[reklamvideo]
Polşada Təhsil

Polşada Təhsil – 2024

Xaricdə təhsil almaq istəyən gənclərin tez-tez üstünlük verdiyi ölkələrdən biri olan Polşa keyfiyyətli ali təhsil sistemi və yüksək həyat standartları ilə seçilir. Avropanın mərkəzində və bir çox mühüm ölkələrə çox yaxın olan Polşa, universitet imkanları sayəsində tələbələrə yeni imkanlar və təcrübələr təqdim edir. Polşada universitet təhsili Avropa universitetlərində bakalavr və ya magistr təhsili almaq istəyən tələbələr üçün ideal seçim kimi fərqlənir ki, bu da onların həyatlarının qalan hissəsini istiqamətləndirəcəkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Çoxlu sayda universitetə malik olan Polşa Avropada yüksək keyfiyyətli təhsilə malik olan ölkələrdən biridir. Paytaxt Varşava başda olmaqla müxtəlif şəhərlərdə yerləşən bir çox universitet dünyanın ən yaxşı universitetləri sırasında göstərilir. Proqram müxtəlifliyi baxımından da çox zəngin olan bu ölkədə tibb, hüquq, mühəndislik və psixologiya kimi bir çox fərqli ixtisaslarda təhsil ala bilərsiniz.

Polşa Ali Təhsil Sistemi

Polşada tələbələr üçün ali təhsil iki istiqamətdə verilir: özəl ali təhsil və dövlət əsaslı ali təhsil. Polşada özəl ali təhsil tələbənin dil biliyinə, proqram intensivliyinə və kurslarda göstərilən müvəffəqiyyətdən asılı olaraq orta hesabla 3 ildən 5 ilə qədər tamamlanır. Ali təhsili dövlət məktəblərində başa vuracaq tələbələr; aldıqları qiymətlərə, performans vəziyyətinə və aldıqları bakalavr təhsilinin proqram intensivliyinə görə, orta hesabla 4-6 il ərzində başa vura bilərlər.

Polşada Matura imtahanı verən tələbələr; ali təhsil həyatına imtahan nəticələrinə və malik olduqları maddi imkana görə üstünlük verdikləri universitetlərdə başlayırlar. Matura imtahanına əlavə olaraq, Polşadakı dövlət universitetləri tələbələrin orta təhsil imtahan nəticələri, tələbənin akademik uğuru, idman və incəsənət fəaliyətlərində iştirak nisbəti və davamsızlıq məlumatları haqqında müraciət mərhələsində tələb edə bilərlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada ali təhsil proqramları üçün son müraciət tarixləri adətən 20-30 iyun tarixləri arasında başlayır. Müraciət nəticələri 1-2 ay ərzində universitetlər tərəfindən abituriyentlərə bildirilir. Polşa hökuməti müraciət etdikləri universitetlər tərəfindən qəbul olunmayan tələbələrə ali təhsilin başlamasına az qalmış əlavə yerlərdən yararlanmaq üçün əlavə müraciət imkanları yaradır.

Polşada Bakalavr Təhsili Almaq

Polşada bakalavr təhsilinin birinci mərhələsini bitirdikdən sonra siz lisans (İncəsənət üzrə bakalavr dərəcəsi qazanmaq) və ya inzynier (Mühəndislik üzrə bakalavr dərəcəsi qazanmaq) peşə adını əldə edə bilərsiniz. 180-240 AKTS krediti təklif edən bu dərəcə 3 – 4 il davam edir və sizi gələcək Magistr dərəcəsi proqramına hazırlamaq məqsədi daşıyır. Kurslar həm də tələbələri gələcək karyera həyatına hazırlamağa yönəlmişdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

avropada qiyabi tehsil

Polşada Bakalavr Təhsili Almaq Üçün Tələb Olunanlar Nələrdir?

