[reklamvideo]
Rusiyada Təhsil

Rusiyada Təhsil – 2024

Rusiya Federasiyası köklü təhsil sistemi ilə yanaşı, keyfiyyətli ali təhsil müəssisələri akademik olaraq dünyanın ən yaxşı 500 universiteti arasında yer alan bir çox ali məktəblərə ev sahibliyi etməkdədir. Yüksək keyfiyyətli və köklü təhsil sistemi ənənəsi ilə müasir təhsil anlayışı təqdim edən ali məktəbləri sayəsində Rusiyada təhsil səviyyəsi və ixtisaslı işçilərin sayı olduqca yüksəkdir. Beləliklə, qabaqcıl təhsil sistemi vasitəsi ilə Rusiya universitetləri dünyanın bir çox fərqli bölgəsindən olan beynəlxalq tələbələrin diqqətini cəlb etməkdədir.

Həmçinin, Rusiya ali məktəblərində təhsil almanın digər ən vacib səbəblərindən biridə, rus dili biliklərinə yiyələnmək olacaqdır. İş mühitində ingilis dil biliyi tələblərindən sonra, rus dilinin çox önəmli və tələb olunan dil olmasıdır, xüsusilədə iri və korporativ şirkətlərin ingilis dilindən başqa rus dilində də danışan əməkdaşlara ehtiyacı vardır. Rusiyada təhsil almağa sövq edəcək başqa bir amil isə ölkənin qədim mədəniyyət tarixinə sahib olmasıdır və xüsusi olaraq Moskva və Sankt-Peterburq şəhərləri özündə hələdə keçmişin qədim izlərini daşıyan tarixi binalarla zəngindir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

rusiyada tehsil

Rusiya Ali Təhsil Sistemi

Rusiyanın ali təhsil sistemi 18-ci əsrin ortalarında Moskva və Sankt-Peterburqda universitetlərin yaradılması ilə başlanmışdır və ali təhsil sistemi Almaniyadakı kimi qurulmuşdur. Sovet dövründə Rusiyada əhalinin hamısının ən azı orta təhsili var idi və ali təhsilə can atmaq çox prestijli idi və indi də belə hesab olunur. Əsasən beynəlxalq təhsil təşkilatlarının tələbləri ilə əlaqədar Rusiyada təhsil sistemi son 4-5 il ərzində dəyişməyə başlamışdır. Universitetlər İngiltərə və ABŞ-da olduğu kimi sistemə keçməyə başladılar: Bakalavr pilləsi üçün 4 il və magistr dərəcəsi üçün isə 2 il.

Rusiya universitetlərində tədris dilinin rus dili olmasına baxmayaraq, universitetlərin təhsil proqramları çərçivəsində həmçinin ingilis, fransız və alman dillərində də tədris təşkil olunur. Rusiyada təhsil almaq istəyən namizədlərin universitetlərin bakalavr və magistr proqramları çərçivəsində müxtəlif dillərdə tədris almaq imkanı vardır. Universitetlərdə tədris ilinin başlama tarixi sentyabr ayının ilk həftəsinə təsadüf edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiyada təhsil almaq istəyən namizədlərin burada diqqət etməli olduğu mühüm bir məqam var. Belə ki, beynəlxalq tələbələrin Rusiya universitetləri tərəfindən açılan məhdud sayda yerlərdə iştirak etməsi üçün 25 iş günü nəzərə alınmaqla, aprel ayına qədər əvvəlcədən müraciət etmələri tövsiyə olunandır. Universitetlərdə hər bir dərsin davam etmə müddəti 90 dəqiqədir və bu səbəblə dərs ili müddətində nə qədər az fənn kursu alsanız, Rusiyada da bir o qədər çox saat təhsil alacaqsınız.

Rusiyada Təhsil Almağın Üstünlükləri

Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya dövləti son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən biridir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiya böyük bir ölkə olmaqla, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilə də, Elm və Mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçıları, fizikləri, kimyaçıları, geoloqları və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşəkar müəllim heyəti sayəsində çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadilə proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirib məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilir.

