[reklamvideo]
Xaricdə Təhsil

Tələbə Mübadilə Proqramı Nədir? – Xaricdə Pulsuz Təhsil – 2024

İngilis dilində Student Exchange Program kimi adlanan Tələbə Mübadilə Proqramı tələbənin başqa ölkədə, adətən onun dərslərə qatılacağı və ya işləyəcəyi tərəfdaş universitetdə keçirdiyi vaxt dövrüdür. Bu proses zamanı universitet tələbələrinə yerli dili öyrənmək, yeni ölkə və mədəniyyətlə tanış olmaq imkanı verilir. Bu baxımdan deyə bilərik ki, Tələbə Mübadilə Proqramı tələbələri qlobal perspektiv inkişaf etdirməyə təşviq edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Tələbə Mübadilə Proqramlarında Ödəniş Tələb Olunurmu?

Əlbəttə yox! Mübadilə proqramlarında iştirak edən tələbələr heç bir ödəniş ödəmir və iştirak etdikləri proqramlardan asılı olaraq getdikdləri ölkələrdə təhsil və yaşam haqları üçün müəyyən qrant alırlar. Yaşayış üçün sizə ev sahibi ailə ilə qalmaq və ya tələbə yataqxanalarında yaşamaq təklif oluna bilər. Bu, fərqli həyat tərzi, yeni perspektivlər və alternativ akademik təcrübələr yaşamaq üçün əla fürsətdir.

xaricde tehsil

Mübadilə Proqramları Nə Qədər Davam Edir?

Tələbə Mübadilə Proqramının müddəti seçdiyiniz proqramdan asılı olaraq dəyişir. Məsələn, başqa ölkədə bir neçə həftə, bir semestr və ya 1 il təhsil almağa qərar verə bilərsiniz. Bu baxımdan, öz universitetinizin və ya seçdiyiniz proqramın hansı variantları təklif etdiyini yoxlamaq lazımdır. Bəzi şöbələr bakalavr və ya magistr dərəcələrində mübadilə proqramları təklif edir, bəziləri isə olmaya bilər.

Tələbə Mübadilə Proqramları Üçün Müraciətlər Nə Vaxt Edilməlidir?

Müraciət üçün son tarixlər hər universitetə və proqrama görə fərqli olduğundan, siz müraciət etməyi planlaşdırdığınız ilə uyğun konkret tarixləri yoxlayaraq tələbə mübadiləsi proqramı müraciətlərini seçməlisiniz. Son dəqiqə stressini yaşamaq istəmirsinizsə, universitet və ya tələbə mübadiləsi proqramı ilə son müraciət tarixini əvvəlcədən yoxlaya bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button