[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq İstəyənlər Üçün Tələbə Mübadilə Proqramları

Təhsil müddəti ərzində dünyanın müxtəlif ölkələrində yüksək təhsil haqqı ödəmədən bir semestr və ya 1 il keçirmək istəyirsinizsə, o zaman doğru yerdə olduğunuzdan əmin ola bilərsiniz! Məqaləmizdə tələbələr üçün dünyanın ən prestijli və tanınmış tələbə mübadilə proqramları ilə bağlı bütün məlumatları qeyd edəcəyik.

Tələbə Mübadilə Proqramı Nədir?

İngilis dilində Student Exchange Program kimi adlanan Tələbə Mübadilə Proqramı tələbənin başqa ölkədə, adətən onun dərslərə qatılacağı və ya işləyəcəyi tərəfdaş universitetdə keçirdiyi vaxt dövrüdür. Bu proses zamanı universitet tələbələrinə yerli dili öyrənmək, yeni ölkə və mədəniyyətlə tanış olmaq imkanı verilir. Bu baxımdan deyə bilərik ki, Tələbə Mübadilə Proqramı tələbələri qlobal perspektiv inkişaf etdirməyə təşviq edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde tehsil

Ödəniş Tələb Olunurmu?

Əlbəttə yox! Mübadilə proqramlarında iştirak edən tələbələr heç bir ödəniş ödəmir və iştirak etdikləri proqramlardan asılı olaraq getdikdləri ölkələrdə təhsil və yaşam haqları üçün müəyyən qrant alırlar. Yaşayış üçün sizə ev sahibi ailə ilə qalmaq və ya tələbə yataqxanalarında yaşamaq təklif oluna bilər. Bu, fərqli həyat tərzi, yeni perspektivlər və alternativ akademik təcrübələr yaşamaq üçün əla fürsətdir.

Mübadilə Proqramları Nə Qədər Davam Edir?

Tələbə Mübadilə Proqramının müddəti seçdiyiniz proqramdan asılı olaraq dəyişir. Məsələn, başqa ölkədə bir neçə həftə, bir semestr və ya 1 il təhsil almağa qərar verə bilərsiniz. Bu baxımdan, öz universitetinizin və ya seçdiyiniz proqramın hansı variantları təklif etdiyini yoxlamaq lazımdır. Bəzi şöbələr bakalavr və ya magistr dərəcələrində mübadilə proqramları təklif edir, bəziləri isə olmaya bilər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

erasmusa qebul

Ən Yaxşı Tələbə Mübadilə Proqramları Hansılardır?

1. Erasmus

Tələbə mübadiləsi proqramları dedikdə ağlımıza ilk gələn Erasmus olur. Erasmus proqramı Avropa İttifaqı tərəfindən həyata keçirilən mübadilə proqramıdır. Erasmus proqramı Avropa İttifaqı ölkələrindəki və namizəd ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etməklə universitetlərarası təhsilin keyfiyyətini artırmaq və yaxşılaşdırmaq məqsədi daşıyır. Bu proqram tələbələrə beynəlxalq təhsil imkanı vermək və ölkələr arasında əməkdaşlığı artırmaq üçün yaradılmışdır. Akademik mübadilə və gənclər mübadiləsi proqramları ilə yanaşı, təcrübə, biznes və idman sahələrində məkdaşlıq layihələrini də əhatə edir.

Eyni zamanda Erasmus şərtləri və xərcləri ilə bağlı deyə biləcəyimiz ilk şey odur ki, siz Erasmus mübadilə proqramı zamanı heç bir əlavə təhsil haqqı ödəməli olmayacaqsınız. Əlavə maliyyə dəstəyi olaraq, yaşayış və ya kirayə xərclərinə kömək etmək üçün qrantlar veriləcəkdir. Əlavə məlumat üçün siz universitetinizin Erasmus ofisi və ya Erasmuss proqramlarının təşkilinə cavabdeh olan koordinatorla əlaqə saxlamalısınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

2. Mevlana Mübadilə Proqramı

Mevlana Mübadilə proqramı Türkiyə universitetləri ilə Azərbaycan Universitetləri arasında iki tərəfli imzalanan tələbə və müəllim heyəti arasında mübadilə aparmağı mümkün edən bir proqramdır. 23 avqust 2011-ci ildə yaradılmış proqram Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsi üçün yol açmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq mübadilə proqramı çərçivəsində hərəkətlilik hər hansı bir coğrafi bölgədən asılı olmayaraq dünyanın hər yerində yerləşən ali təhsil müəssisələrini əhatə edir.

3. ISEP

ISEP tələbə mübadilə proqramlarına gəlincə, Beynəlxalq Tələbə Mübadilə Proqramları və ya ISEP 40 ildən artıqdır ki, tələbələrə dünyanın müxtəlif ölkələrində universitet və kolleclərdə xaricdə təhsil almaq imkanı təklif edir. ISEP tələbə mübadilə proqramı 50 müxtəlif ölkədə 300-dən çox müəssisə ilə fəaliyyət göstərir, lakin imkanlar oxuduğunuz məktəbdən asılı olacaq. Müvafiq olaraq, əgər universitetiniz ISEP-in üzvüdürsə, siz başqa ISEP mübadilə təşkilatının tələbəsi ilə yer dəyişdirə bilərsiniz. Siz 10-a qədər partnyor universitet və ya kollec arasından seçim edə və ixtisasınızdan və üstünlüklərinizdən asılı olaraq sizə ən uyğun olanı seçə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button