Polşada universitetdə təhsil almaq üçün ölkəmizdə heç bir imtahan verməyə ehtiyac yoxdur və Polşa universitetləri təhsil almaq istəyən hər bir namizəd tələbəni qəbul edir. Yəni, siz heç bir imtahan vermədən Polşada bakalavr təhsili ala bilərsiniz. Lakin Polşada universitetlərə namizəd olmaq üçün ingilis dili səviyyəniz müəyyən standartlara cavab verməlidir. Bununla belə, heç bir ingilis diliniz olmasa belə, universitetlərin partnyor dil məktəblərində bir il təhsil alaraq ingilis dili səviyyənizi yüksəldə və universitet həyatına başlaya bilərsiniz.

Həmçinin, Polşada bakalavr təhsili almaq üçün ALES imtahanında da iştirak etməyə ehtiyac yoxdur. Bizimlə siz Polşanın ən prestijli universitetlərində heç bir imtahan vermədən bakalavr proqramlarına uğurla müraciət edə və təhsil almaq istədiyiniz ixtisas sahəsinə qəbul ola bilərsiniz. AzStudy xaricdə təhsil mütəxəssisləri sizin və və üstünlükləriniz üçün ən uyğun bakalavr proqramlarını müəyyənləşdirir və araşdırma çərçivəsində ərizə və qəbul prosesinizi tamamlayır. AzStudy komandası ilə siz Polşada bakalavr təhsili almaq məqsədinizə ən rahat və güvənli şəkildə nail ola bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde magistr tehsili

Bakalavr Dərəcəsində Təhsil Almaq Üçün Ən Yaxşı Proqramlar

Polşanın ali məktəblərində bakalavr dərəcəsində təhsil almaq üçün hələ də ixtisas sahənizi seçməmisinizsə, aşağıda sizin üçün hazırladığımız siyahıda ən yaxşı bakalavr təhsil proqramlarını qeyd etmişik:

  • İqtisadiyyat
  • Biznes və İdarəetmə
  • Ətraf Mühit Mühəndisliyi
  • Biotexnologiya
  • Maliyyə və Mühasibat uçotu
  • Juranlistika və Sosial ünsiyyət
  • Beynəlxalq Əlaqələr
  • Rəqəmsal və Texnoloji Həllər
  • Qrafik dizayn
  • Turizm

Polşada Magistr Təhsili Almaq

Polşada Magistr təhsili almaq təkcə uzun və nüfuzlu intellektual araşdırma və innovasiya mədəniyyətinə daxil olmaq demək deyil; bu həm də modernləşməni və beynəlxalq tanınmağı qiymətləndirən ali təhsil fəlsəfəsindən bəhrələnmək deməkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Çoxlu sayda universitetə malik olan Polşa Avropada yüksək keyfiyyətli təhsilə malik olan ölkələrdən biridir. Paytaxt Varşava şəhəri başda olmaqla, müxtəlif şəhərlərdə yerləşən bir çox universitet dünyanın ən yaxşı universitetləri sırasında göstərilir. Proqram müxtəlifliyi baxımından da çox zəngin olan bu ölkədə tibb, hüquq, mühəndislik, İT və psixologiya kimi bir çox fərqli ixtisas sahələrində təhsil ala bilərsiniz.

Polşada magistr dərəcəsi İncəsənət Magistrləri (MA) və Elm Magistrləri (M.Sc.) kimi verilir və magistratura kursu çox nəzəri şəkildə hazırlanmışdır. Belə ki, Polşa universitetlərində magistr dərəcəsini bitirdikdən sonra tələbələr viza müddətini uzada və ölkədə qalıb işləmək hüququna malikdir. Ümumiyyətlə, Polşa universitetlərində magistr proqramları ixtisas sahələrindən asılı olaraq, 1,5 – 2 il davam edə bilir.