Rusiyada Bakalavr Təhsili Almaq

Rusiya ali təhsil müəssisələrində bakalavr təhsilinin davam etmə müddəti 4 ildir. Əgər rus universitetlərində bakalavr təhsili almaq istəyən tələbə namizədlərin rus dili bilikləri təhsil üçün kifayət qədər deyilsə, ilk növbədə namizədlər universitetlərin təşkil etdiyi dil hazırlıq bölmələrində rusca təhsil almalı və dil biliklərini rus dilində təhsil ala və kommunikasiya əlaqələri qura biləcək səviyyədə inkişaf etdirməlidirlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiya universitetlərində dil hazırlıq proqramları əsasən sentyabr, oktyabr və ya noyabr aylarında başlayır və tələbələr orta hesabla 10 ay davam edəcək hazırlıq proqramında gün ərzində 4-5 saat dil dərslərində iştirak etməlidirlər. Hazırlıq proqramlarında təşkil olunan dərslərdə çox tələbə iştirak etmir. Dərslər sadəcə 5-10 nəfərlik kiçik qruplardan ibarət olur. Rusiya universitetlərində təhsilin birinci semestri sentyabr-yanvar aylarını, ikinci semestri isə fevral-iyun aylarını əhatə edir. Bakalavr təhsilinin digər ixtisaslarında təhsil müddəti 4 il olduğu halda, bəzi xüsusi ixtisaslarda uzunmüddətli ola bilir.

Məsələn, tibb sahəsində təhsil müddəti 6 il, əczaçılıq, stomatologiya və kliniki psixologiya ixtisaslarında isə təhsil müddəti 5 il davam edir. Hər təhsil semestrinin sonunda tələbələr təşkil olunan imtahanlarda iştirak etməli və minimum bal qiymətlərini toplamalıdırlar. Qiymətləndirmə sistemi 5 baldan yuxarı hesab olunur və təşkil olunan imtahanları müvəffəqiyyətlə vermək istəyirlərsə, minimum 3 bal toplamalıdırlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde magistr tehsili

Rusiyada Magistr Təhsili Almaq

Rusiyada hər hansı bir ixtisas sahəsi üçün magistr təhsili 6 il davam edir və bakalavr dərəcəsi olan tələbələrin ölkəmizdə olduğu kimi, Rusiya universitetlərində də magistr təhsilinin davam etmə müddəti 2 ildir. Həmçinin, bakalavr dərəcəsi olan bütün tələbələr heç bir imtahan vermədən Rusiya universitetlərindəki magistr proqramlarına müraciət edə bilərlər.

Lakin bakalavr təhsilində olduğu kimi, namizədlərin rus dili bilikləri zəifdirsə, universitetlərin təşkil etdikləri 1 illik dil hazırlıq proqramlarında iştirak etməlidirlər. Əgər tələbə mədəniyyət və incəsənət sahələrində magistr təhsili almaq istəyirsə, bu zaman müəyyən qəbul imtahanı verməlidir və təhsil müddətini uğurla başa vuran tələbələr kursun sonunda öz ixtisas sahələri ilə bağlı tezis hazırlamalıdırlar. Tələbənin hazırladığı tezis müvafiq komitə tərəfindən qiymətləndirilib və təsdiqlənməlidir. Təsdiqlənmə nəticəsində müvəffəqiyyətli olan tələbələr magistr dərəcəsini almaq hüququna malik olurlar.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiyada Tibb Təhsili Almaq

Rusiya tibb universitetlərinin təhsil haqları digər ölkələrlə müqayisədə, xeyli aşağıdır və təlim standartları çox yüksək səviyyədədir və daim təsdiqlənir, ümumiyyətlə bu, Rusiya tibb universitetlərini beynəlxalq tibb tələbələri üçün daha cəlbedici edir və beynəlxalq tibb universitetləri arasında çox rəqabətlidir. Rusiyanın tibb universitetləri Tibb elmləri sahəsində aparıcı institutlardan biri olub və elə də prestijini qorumaqdadır ki, belə ki, Rusiya tibb universitetlərində nəşr olunan kitablar və dərsliklər onlarla dilə tərcümə olunmuşdur. Rusiya universitetlərindən məzun olan tələbələrin diplomları dünya səviyyəsində tanınıb və YUNESKO və ÜST reytinqlərini üstələmişdir.

Rusiyada tibbi təhsil sistemi elə qurulub ki, MBBS almaq üçün 6 il, Diş həkimi və Əczaçılıq 5 il və ya Tibb bacısı 4 il olmağı hədəfləyirsinizsə, bir qədər az vaxt lazımdır. İlk 6 ildən sonra siz magistr dərəcəsinin sahibi də ola bilərsiniz. Bundan sonra siz tibblə məşğul olmaq istədiyiniz filial xəstəxanalarından birində staj keçməlisiniz və bütün öyrəndikləriniz şöbə müdirinin nəzarəti altında olmalıdır. Təcrübə 1 il davam edir, beynəlxalq tələbələr üçün imtahanları və müsahibələri keçdikləri müddətdə bunu edə bilərlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Tək Attestatla və İmtahansız Rusiyada Pulsuz Təhsil

İmtahansız xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur, xüsusilə də, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolundan atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik. Hər daim tələbə namizədlərini düşüən xaricdə təhsil bələdçiniz olaraq sizlər üçün Tək Attestatla və heç bir imtahan vermədən Rusiyanın ən qabaqcıl və prestijli universitetlərində istədiyiniz ixtisas sahəsi üzrə pulsuz təhsil almaq fürsəti təklif edirik!

