Rusiyada Təhsil

Tək attestatla Rusiyada uğurlu təhsilə doğru

turkiyede tehsil

Rusiya dünya üzrə təhsil keyfiyyətinə görə tanınmış ölkədir. Dərin tarixi köklərə malik bu ölkənin təhsil sistemi də kifayət qədər yaşlıdır və dünya standartlarına görə inkişaf etdirilmişdir. Bu ölkədə təhsil alaraq bir çox sahələrdə öz sözünü demiş, peşəkar mütəxəssis kimi çalışmaq mümkündür və beynəlxalq sahədə karyera imkanlarına görə də bu təhsil ocaqlarının imkanları genişdir. Ölkəmizdə olduğu kimi Rusiyada da təhsil sistemi 2 qurpa ayrılır. Orta təhsil-9 illik təhsil və ali təhsil. Qeyd edək ki, Rusiyada ali təhsil müəssisələrinin bir çox beynəlxalq təşkilatlarla və müxtəlif proqramlarla geniş əlaqəsi vardır. Rusiyanın tanınmış universitetləri arasında Moskva Dövlət Universiteti, Sank-Peterburq Dövlət Universiteti, Moskva Dövlət İnistutu, MGİMO və başqalarını göstərmək olar. Bu universitetlərdə təhsil almaq üçün siz incəsənət, riyaziyyat, fizika, kimya, informatika və s fənnlər üzrə müxtəlif imtahalara daxil olmalısınız.

Bundan əlavə Rusiyada təhsil almaq üçün tələbələrə müxtəlif xarici təqaüd və dəstək proqramaları təklif edilir. Bunlar sırasında Rusiyanın xarici təhsil və tədqiqat praqramları, beynəlxalq təqaüdlər, qrantlar və s vardır.

Rusiyada təhsil almağın ən üstün cəhətləri nələrdir?

Rusiya dünyanın ən yaxşı təhsil sisteminə malik dövlətlərindən biridir və vətəndaşlar üçün yüksək keyfiyyətli təhsilin qədim ən-ənəsinə malikdir. Qərbi Avropa ölkələrinə nisbətən savadlılıq səviyyəsinə görə 98% üstünlük göstərən şimal qonşumuz təhsildə öz qabaqcıl sistemi ilə təhsil alanların könlündə taxt qurub. Təsadüfi deyil ki, Rusiyanın təhsilli vətəndaşları riyaziyyat və fizika fənni üzrə biliklərinə görə dünyada ən yaxşıları sırasındadır. Rusiya təhsilinin üstünlüklərindən biri də yaradıcı sahədə mütəxəssislərin hazırlanmasıdır. Konservatoriyalar, xoreoqrafiya, heykəltaraşlıq və başqa incəsənət təşkilatları abituriyentlərə müxtəlif təhsil proqramları təklif edir. Həmçinin müasir ixtisaslar olan oyun dizaynı, kiberpsixologiya kimi ixtisaslar üzrə kadr hazırlığı və mütəxəsislərin yetişdirilməsi də bu təhsil ocaqlarının əsas prioritləridəndir. Rusiya dövləti hər il təhsil alanlar üçün yüksək texnologiyalı kampuslar və labaratoriyalar fəaliyyətə verir və beləki, burada elmi nailiyyətləriniz üçün çoxsaylı imkan vardır. Həmçinin, əksər Rusiya universitetlərinin öz yataqxanaları var və çox vaxt akademik binaların yaxınlığında yerləşir. Bu yerlərdə qalmaq və yaşamaq dəyəri olduqca münasibdir. Onu da qeyd edək ki, Rusiyada qiymət və təhsilin keyfiyyətinin optimal nisbəti vardır.

