[reklamvideo]
Rusiyada Təhsil

Rusiyada Qiyabi Təhsil Almaq – 2024

Rusiya Federasiyası köklü təhsil sistemi ilə yanaşı, keyfiyyətli ali təhsil müəssisələri akademik olaraq dünyanın ən yaxşı 500 universiteti arasında yer alan bir çox ali məktəblərə ev sahibliyi etməkdədir. Yüksək keyfiyyətli və köklü təhsil sistemi ənənəsi ilə müasir təhsil anlayışı təqdim edən ali məktəbləri sayəsində Rusiyada təhsil səviyyəsi və ixtisaslı işçilərin sayı olduqca yüksəkdir. Beləliklə, qabaqcıl təhsil sistemi vasitəsi ilə Rusiya universitetləri dünyanın bir çox fərqli bölgəsindən olan beynəlxalq tələbələrin diqqətini cəlb etməkdədir.

Həmçinin, Rusiya ali məktəblərində təhsil almanın digər ən vacib səbəblərindən biridə, rus dili biliklərinə yiyələnmək olacaqdır. İş mühitində ingilis dil biliyi tələblərindən sonra, rus dilinin çox önəmli və tələb olunan dil olmasıdır, xüsusilədə iri və korporativ şirkətlərin ingilis dilindən başqa rus dilində də danışan əməkdaşlara ehtiyacı vardır. Rusiyada təhsil almağa sövq edəcək başqa bir amil isə ölkənin qədim mədəniyyət tarixinə sahib olmasıdır və xüsusi olaraq Moskva və Sankt-Peterburq şəhərləri özündə hələdə keçmişin qədim izlərini daşıyan tarixi binalarla zəngindir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

rusiyada tehsil

Rusiyada Qiyabi Təhsil Almaq

Distant təhsil son bir neçə ildə əhəmiyyətli dərəcədə populyarlıq qazanmış bir anlayışdır, belə ki, distant təhsil proqramları əyani şəkildə kurslarda iştirak edə bilməyən bir çox tələbəyə təhsil istəklərini həyata keçirməyə kömək etmişdir. Distant təhsil proqramları ilə tələbələr kompüter və internet bağlantısı ilə istənilən yerdən istədikləri kursları davam etdirə və tamam bilərlər. Ümumiyyətlə, bu təhsil formasında təhsil alan tələbələrin daha böyük faizi əslində işləyən insanlardır.

Onlayn və ya distant təhsil sistemi uzun illərdir dünyanın bir çox universitetlərində tətbiq olunsa da, həm tələbələr, həm də iş həyatına erkən qədəm qoyanlar üçün böyük üstünlüklər təqdim edir. Bu gün məkan, zaman və xərc baxımından son dərəcə rahat olan bu sistem daha çox koronavirusla gündəmə gəlib. Çünki bir çox universitetlər bu prosesdə tələbələr üçün onlayn öyrənmə üsullarına keçməyi planlaşdırarkən, qarşıdan gələn semestrlər üçün bakalavr və magistratura üzrə onlayn proqram müraciətlərini qəbul etməyə hazırlaşırlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

rusiyada huquq tehsili

Rusiyada Qiyabi Təhsil Almaq Üçün Tələb Olunan Sənədlər

  • Attestat sənədinin təcümə olunmuş və notarial qaydada təsdiqi
  • Bakalavr diplomunun təcümə olunmuş və notarial qaydada təsdiqi
  • Rəsmi transkript sənədi
  • Şəxsiyyət vəsiqəsi
  • 3×4 ölçüdə 10 ədəd fotoşəkil

Rusiyada Qiyabi Təhsil Ala Biləcəyiniz Bəzi İxtisas Sahələri

  • Mühəndislik
  • Riyaziyyat
  • Menecment
  • Marketinq
  • Mühasibat uçotu
  • Beynəlxalq münasibətlər
  • Kimya
  • Fizika
  • Biologiya
  • İnformasiya texnologiyaları
  • Turizm
  • Memarlıq
  • Statistika

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button