Polşada Magistr Təhsilinə Qəbul Üçün Uyğunluq Meyarları

Polşadakı hər bir universitetin magistr dərəcəsinə qəbul olmaq üçün xüsusi uyğunluq meyarları var və bununla belə, Polşada magistr dərəcəsi üçün GPA-nın ümumi balları 50% təşkil edir. Qəbul üçün bakalavrlarda minimum 50% bal və Məzuniyyətdən sonrakı diplom tələb olunur ki, bəzi universitetlərdə İELTS balı da tələb olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada magistr təhsili almaq üçün qəbul və müraciət tələbləri namizəd tələbənin təhsil almaq istədiyi universitetin reytinq dərəcəsindən, proqram növündən və ixtisas sahəsindən asılı olaraq fərqlilik göstərə bilsə də, ümumiyyətlə, əksər universitetlər tərəfindən aşağıda qeyd olunan göstərici və sənədlər tələb olunur:

  • Namizəd tələbənin məzun olduğu universitetdən orta qiymət bal göstəricisi (GPA)
  • Magistr təhsilinin alınacağı universitet tərəfindən müəyyən edilən dil imtahanından kifayət qədər müvəffəqiyyət göstərmək (İELTS və ya TOEFL)
  • Tövsiyə məktubları (məzun olduğu ali təhsil müəssisəsindən və ya sonuncu iş yerindən təqdim olunmuş) və Motivaiya məktubu və namizəd tələbənin CV-si.
polsada bakalavr tehsili

Həmçinin, Polşa universitetləri magistr proqramlarında təhsil almaq üçün tələbə namizədlərindən ALES imtahan nəticəsi və iştirak etməyi də tələb etmir. Bizimlə siz Polşanın ən prestijli universitetlərində magistratura proqramlarına uğurla müraciət edə və heç bir imtahan vermədən istədiyiniz ixtisas sahəsində təhsil ala bilərsiniz.

Niyə Polşada Təhsil Almalısınız?

Yüksək standartlara malik universitetlər

Bu gün Polşada 500-dən çox universitet və 70.000-dən çox beynəlxalq tələbə var. Hər biri hökumət tərəfindən tənzimlənən və tədqiqat və tədrisin keyfiyyəti üçün müəyyən standartlara cavab verməsi tələb olunan universitetlər beynəlxalq tələbələrə ən yaxşı tibb, hüquq, mühəndislik və biznes proqramlarında yüksək səviyyəli və ingilis proqramları ilə xidmət göstərir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əlverişli təhsil və yaşam xərcləri

Polşada universitetdə təhsil almaq Qərbi Avropa və Skandinaviya ölkələrindən iki dəfə ucuzdur. Aşağı təhsil haqları, eləcə də aşağı yaşam xərcləri Polşanı Avropa İttifaqına üzv dövlətlər arasında hamı üçün mükəmməl bir yerə çevirir. Universitet ödənişləri dövlət universitetlərində illik 3.000 dollardan 5.000 dollara qədər, özəl təhsil müəssisələrində isə 7.000 dollara qədər dəyişir. Yaşam xərcləri isə nisbətən aşağı olsa da, şəhərinizin və həyat tərzinizin təsiri bunda mühüm rol oynayacaqdır. Belə ki, siz tələbə yataqxanasında bir nəfərlik otaq üçün 110-160 ABŞ dolları, həmçinin yaşam da daxil olmaqla, ərzaq xərcləriniz üçün ayda 650 dollar ödəməli olacaqsınız.

Təhsil alarkən işləmək imkanları

Polşada təhsil alarkən işləmək istəyirsinizsə, sizə şad xəbər! Belə ki, Aİ və ya qeyri-Aİ ölkələrindən olan tələbələr Polşada təhsil alarkən iş icazəsi tələb olunmadan, maksimum saat məhdudiyyəti olmadan tam ştatlı iş tapa bilərlər və daha yaxşısı, universiteti bitirdikdən sonra da iş icazəsinə ehtiyac yoxdur. Bununla belə, təhsil aldığınız sahə üzrə məzun olmadan əvvəl iş axtarmağa başlasanız yaxşı olar. Çünki yaşayış icazənizin müddəti bitməmiş əmək müqaviləsi bağlamalısınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Beləliklə, siz Polşada qalıb istədiyiniz qədər işləməyə davam edə bilərsiniz və tələbə kimi nəzərə alın ki, təhsilinizi Polşada davam etdirərkən təhsil sahəsindən asılı olaraq ödənişli və ya ödənişsiz təcrübə keçmək imkanınız da var. Düzdür demək lazımdır ki, ingilis dili biliyi Polşada həm təhsil almaq, həm də işləmək istəyən tələbələr üçün ən vacib tələbdir, həmçinin fransız, alman, çin və ya ispan dillərini də bilmək və informasiya texnologiyaları sahəsində bacarıqlara sahib olmaq iş tapmağınızı asanlaşdıracaqdır.

