imtahanlar

TOEFL imtahanı nədir- Necə hazırlaşmalıyıq?

reklambanner

TOEFL (İngilis dili tələbələri üçün standartlaşdırılmış bir imtahan) İngilis dilində təhsil almaq və çalışmaq istəyənlərin iştirak etdiyi sınaq- imtahan sistemidir. Bu imtahan universitet səviyyəsində tələbələrin İngilis dilindən olan bilik və bacarıqlarını və onların öyrəndiklərinin nə dərəcədə mənimsəməsini qiymətləndirir.

1960 -ci ildə təşkil olunmağa başlayan TOEFL imatahanı ilk dəfə tələbələrin ingilis dilindən biliklərini qiymətləndirmək üçün ABŞ-da tətbiq edilməyə başlamışdır. Lakin öz sərhədlərini aşan, günü -gündən təhsil almaq istəyənlərin müraciət etdiyi bu imtahan indi dünyanının müxtəlif ölkələrində müxtəlif universitetləri tərəfindən təşkil olunur. Hal-hazırda dünyada 160-dan çox ölkədə 11500-dən çox universitet və institut tərəfindən qəbul edilən TOEFL imtahanı təhsil, iş və immiqrasiya üçün dünyanın ən yaxşı ingilis dili imtahanlarından biridir. Çox sayda profesional təşkilatlar da əməkdaşlıq və lisenziya məqsədləri üçün TOEFL nəticələrinə ehtiyac duyurlar.

TOEFL imtahanı dünya üzrə təyin edilmiş imtahan mərkəzlərində keçirilir və kağız üzərində, rəqəmsal formatda, həmçinin internet üzərində (iBT) mövcuddur.Qeyd edək ki, İmtahanın müddəti formatın növünə görə dəyişir, lakin ümumilikdə 3-4 saat davam edir və ən yüksək bal isə 120 bal olaraq təyin olunur.

TOEFL IBT imtahanından ZƏMANƏTLİ 90+ bal yığmaq istəyirsizsə bizimlə əlaqəyə kecin.

TOEFL imtahanın növləri hansılardır? Strukturu və formatı

TOEFL imtahanının 2 növü vardır:

  1. Paper-Based Test (PBT)-kağız əsaslı, ən-ənəvi qaydada (Aprel 2021-ci ildə dayandırılıb)
  2. Internet-Based Test (iBT)- internet əsaslı

Kağız üzərində imtahan, kağız və qələmdən istifadə edilərək götürülən imtahan növünü ifadə edir. Xatırladaq ki, Kompyuter üzərində imtahanların təşkil olunmasından əvvəlki dövrlərdə, standartlaşdırılmış testlər kağız üzərində həyata keçirilirdi. Kağız üzərində imtahanlarda, suallar və cavab seçimləri kağız üzərində qeyd edilir və insan faktoruna görə səhvlər qaçınılmaz hala gəlirdi. Baxmayaraq ki, hələ də bəzi dövlət agentliklərində və təşkilatlarda, universitetlərdə, xüsusən internet istifadəsinin məhdudlaşdırılmış ərazilərində qəbul bu formada həyata keçirilir.

Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL-un özünəməxsus xüsusiyyətlərindən biri də onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır.

İnternet əsaslı Test (iBT) TOEFL, TOEFL imtahanının müasir, aktual qəbul olunan versiyasıdır. Bu imtahan kompyuter üzərindən götürülür və universitet səviyyəsində ingiliscəni istifadə etmək və anlamaq bacarığını ölçür. İmtahan dörd bölmədən ibarətdir: Oxuma, Dinləmə, Danışma və Yazma. Yazmaq və dinləmək bölmələri 0-30 arası bir şkala ilə qiymətləndirilərkən, danışmaq və oxumaq bölmələri isə 0-4 arası bir şkala kimi qiymətləndirilir. iBT TOEFL üçün ən böyük mümkün nəticə isə 120-dir. iBT TOEFL PBT-dən daha çox təklif edilir və dünyanın əksər ölkələrdə mövcuddur.

TOEFL imtahanı qeyd etdiyimiz kimi dörd bölmədən ibarət olur. Bununla belə, qeyd etmək vacibdir ki, fərdi tapşırıqlar dörd bacarıqdan ziyadə   birdən çox qabiliyyəti birləşdirə bilər. TOEFL imtahanının formatı aşağıdakı kimidir: 
Oxuma (54-72 dəqiqə): təqdim edilən sualların qavranılması və başa düşülməsi
Dinləmə (41-57 dəqiqə): qavranılan suallarla birlikdə qeydə alınır və sınaq materialları dinlənilir
Fasilə (10 dəqiqə)
Danışma (17 dəqiqə): Tanış olunmuş tapşırıqlar haqqında danışmaq və yuxarıdakı 2 bölmə haqqda olan mövzular ətrafında diskusiyanın aparılması

TOEFL IBT imtahanından ZƏMANƏTLİ 90+ bal yığmaq istəyirsizsə bizimlə əlaqəyə kecin.

