[reklamvideo]
Kurslar

SAT Universitetlər Üzrə Keçid Balları – 2024 SAT Kursu

SAT İmtahanı Nədir?

SAT (Scholastic Aptitude Test, yəni Akademik Qabiliyyət İmtahanı) beynəlxalq sertifikatlaşdırılmış imtahandır. SAT imtahanı College Board adlı qurum tərəfindən il ərzində 7 dəfə olmaqla, hər 2 aydan bir aparılır və ödənişlidir. Beynəlxalq sertifikatlaşdırılmış imtahan olduğundan dolayı, dünyanın hər bir yerindən müraciət etmək olur. Bunun üçün ilk növbədə College Board-ın rəsmi saytında qeydiyyatdan keçmək və sizə yaxın olan məntəqəni seçmək lazımdır. SAT imtahanlarına hazırlaşmaq üçün tələb olunan ingilis dili səviyyəsi B2, yəni upper-intermediatedir. İmtahan SAT 1 və SAT 2 olaraq formalara ayrılır, lakin ardıcıl nömrələndirilsədə, imtahanlar bir-birinin ardı deyil. Yazılı imtahan növüdür və onun verilməsində komputerdən istifadə olunmur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

sat imtahan qiymeti

SAT 1 İmtahanının Strukturu

SAT 1 (Reasoning Test) forma etibarı ilə 2 hissəyə ayrılır: “Mathematics” və “Critical Reading & Writing”

Critical Reading və Writing hissəsində tələbənin ingilis dili səviyyəsi yoxlanılır və imtahan 3 saat davam edir. Writing hissəsi 44 sualdan ibarət olmaqla, 35 dəqiqə davam edir. Bu hissədə daha çox psixologiya və tarixə dair 5 mətn verilir və mətnlər 10-11 sualdan ibarət olur. Writing hissəsində isə verilmiş yazı səhvlərinin düzgün variantını qeyd etmək olunsa da, bir çox hallarda qrafikə uyğun cavablarda tələb olunur.

Mathematics hissəsinin özüdə 2 hissədən ibarətdir, burada tələbənin həndəsə və cəbr bilikləri yoxlanılır. İmtahan ümumilikdə 1 saat 20 dəqiqə davam edir. İmtahanın birinci hissəsində kalkulyatordan istifadə etmək qadağandır. Belə ki, burada asan həll olunan 20 sual olur və tələbələrə 25 dəqiqə vaxt verilir. İkinci hissə isə nisbətən çətin olur və tələbələrə 55 dəqiqə vaxt verilir və kalkulyatordan istifadə etmək olur. Ümumiyyətlə, SAT 1 imtahanında toplana biləcək bal intervalı 400-1600 arasında dəyişir və hər 2 hissə 800 balla ölçülür.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

SAT 2 İmtahanının Strukturu

SAT 2 (Subject Test) imtahanında tələbənin seçmiş olduğu fənlərə əsasən akademik biliyi yoxlanılır. Fənlər isə Fizika, Kimya, Biologiya, Tarix, Alman dili, Fransız dili, Yapon dilindən ibarət olur. İmtahanın davam etmə müddəti 1 saat olur. Bal intervalı isə 200-800 arasında olur. Seçmə fənn isə qəbul olmaq istədiyiniz universitetin tələblərinə əsasən müəyyən olunur.

Türkiyədə SAT İmtahan Nəticəsi İlə Qəbul Aparan Universitetlər

  • Orta Doğu Teknik Üniversitesi
  • Boğaziçi Üniversitesi
  • Marmara Üniversitesi
  • İstanbul Üniversitesi
  • Hacettepe Üniversitesi
  • İstanbul Teknik Üniversitesi
  • Gazi Üniversitesi
  • Yıldız Teknik Üniversitesi
  • Bahçeşehir Üniversitesi
  • Koç Üniversitesi
  • Sabancı Üniversitesi
  • Uludağ Üniversitesi

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

sat imtahani 2023

SAT Universitetlər Üzrə Keçid Balları Nə Qədərdir?

Yalnız SAT imtahan nəticəsi ilə və imtahanın keçid balları ilə tələbələri qəbul edən universitetlərdən biri də Boğaziçi Üniversitesidir. Universitet “Math” və “Critical Reading” testlərindən 1600 bal üzərindən ən azı 1250 bal və “Math” testindən isə 800 baldan ən azı 680 bal toplamağınızı tələb edir.

Orta Doğu Teknik Üniversitesi “Math” və “Critical Reading” testlərindən 1600 bal üzərindən ən azı 1100 bal və Mühəndislik Fakültəsi, Memarlıq Fakültəsi və İncəsənət və Elmlər Fakültəsinin ümumi balını və Elmlər Proqramları üçün isə “Math” testindən isə 800 baldan ən azı 660 bal toplamağınızı tələb edir.

İstanbul Teknik Üniversitesi “Math” və “Critical Reading” testlərindən 1600 bal üzərindən ən azı 1100 bal və “Math” testindən isə 800 baldan ən azı 680 bal toplamağınızı tələb edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button