Rusiyada təhsil sisteminin özünəməxsusluğu

Portrait of confident student with graduation certificate looking at camera
  1. Rusiya təhsil sisteminin özünəməxsus maraqlı tərəfləri vardır. Belə ki, Təhsil 6 -15 yaş arasındakı bütün uşaqlar üçün ödənişsiz və məcburi şəkildə həyata keçirilir.Bu ibtidai sinif və orta təhsil üçün əsas sayılır.
  2. Rusiyada təhsil sistemi, 4-5-2 quruluşundadır və 4 il ibtidai sinif, 5 il orta məktəb, 2-il isə lisə təhsili verilir.
  3. Rusiya STEM təhsilinə böyük önəm verir və təhsilin bu forması dünya səviyyəsində məşhur elm adamları və riyaziyyatçıların yetişdirilməsinə əlavə dəyər qazandırır.
  4. Rusiyada savadlılıq çox yüksək səviyyədədir; 99,7% təşkil edir və əksəriyyət univeristet təhsilini tamamlamışdır.
  5. Rusiyada ən qədim univeristet 1755-ci ildə qurulan Maskva dövlət Universitetidir və hələ də ölkənin ən yaxşı universitetləri sırasında qəbul olunur.
  6. Rusiya təhsil sistemi, xüsusən şahmat təhsilində olduqca uğurludur və illərin təcrübəsinə malikdir.
  7. Rusiya təhsil sistemi birdən çox dilin öyrənilməsini təmin edir. İngilis dilindən əlavə Alman, İspan və Fransız dilləri də seçimlər arasındadır.
  8. Ölkədəki təhsil sistemi SSRİ-nin dağılmasından bu yana köklü şəkildə dəyişikliklərə məruz qalmışdır. Belə ki, yaradıcılıq və tənqidçi düçüncə təhsil sistemində daha güclü şəkildə vurğulanır və ön plana çıxır.

Onu da qeyd edək ki, Rusiayda universitetlərində həm rus həm də ingilis dilində tədris mümkündür.

Bəs dünyanın ən böyük, qədim ən-ənəyə, güclü təhsil sisteminə malik ölkəsində təhsil almaq asandırmı,təhsilimizi bu ölkədə almaq üçün bizə hansı sənədlər lazım olacaq?

Bəs yalnız attestatla bu mümkündür?

Tək ali sənədlə  bu ölkədəki ali təhsil ocaqlarına daxil ola bilərsinizmi?- sualını sizin üçün cavablandırsaq deyə bilərik ki, bəli bu mümkündür. Təhsil alma prosesinin asanlaşdırılması və əməliyyatların sadələşdirimləsi bütün tələbələrin arzusudur.  Belə ki, aşağıdakı sənədlərə sahib olmaqla asanlıqla ölkədə yerləşən təhsil müəssisələrinə qəbul olma imkanınız vardır.Bəs hansı sənədələr sizin üçün gərəklidir:

Tələb olunan sənədlər

  • Şəxsiyyət vəsiqəsi
  • Attestat sənədi
  • 3×4 fotoşəkil
  • Transkript- “9-10-11″siniflər üzrə qiymət cədvəli
Rusiyada təqaüdlə təhsil mümkündürmü?

Bəli, qeyd edək ki, əcnəbi tələbələr Rusiya universitetlərində təhsil aldıqları zamanı təqaüd əldə etmək üçün Vahid Dövlət İmtahanından keçməlidirlər. Bundan sonra onlar Rusiya vətəndaşları kimi təqaüdlə təhsil ala bilərlər. Həmçinin Rusiya dövləti beynəlxalq abituriyentlər üçün” dövlət tərəfindən maliyyələşdirlən yerlər” ayırmışdır. Bütün bu fürsətlər xarici tələbələrin təhsil həyatının asanlaşdırılmasına və effektiv təhsil almalarına yönəlmiş addımlardır.

Rusiya Universitetlərində əyani və qiyabi təhsil almaq mümkündürmü?

Bəli, Rusiyada qiyabi və əyani formada təhsil almaq mümkündür. Şirkətimizin də Rusiyanın 123 universiteti ilə sıx əməkdaşlığı vardır.

Rusiyada distant təhsil ala bilərik?

Əlbətdə, Rusiyada distant təhsil xarici abituriyentlər üçün vaxt və pula qənaət etməyə imkan verir. Bu, qabaqcıl informasiya və telekommunikasiya resurslarının köməyi ilə mümkün olur. Müasir distant təhsilə kompüter və elektronika texnologiyası təsir edir və effektivlik gücünü artırır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button