Polşada Təhsil Ala Biləcəyiniz Ən Yaxşı İxtisas Sahələri

Bu gün Polşanın ən yaxşı universitetləri xarici tələbələri, xüsusən də ingilis dilində bakalavr və magistr proqramları ilə cəlb edərkən, Polşada mühənndislik, tibb, elm və informasiya texnologiyaları və komputer elmləri kimi ixtisaslar çox populyardır. Dünyanın ən yaxşı təhsil sistemlərindən birinə malik Polşada yerli tələbələrimizin də təhsil almaq üçün ən çox üstünlük verdiyi ixtisas sahələrini aşağıdakı kimi sadalaya bilərik:

  • Mühəndislik
  • Komputer elmləri və informasiya texnologiyaları
  • Tibb
  • Beynəlxalq münasibətlər
  • Hüquq
  • Marketinq
  • Menecment
  • İqtisadiyyat
  • Turizm
  • Stomatologiya
  • Maliyyə
  • Mühasibat uçotu

Polşada Təhsil Ala Biləcəyiniz Ən Yaxşı Universitetlər

  • WSB Academy
  • Vistula University
  • University of Warsaw
  • Jagiellonian University
  • SWPS University of Social Sciences and Humanities
  • Medical University of Warsaw
  • Warsaw University of Technology

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşa Universitetlərində İllik Təhsil Haqqı Qiymətləri Nə Qədərdir?

Polşada təhsil almağı seçənlərin çoxu üçün ölkənin cazibədarlığı beynəlxlaq tələbə namizədləri üçün digər Avropa ölkələrinin əksəriyyətindən daha münasib və aşağı olan sərfəli təhsil haqqı qiymətləri və yaşam xərcləri ilə seçilir. Ümumiyyətlə, Polşa universitetlərində illik təhsil haqqı avropalı olmayan tələbələr üçün tətbiq edilir, lakin yenədə Avropanın digər məşhur yerləri ilə müqayisədə çox münasibdir.

Dövlət universitetlərində həm Polşa, həm də Aİ/EEA və İsveçrə tələbələri polyak dilində tədris olunan dərəcələr üçün təhsil haqqı ödəmirlər. Bütün digər təhsil proqramları tələbələrdən təhsil haqqı tələb edir və ümumiyyətlə, təhsil haqqı qiymətləri proqram dərəcələrinə görə dəyişir. Universitet ödənişləri də eyni şəkildə nisbətən münasibdir, adətən dövlət universitetlərində 4.180 ABŞ dollarından, özəl müəssisələrdə isə 6.600 ABŞ dollarından çox deyil.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

polsada yasam

Polşanın ali təhsil müəssisələrindən tələb olunan illik təhsil haqqı qiymətlərini təhsil dərəcələrinə uyğun daha detallı qeyd etməli olsaq, aşağıdakı kimi göstərə bilərik:\

  • Bakalavr dərəcələri üçün 500 – 6.000 EUR/akademik il
  • Magistr dərəcələri üçün – 1.000 – 8.000 EUR/akademik il
  • Stomatologiya və Biznes üzrə bəzi dərəcələrin (xüsusilə MBA dərəcələri) illik təhsil haqqı qiyməti 15.000 EUR-dan çox ola bilər və bundan əlavə, Polşanın özəl təhsil müəssisələrinə müraciət etdiyiniz halda, daha çox ödəniş etməli olacaqsınız.

