Polşada Təhsil

Polşada bakalavr və magistr təhsili İELTS nəticəsi olmadan da mümkündür

reklambanner

Avropanın 9-cu ən böyük ölkəsi olan Polşa əhalinin sayına görə isə Avropada 8-ci yerdə qərarlaşır.Polşada təhsil məcburidir və 7 yaşından 18 yaşınadək hər bir vətəndaş təhsil almalıdır. Bildirək ki, Polşada təhsil alan şagirdlər orta məktəbi bitirdikdən sonra matura adlanan buraxılış imtahanı verirlər və yalnız bu halda ali məktəbə qəbul ola bilərlər.

1773-cü ildə Kral  tərəfindən qurulan Polşa Təhsil Nazirliyi dünyada ilk təhsil nazirliyi idi  və bu ən-ənənələr bu gün də davam etdirilir. Beynəlxalq PİSA 2012 dəyərləndirmə sistemi  Polşa təhsilinin riyaziyyat, elm və savadlılıq sahəsində əldə etdiyi irəliləyişləri yüksək qiymətləndirmişdir. Həmçinin  2003-cü ildən bəri yüksək performans göstərənlərin sayı artarkən, aşağı performans göstərənlərin sayında geriləmə müşayiət edilmişdir. Polşa təhsilinin uğurlarındandır ki, Pearson/Economist Intelligence Unit qiymətləndirmə sistemi Polşa təhsilini Avropada beşinci, dünyada isə onuncu ən yaxşı təhsil sistemi kimi qiymətləndirmişdir.

Xatırladaq ki, Polşada digər ölkələrdən fərqli olaraq təhsil haqqları çox aşağıdır. 800 eurodan başlayan qiymətlərlə ölkənin prestijli universitetlərinə qəbul olub buradan tələbə adını qazanaraq məzun olmaq mümkünüdür.

Xarici abituriyentlərin Polşada bakalavr təhsili necə təşkil olunur?

Dünyanın ən yaxşı təhsil sisteminə malik Polşada həm bakalavr, həm də magistratura tələbələri üçün hərtəfərəfli, əlverişli şərait yaradılmışdır. Bu təhsil sisteminin üstünlüklərindən biri də bakalavr və magistr tələbələrinin təhsil aldıqları müddətdə çalışa bilmələridir. Çalışma müddətini siz təyin edirsiniz, bu sizin dərs yükünüzə və gündəlik qrafikinizə görə dəyişkənlik göstərə bilər. Belə ki, həftəlik 20 saatdan başlayaraq iş saatları müəyyən olunur. Bəzi universitetlərdə dərslər həftə sonu, yaxud hibrid formada təşkil olunur ki, bu da xarici tələbələrin gündəlik ehtiyaclarını və həyat şəraitlərini daha effektiv şəkildə qarşılamaları üçün fürsət yaradır.Bakalavr təhsili 3-il müddətini əhatə edir. Bundan əlavə 1 il təhsil müddəti isə “foundation” olaraq təşkil olunur. Əgər bu müddət ərzində siz yetəri ingilis dili bacarıqlarına sahibsinizsə, o zaman sizin İELTS imtahan nəticəsi olmadan da bu ixtisaslarda təhsil ala bilərsiniz.

reklambanner

Bəs hansı ixtisaslar tədris edilir? Ən çox tələb edilən ixtisas hansılardır?

Polşada xüsusi məşhur və aktual ixtisaslar arasında tibb, mühəndislik, iqtisadiyyat, hüquq, sosial elmlər vardır. Lakin daha çox arzu edilən və tələbələrin üz tutduqları ixtisaslar siyahısında kompyuter elimləri, logistika, MBA , dizayn, incəsənət, rəsm ixtisasları yer almaqdadır. Bu ixtisaslar ölkənin iri şəhərlərində yerləşən universitetlərdə tədris edilir. Sizin üçün bu şəhərləri quruplaşdırsaq həmin universitetləri aşağıdakı kimi qeyd edə bilərik:

