[reklamvideo]
Türkiyədə Təhsil

Tükiyədə Qiyabi Təhsil Almaq – 2024

Distant təhsil son bir neçə ildə əhəmiyyətli dərəcədə populyarlıq qazanmış bir anlayışdır, belə ki, distant təhsil proqramları əyani şəkildə kurslarda iştirak edə bilməyən bir çox tələbəyə təhsil istəklərini həyata keçirməyə kömək etmişdir. Distant təhsil proqramları ilə tələbələr kompüter və internet bağlantısı ilə istənilən yerdən istədikləri kursları davam etdirə və tamam bilərlər. Ümumiyyətlə, bu təhsil formasında təhsil alan tələbələrin daha böyük faizi əslində işləyən insanlardır.

Distant təhsil bu cür tələbələrə onsuz da çox məşğul olan iş qrafikinə mane olmadan təhsil almaq üçün əlverişli vaxt tapmağa imkan verir, belə ki, tələbələr işdən sonra, gecə yarısı və ya həftə sonları oxuya bilərlər. Tədris materialları və təlimatları isə istənilən vaxt onlayn əldə etmək olar və beləliklə, işləyən tələbələr qazandıqca da öyrənə bilərlər. Bu təhsil formasında təhsil alan tələbələrin ən çox seçdikləri xarici ölkə isə qardaş Türkiyədir, “Bəs Türkiyədə necə distant təhsil almaq olar, hansı ixtisas proqram və universitetləri var?” deyə maraq edirsinizsə, məqaləmizi oxumağa davam edin..

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Türkiyədə Təhsil

Türkiyə dünyanın hər yerindən beynəlxalq tələbələri cəlb edən mədəniyyət baxımından zəngin bir ölkədir. Türkiyə sərfəli təhsil proqramları, ingilis dilində də tədris olunan bakalavr və magistr proqramlarının sayı, təhsil haqları, yaşayış, səhiyyə və hətta səyahət xərclərini əhatə edə çox saylı təqaüd proqramları sayəsində cəlbedici ölkədir. Burada yaşayarkən və təhsil alarkən özünüzü gözəl, lakin təzadlı Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində tapacaqsınız, lakin Türkiyə dərindən araşdırmağa dəyər olan ənənələrin, festivalların və mətbəxlərin unikal qarışığıdır.

Türkiyə Universitetlərində Necə Qiyabi Təhsil Almaq Olar?

Türkiyə dövlətində distant təhsil “uzaktan eğitim” adlanaraq, 184 ali təhsil müəssisəsindən 68 universitet uzaktan eğitim təklif etməkdədir. Türkiyədə distant təhsil ilk dəfə 1950-ci ildə Ankara Universiteti Hüquq fakültəsinin işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunmuşdur. Daha sonralar distant təhsil fəaliyyətləri genişləyərək, 1982-ci ildə Anadolu Universitetində distant təhsilin tətbiqi həyata keçirilməyə başlamışdır. İlk dəfə kompyuter dəstəyi vasitəsi ilə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq olunmuşdr.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Türkiyə universitetlərində heç bir imtahan vermədən sadəcə attestat və ya bakalavr diplomunuz sayəsində qiyabi təhsil ala bilərsiniz. Smestr imtahanları zamanı, yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməyiniz lazım olacaqdır. Universitetlərdə illik təhsil haqqı qiymətləri isə 2000 tl, yəni 500 manatdan başlayır. Türkiyə universitetlərində qiyabi təhsil almaq üçün tələb olunan sənədlər isə bunlardır:

  • Attestat sənədinin təcümə olunmuş və notarial qaydada təsdiqi
  • Bakalavr diplomunun təcümə olunmuş və notarial qaydada təsdiqi
  • Rəsmi transkript sənədi
  • Şəxsiyyət vəsiqəsi
  • 3×4 ölçüdə 10 ədəd fotoşəkil

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Təhsil Ala Biləcəyiniz Bəzi İxtisaslar:

  1. Menecment
  2. İşletme
  3. Halka ilişkiler
  4. Sosyoloji
  5. Moda Tasarım
  6. Sosyal Hizmetler
  7. Lojistika
  8. Bilgi Yönetimi
  9. Dış Ticaret
  10. Ekonomi
  11. Reklam
  12. Kamu Yönetimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button