  • Mühəndislik
  • İqtisadiyyat
  • İnformasiya texnologiyaları
  • Beynəlxalq münasibətlər
  • Marketinq
  • Hüquq
  • İdman
  • Tibb
  • Psixologiya

Və bir çox başqa ixtisaslar üzrə heç bir imtahana ehtiyac olmadan tək attestatla rəsmi qəbul sənədinizi almaq fürsətini qaçırmayın! Bu fürsətdən yararlanmaq və ətraflı məlumat almaq üçün elə indi bizimlə əlaqə saxlayın, Tək Attestatla və heç bir imtahan vermədən Rusiya pulsuz təhsil almağa başlayın!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiyada Təhsil Almaq üçün Tələb Olunan Sənədlər Hansılardır?

Rusiya universitetlərində təhsil almaq istəyən namizədlərin edəcəkləri ilk iş qəbul müraciətində tələb olunan sənədləri hazır etməkdən ibarət olmalıdır. Sənədlərin hazırlanması üçün Rusiya Federasiyasının bir konsolluğuna müraciət edə bilərsiniz, lakin Rusiya dövləti ilə Azərbaycan dövləti arasında imzalanan müqaviləyə əsasən universitetlərə müraciət etdiyiniz sənədləriniz avtomatik olaraq etibarlı qəbul edilir. Bununla yanaşı, Rusiya universitetlərinin təhsil proqramlarına qəbul olunmaq üçün tələbə namizədlərdən tələb olunan sənədləri aşağıdakı kimi sadalaya bilərik;

  • Attestat sənədi
  • Xarici passport
  • Doğum haqqında şəhadətnamə
  • 3×4 ölçüdə olan 6 ədəd fotoşəkil
  • Xüsusi xəstəliklər üçün tibbi arayış (Hepatit, SPİD)

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiyada Bakalavr Dərəcəsində Təhsil Almaq və İllik Ödənişlər

Dörd illik bakalavr proqramlarını bitirdikdən sonra tələbələr bakalavr dərəcəsi və ali təhsil haqqında diplom alırlar və bundan sonra tələbələr ali təhsillərini davam etdirə və magistr proqramı ala bilərlər. Bakalavr pilləsinin əyani şöbəsi üzrə təlim ildə təxminən 240-260 min rubl ($3.430-3.715) təşkil edir. Ümumiyyətlə, Rusiya Federasiyası universitetlərinin bakalavr proqramlarında illik təhsil haqqının minimum dəyəri ildə 122 500 rubl (1750 dollar), maksimum isə ildə 880 000 rubl (12.570 USD) təşkil edir.

Magistr Dərəcəsində Təhsil Almaq və İllik Ödənişlər

Magistr dərəcəsi ən azı 5 illik təhsildən sonra verilir və bakalavr dərəcəsi ilə müqayisədə daha çox praktiki tədris diqqətə malikdir. Magistr dərəcəsinin əyani şöbəsində təhsilin dəyəri orta hesabla ildə təxminən 24- 260 min rubl (3.430-3.715$) təşkil edir. Ümumiyyətlə, Rusiya Federasiyası universitetlərinin magistr proqramlarında illik təhsil haqqının minimum dəyəri ildə 122.500 rubl (1.750 dollar), maksimum isə ildə 632.580 rubl (9.036 USD) təşkil edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bəs, Rusiya Federasiyasında Yaşam Xərcləri Nə Qədərdir?

Aydındır ki, bir insanın yaşam xərclərinin dəyərini hesablamaq bir qədər çətindir, çünki bu, ehtiyaclar və vərdişlər də daxil olmaqla bir çox şeydən asılıdır. Rusiya Federasiyasında orta yaşam dəyəri həm də yaşayış yerindən asılıdır, çünki bu, kirayə haqqına, nəqliyyat xərclərinə və mövcud mağaza, supermarket, kafe və restoran növlərinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

Ümumiyyətlə, Rusiya Federasiyasında tələbə kimi yaşamağın dəyəri şəxsi həyat tərzinizdən və sizin məşğul olduğunuz fəaliyyətlərdən də asılıdır. Bununla belə, əsas xərclərin orta məbləği ayda 15.000 ilə 20.000 rubl arasında dəyişir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button