[reklamvideo]
Türkiyədə Təhsil

Türkiyədə Pulsuz Təhsil Almaq – Türkiye Bursları Başvuruları – 2024

turkiyede tehsil

Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün; Türkiyə Respublikası tərəfindən verilən təqaüdlər, tələbələrin öz dövlətləri tərəfindən verilən təqaüdlər, müxtəlif milli və beynəlxalq qurum və təşkilatların təklif etdiyi təqaüdlər və universitetlərin təqaüdləri kimi müxtəlif təqaüd variantları mövcuddur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bu məqamda təqaüd proqramlarının təklif etdiyi imkanlar və məbləğlər də, hər bir təqaüd proqramından asılı olaraq dəyişir. Bu proqramların bəziləri ölkənizdən Türkiyəyə gəlmə xərclərini də qarşılayır. Aylıq təqaüdlərin məbləği də beynəlxalq tələbələrin təhsil səviyyəsinə görə dəyişir. Buna görə də, qəbul olmaq istədiyiniz universitetin internet səhifəsində hansı təqaüdlərin olduğunu nəzərdən keçirə və ətraflı məlumat səhifəsində ümumi məlumat əldə edə bilərsiniz. Bundan əlavə, Türkiyə Bursları və YÖK tərəfindən təmin edilən təqaüd proqramları da var.

turkiyede tehsil

turkiyede tehsil

Beynəlxalq Tələbələr üçün YÖK Təqaüdləri

YÖK təqaüdləri beynəlxalq tələbə namizədləri üçün tərkibində müxtəlif təqaüdlər təklif etməkdədir və Ali Təhsil Şurası (YÖK) ilə təhsil protokolu imzalayan ölkələrdə bakalavr və magistr səviyyələrində təhsil alan beynəlxalq tələbə namizədləri üçün nəzərdə tutulmuşdur. YÖK təqaüdlərinin beynəlxalq tələbə namizədlər üçün təklif etdiyi daha bir vacib üstünlüyü isə, Türkiyə ali təhsil proqramlarına qəbul olan tələbələrin Türkcə Yeterlilik Sertifikatı yoxdursa, tələbələrə bir illik dil hazırlığı da təklif olunmaqdadır.

Mevlana Mübadilə Proqramı: YÖK təqaüdləri tərkibində mövcud olan və beynəlxalq tələbə namizədlər tərəfindən ən çox müraciət olunan mübadilə proqramlarından biri isə Mevlana Mübadilə Proqramıdır. Ölkədə təhsil verən ali təhsil müəssisələri ilə xaricdə təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim heyətinin mübadiləsini nəzərdə tutan mübadilə proqramıdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Türkiye Bursları – Türkiyə Təqaüdləri

Beynəlxalq səviyyəli təhsil imkanları, zəngin bilik və təcrübə təmin etməklə yanaşı, Türkiyə dünyanın hər yerindən olan beynəlxalq tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüdlər təklif edir. Türkiye Bursaları hökumət tərəfindən maliyyələşdirilən, rəqabətədavamlı təqaüd proqramıdır və Türkiyənin ən yaxşı universitetlərində tam və ya qısa müddətli proqramı davam etdirmək üçün görkəmli tələbələrə və tədqiqatçılara verilir.

Türkiye Bursları ölkələr arasında əməkdaşlığı və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirməyə sadiq olan gələcək liderlər şəbəkəsini qurmağı hədəfləyir.

turkiyede tehsil

Maliyyə dəstəyi ilə yanaşı, Türkiye Bursları beynəlxalq tələbələrin nəzərdə tutulan müraciət proqramında universitetə yerləşdirilməsinə də imkan verir və bu təklifi ilə dünyanın digər təqaüd proqramlarında fərqlənir. Türkiye Burslarının məqsədi tələbələrin universitet təhsili ilə yanaşı, Türkiyədə qaldıqları müddətdə ictimai və mədəni fəaliyyətlərindən faydalanmalarını təmin etməkdədir.

Bu təqaüd proqramı həmçinin, tələbələrin təhsil dövründə yaşayış və sağlamlıq sığortası kimi ehtiyaclarını da əhatə edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Türkiye Bursları Müraciət Tarixi Nə Vaxtdır?

Müraciətlər tarixi: 10 yanvar – 20 fevral 2023

2023-cü il üçün Türkiye Bursları üçün müraciətlər bir müddətdə qbəul ediləcək və bütün ölkələrdən gələn beynəlxalq tələbələr üçün müraciətlər 10 Yanvar – 20 Fevral 2023-cü il tarixləri arasında açıq olacaqdır.

turkiyede tehsil

Türkiye Burslarının Digər Təqaüd Proqramlarından Fərqi Nədədir?

Türkiye Burslarını bənzərsiz edən təkcə maliyyə dəstəyi deyil, təhsil haqqı, yaşayış və sağlamlıq sığortası deyildə, həm də ali təhsilin bütün səviyyələrində mükafat alan tələbələrinə universitetə yerləşdirmə və akademik, sosial və mədəni imkanlar etməsidir.

Proqramlar və Tədris Səviyyələri Hansılardır?

  • Müraciət üçün açıq olan proqramlar bunlardır: Bakalavr və Magistr Proqramları
  • Müraciətlər bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri üçün açıq olacaqdır.
  • Araşdırma Təqaüdlər, Müvəffəqiyyət Təqaüdləri və KATİP kimi digər proqramlar fərqli müraciət müddətlərinə malikdir və müntəzəm olaraq təqaüd proqramının internet saytında və sosial media kanallarında elan edilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button