[reklamvideo]
Polşada Təhsil

Polşada İmtahansız & Tək Attestatla Təhsil Almaq – Universitetlər

turkiyede tehsil

Polşa zəngin tarixi, canlı mədəniyyəti və qonaqpərvər insanları olan böyük bir ölkədir. Beynəlxalqlaşma sahəsində son səylər sayəsində Polşa xaricdə getdikcə daha çox əcnəbi cəlb etməkdədir və ölkə münasib təhsil haqqı və olduqca əlverişli yaşam dəyəri ilə dünya səviyyəli təhsil təklif edir.

Mərkəzi Avropada yerləşən Polşa Almaniya, Çexiya, Slovakiya, Ukrayna, Belarusiya, Litva və Rusiya Federasiyası ilə həmsərhəddir (Kalininqrad eksklavi vasitəsilə). Polşanın paytaxtı və ən böyük şəhəri Varşava geniş kurslar təklif edən bir çox universitetin olduğu müasir və maraqlı mərkəzdir, digər böyük universitet şəhərlərinə isə Krakov, Poznan, Lodz və Wroclaw daxildir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Polşanın Ali Təhsil Sistemi və Ən Yaxşı Ali Məktəbləri

Polşada ali təhsilin təqribən 800 illik tarixi var və ölkədə 400-dən çox universitet var – onların bir çoxu indi beynəlxalq tələbə namizədləri üçün ingilis dilində də təhsil proqramları təklif edir.

Krakovdakı Yagellon Universiteti 1364-cü ildə əsası qoyulmuş Polşanın ən qədim universitetidir və astronom Nikolay Kopernik, Papa II İohann Pavel və iki Nobel mükafatçısını məzun etmişdir. Polşanın ən böyük universiteti isə Varşava Universitetidir. 1816-cı ildə əsası qoyulmuş universitet, İsrailin ilk Baş Naziri David Ben-Qurion və məşhur bəstəkar Frederik Şopen də daxil olmaqla, məzunların təsirli siyahısına malikdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Polşanın ali təhsil sistemi həm də ixtisaslaşdırılmış texniki universitetləri ilə tanınır. Ali təhsil müəssisələri hər il mühəndislik və ya kompüter elmləri kimi fənlər üzrə on minlərlə mütəxəssis yetişdirirlər. Varşava Texnologiya Universiteti və AGH Elm və Texnologiya Universiteti beynəlxalq reytinqlərdə müstəsna mövqeyə malikdirlər və seşə biləcəyiniz bir çox başqa prestijli ali təhsil müəssisləri də var.

Əgər siz Tibb təhsili üzrə proqram və universitetlər axtarırsınızsa, Polşadakı tibb məktəbləri dünya səviyyəli təhsili ilə tanınır. Ən yaxşı reytinqlilər arasında Sileziya Tibb Universiteti və Varşava Tibb Universiteti də var.

Polşada İmtahansız & Tək Attestatla Təhsil Almaq Mümkündürmü?

Bu suala yeganə cavabımız “Əlbəttə, mümkündür!” olacaqdır, çünki digər Avropa ölkələri ali məktəblərindən fərqli olaraq, beynəlxalq tələbə namizədləri Polşa universitetlərinə Tək Attestat Sənədi ilə qəbul ola bilərlər! Üstəlik, Polşa universitetlərinə qəbul imtahanlarının olmaması bu təhsil fürsətini beynəlxalq tələbələr üçün daha cəlbedici edir. Sizə sadəcə orta təhsil haqqında şəhadətnamə (attestat), maliyyə qabiliyyətlilik arayışı və ingilis və ya polyak dillərini bilmək lazımdır.

Bundan əlavə, Polşa universiteti beynəlxalq tələbə namizədlərindən ingilis dil biliklərini sübut edən beynəlxalq dil imtahanları olan IELTS və ya TOEFL sertifikatı da tələb etmir. Bunun əvəzinə, beynəlxalq tələbələrinə Foundation Program (Hazırlıq Proqramı) təklif edir ki, bu proqramda tələbələr təhsil almaq və kommunikasiya bacarıqlarına sahib olmaq üçün ingilis dili bacarıqlarını təkmilləşdirib, təhsil almağa başlaya bilərlər. Bütün bu məlumatlar əsasında nəyə görə hələ də Polşada təhsil almağa əmin deyilsiniz? Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button