Nəzərə almalısınız ki, bütün təhsil haqqı qiymətləri universitetlərə müraciət edən beynəlxalq tələbə namizədlərin sayından və müraciət etdikləri təhsil dərəcəsindən asılı olaraq dəyişir. Bununla yanaşı, MBA proqramları, Psixologiya, Tibb və Stomatologiya üzrə təhsil proqramlarında və özəl Polşa təhsil müəssisələrində təhsil daha başa gələcəkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada Yaşam Xərcləri Nə Qədərdir?

Təkcə tədrisin yüksək keyfiyyəti və təhlükəsizliyi deyil, həm də Polşada yaşayışın aşağı qiyməti ölkəni Avropa və beynəlxalq tələbə namizədləri üçün kifayət qədər cəlbedici edir. Polşanın davam edən iqtisadi inkişaf prosesi sayəsində yaşayış minimumu digər Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Ümumiyyətlə, yaşayış, yemək və nəqliyyat xərcləriniz üçün ayda təxminən 500 ABŞ dolları (təxminən 1800 PLN) lazımdır. Çöldə yemək və içmək çox ucuzdur və aylıq nəqliyyat kartı üçün tələbə endirimi ilə yalnız 15-17 ABŞ dolları ödəməli olacaqsınız.

Yaşam xərclərini daha detallı qeyd etməli olsaq, deyə bilərik ki, ümumiyyətlə Polşa kifayət qədər sabit iqtisadiyyat olan əlverişli Avropa ölkəsidir və beynəlxalq tələbələr üçün yaşam xərcləri ayda 350 – 550 EUR arasında dəyişir. Büdcənizi isə təhsil almaq istədiyiniz şəhər və ya bölgədən asılı olaraq tənzimləyə bilərsiniz, Krakov və Varşava kimi daha böyük şəhərlər üçün ayda 500 – 850 EUR tələb olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada tələbə yataqxanalarının qiyməti nə qədərdir?

Polşada qalma xərcləri çox vacibdir, çünki bu, ümumi aylıq yaşam xərclərinizin təxminən 35%-ni təşkil edəcəkdir. Beynəlxalq tələbələr universitet yataqxanalarında və ya şəxsi kirayə mənzillərdə otaq tapa bilərlər ki, bu da paylaşıla və xərcləri minimuma endirə bilər.

Tələbələrin qalmasına gəlincə isə, sizə şad xəbərimiz var! Polşada tələbə yataqxanası tələbə yataqxanalarında ortaq otaq üçün ayda 70 – 90 ABŞ dolları və bir nəfərlik otaq üçün 120 – 180 ABŞ dollarından başlayan qiymətlərlə tələbələr üçün çox əlverişlidir. Tələbə yataqxanalarında qalmaq digər tələbələrlə şəbəkə qurmaq üçün əladır, lakin şərtlər bir yaşayış zalından digərinə dəyişə bilər. Hər bir universitet fərqli üslubda yataqxanalar və seçimlər təklif edir, ona görə də əlavə məlumat üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Tələbə kimi sizin şəxsi yaşayış yerinizdə seçiminiz də var və yaşayış dəyəri burada da qalmaq istədiyiniz şəhər və ya bölgədən asılı olaraq dəyişir. Varşava və ya Krakov kimi böyük şəhərlərdə mənzil kirayəsinin aylıq dəyəri daha yüksəkdir və 400 ABŞ dollarına çatır. Qdansk, Poznan və ya Vroslav kimi kiçik tələbə şəhərlərində qiymət daha aşağıdır. Krakovda bir otaqlı mənzilin qiyməti ayda 300 – 465 avro, Varşavada isə 350 650 avro arasında dəyişir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşada təhsil alan beynəlxalq tələbələrin seçimləri arasında ən populyar olanı və xərcləri minimuma endirməyin çox gözəl yolu yerli sakinlərlə bir mənzili ortaq paylaşmaqdır. Bununla da tələbələr yeni insanlarla tanış ola və Polşada yaşayış xərclərini minimuma endirə bilərlər. Beləliklə, siz ayda cəmi 180 – 240 ABŞ dolları ödəməli olacaqsınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button