu Akdeniz Universiteti Sosial Elmlər İnstitutunun Turizm İdarəçiliyi magistraturasına müraciət üçün yazıram. 2016-cı ildə Bakı Dövlət Universiteti Turizm fakültəsini bitirdim. Təhsil həyatım boyu peşəkar karyerama töhfə verəcək bir çox yerli və beynəlxalq təlim və yarışlarda iştirak etmişəm. Mənim peşəmə marağım orta məktəbdə oxuyandan başlayıb. Həmin illərdən etibarən biliklərimi daim yeniləməyə ehtiyac duydum.

Bu səbəbdən Bakı Dövlət Universitetinin turizm ixtisası üzrə bakalavr proqramına müraciət etdim. Bakalavr təhsili müddətində turizm sahəsindəki tendensiyaları yaxından izləməyə çalışmışam. Akademik olaraq özümü təkmilləşdirmək və cari nəşrləri yaxından izləyərək elmi işlərdə iştirak etmək üçün magistratura təhsilimi davam etdirmək istəyirəm. Bu sahədə hörmətli alimlərin çalışdığı Ankara Universitetində magistraturaya başlamaq mənim üçün əla fürsət olacaq. Ərizə sənədlərimi nəzərdən keçirmək üçün vaxt ayırdığınız üçün çox sağ olun. Sizdən müsbət xəbərlər gözləyəcəm.”

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button