TOEFL imtahanına hazırlaşmaq üçün resuslar

TOEFL imtahanına hazırlanırkən istifadə edilə biləcək bir çox mənbələr mövcuddur. Bu mənbələr arasında rəsmi TOEFL mənbələri, hazırlıq kursları, online sənədlər və kitablar kimi bir çox seçimlər vardır. Rəsmi TOEFL mənbələri, Educational Testing Service (ETS) tərəfindən təqdim olunur və TOEFL sınaq məntiqini və sual tiplərini əks etdirən rəsmi TOEFL sınaq kitabı, TOEFL iBT Practice Online və TOEFL iBT Quick Prep kimi sənədlərdən ibarətdir.

Hazırlıq kursları da TOEFL sınağına hazırlaşmaq üçün olduqca geniş bir mənbədir. Kurslar vasitəsiylə, dinləmə, qrammatika, danışıq və yazı qabiliyyətini inkşaf etdirmək mümkündür və olduqca uğurlu seçimdir.

Online sənədlər və kitablara Cambridge Preparation for the TOEFL Test, TOEFL Preparation Book 2020 and 2021 by Test Prep Books, The Official Guide to the TOEFL Test, 6th Edition by ETS,  TOEFL Pocket Vocabulary by Kaplan, “Official TOEFL iBT Tests Volume 1, 4th Edition” və s aiddir. TOEFL imtahanı üçün aşağıdakı websaytlar zəngin mənbə hesab olunur. Bu saytlardan istifadə edərək imtahana uğurla hazırlaşmaq mümkündür. Bunlar aşağıdakılardır:

1.Learn4Good,

2.JumboTests

3.Exam English

4.Test Magic

TOEFL sınağına hazırlaşmaq üçün alternativ bir seçimdir. Bu sənədlər və kitablar, tələbələrə testlər, sual və cavablar, qrammatika və sözlər kimi məzmunlardan ibarətdir. Bütün bu TOEFL mənbələri, tələbələrin İngiliscə biliklərini müvafiq səviyyədə qiymətləndirmək üçün istifadə edilə bilər.

TOEFL IBT imtahanından ZƏMANƏTLİ 90+ bal yığmaq istəyirsizsə bizimlə əlaqəyə kecin.

Xaricdə təhsil alan tələbənin uğur hekayəsi

Xaricdə təhsil alan hər bir tələbənin müxtəlif çətinlikləri olur, istər motivasiya baxımından, istər həyat tərzi və adaptasiya yönündən bu tərzdə çətinliklər qaçınılmazdır. Lakin məqsədi, inamı, öyrənməyə və araşdırmağa sevgisi olan hər bir tələbə istənilən çətinliyin öhdəsindən gələ bilər.

Argentinadan olan orta yaşlı nəslin nümayəndəsi Ana Traversa təhsil aldığı müddətdə üzləşdiyi çətinliklərdən bəhs edir. Öz TOEFL hekayəsindən bəhs edərkən qeyd edərkən qeyd edir ki, mən 26 yaşım olarkən 6 həftəlik mübadilə proqramı çərçivəsində Massachusetts ştatına səfər etdim və buradan UMast amherst Univeritetinə qəbul olundum. Çox xoşbəxtəm ki, Latın amerikalı bir qız olaraq UMast Uniresitetində ingilis dili proqramı üzrə təhsil alan ilk tələbələrdən biri olaraq da tarixə düşdüm. İlk dəfə ailəmdən uzaq burada təhsil almaq və yaşamaq mənim üçün çətin idi. Lakin mən həm təhsilimi davam etirdim, həm də ingilis dilimi təkmilləşdirdim və eyni zamanda mühafizə sistemində çalışırdım. Yazı bacarıqlarımı ölçən imtahanı da uğurla verdikdən sonra Amerikada ETS üzrə işləməyə yollandım. Bu mənim tək təhsilimin deyil elə həyatımın da uğur hekayəsidir.

Brazilyalı Diaqo da TOEFL barəsində öz fikirlərini bölüşmüşdür. Onun sözlərinə görə TOEFL imtahanı onun üçün əvvəlcə uğursuz alınmışdır. Belə ki, o gərəkli 100 baldan yalnız 90 bal yığa bilmişdir. Onun sözlərinə görə sınaqlarda iştirak etmək ona uğur qazanmaqda böyük köməklik göstərmişdir. Əzmin və iradənin qələbəsi olaraq qiymətləndirilən bu uğurun onun gələcək karyerasına böyük təsiri olmuşdur.

TOEFL IBT imtahanından ZƏMANƏTLİ 90+ bal yığmaq istəyirsizsə bizimlə əlaqəyə kecin.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button