  • Varşava– Varşava Universiteti , Varşava Texnoloji Universiteti, UFM Universiteti,Vistula Universiteti
  • Krakov-Jagiellonian Universiteti, AGH Elm və Texnoloji Universiteti
  • Poznan– Poznan Elm və texnologiya Universiteti, Tibb Universiteti
  • Gdansk-Gdansk İqtisadiyyat Universiteti,Tibb Universiteti,GdanskTexnologiya Universiteti
  • Wroclow-Wroclow Universiteti , Wroclow Tibb Universiteti, Wroclow Iqtisadiyyat Universiteti, Tibb Universiteti
  • Lodz-Lodz Universiteti
  • Wroclow– Wroclow Biznes Universiteti

Bundan əlavə Polşada yerləşən təhsil baxımından geniş perspektivə malik olan WSB Univeristetinin kompusları paytaxt Varşava daxil olmaqla ölkənin 11 ayrı şəhərində yerləşir.

Ancaq seçdiyiniz şəhərlərə səfər etməzdən əvvəl hansı sahədə daha güclü olduğunuza və hədəflərinizə daha dəqiq qərar verməlisiniz ki, təhsil həyatıda sizin üçün daha faydalı olsun və karyeranızı bu yöndə uğurlu şəkildə qura biləsiniz.

Burada magistratura təhsili tələbələrə nə vəd edir?

Təhsil pilləsinin üst dərəcəsi olan magistratura təhsilini Polşada almağın bir çox üstünlükləri vardır. Əsas önəmli faktorlardan biri də odur ki, burda alacağınız təhsil ilə dünya iş bazarında özünüzə yer tapacaqsınız. Çox sayda seçənək təklif edən bu universitetlər, sizin peşəkar təhsil və karyera həyatınızda önəmli rol oynayacaqdır. Əgər imtahan balınız 50 balın üzərindəsdirsə, inglis dilindən müvəffəqiyyətli nəticə əldə etmisinizsə universitetlərdə TOEFL və İELTS olmadan da təhsilinizi davam etdirə bilərsiniz. Həmçinin istədiyiniz ixtisasdan başqa bir ixtisasa da keçid etmək mümkündür.

İELTS nəticəsi olmadan Polşada necə təhsil alaq?

Polşada beynəlxalq tələbə kimi təhsil almaq üçün ingilis dilində profesianal səviyyədə bilik tələb olunur. Polşada əksər universitetlər İELTS, TOEFL nəticəsi tələb edir. Lakin bəzi universitetlər İELTS imtahan nəticəsi yerinə ingilis dili öyrətim kursları təklif edir. Əgər tələbə İnterviyu zamanı yaxud yazılı testdən müvəffəqiyyətli nəticə göstərərsə onların tələbə kimi universitetə daxil olması mümkün olur. Buna əlavə olaraq bəzi universitetlər ingilis dilində profesianal test nəticələri və sertifkat tələb edir.Həmçinin Pearson Test of English (PTE) və the International Baccalaureate (IB) Diploma kimi sənədlər universitetlər üçün tələbəni qiymətləndirməyə görə tələb olunan sənədlər siyahısındadır.

Bizimleelaqe

EUROPASS diplom nədir?

46 Avropa ölkəsinin birlikdə imzaladığı müqaviləyə əsasən Avropa ölkələri tərəfindən tanınan Universitet tərəfindən verilən diplom. Polşa Universitetlərinin verdiyi ali sənəd-diplom da Avropa ölkələrində tanınır və bu ölkədə işləmək istəyənlərin sahib olacağı ən önəmli dokumentdir.

Polşanın hansı universitetləri təhsil üçün daha prestijlidir?

Varşavada Varşava dövlət Universiteti,Jagiellonian Universiteti, Zielona Gora Universiteti və başqaları ən yaxşılar siyahısındadır.

Polşada hansı təqaüd proqramları fəaliyyət göstərir?

müvəfəqiyyət kursları– təhsildə qazanılan nailiyyətə görə verilir
araşdırma təqaüdü– hərhansı proyektin araşdırılmasına sərf olunan zamanın və əməyin və müəyyən büdcənin qarşılığı olaraq verilir.
dövlət təqaüdü– dövlətin tələbələr üçün verdiyi xüsusi təqaüdlərdir. Qalma xərclərinin qarşılanması üçün verilir.
özəl təqaülər- xüsusi qurumlar və təşkilatlar tərəfindən verilən təqaüdlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button