[reklamvideo]
Türkiyədə Təhsil

Türkiyədə Pulsuz Təhsil Almaq – Təqaüd Proqramları

Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün; Türkiyə Respublikası tərəfindən verilən təqaüdlər, tələbələrin öz dövlətləri tərəfindən verilən təqaüdlər, müxtəlif milli və beynəlxalq qurum və təşkilatların təklif etdiyi təqaüdlər və universitetlərin təqaüdləri kimi müxtəlif təqaüd variantları mövcuddur. Bu məqamda təqaüd proqramlarının təklif etdiyi imkanlar və məbləğlər də, hər bir təqaüd proqramından asılı olaraq dəyişir.

Bu proqramların bəziləri ölkənizdən Türkiyəyə gəlmə xərclərini də qarşılayır. Aylıq təqaüdlərin məbləği də beynəlxalq tələbələrin təhsil səviyyəsinə görə dəyişir. Buna görə də, qəbul olmaq istədiyiniz universitetin internet səhifəsində hansı təqaüdlərin olduğunu nəzərdən keçirə və ətraflı məlumat səhifəsində ümumi məlumat əldə edə bilərsiniz. Bundan əlavə, Türkiyə Bursları və YÖK tərəfindən təmin edilən təqaüd proqramları da var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Türkiye Bursları – Türkiyə Təqaüdləri

Beynəlxalq səviyyəli təhsil imkanları, zəngin bilik və təcrübə təmin etməklə yanaşı, Türkiyə dünyanın hər yerindən olan beynəlxalq tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüdlər təklif edir. Türkiye Bursaları hökumət tərəfindən maliyyələşdirilən, rəqabətədavamlı təqaüd proqramıdır və Türkiyənin ən yaxşı universitetlərində tam və ya qısa müddətli proqramı davam etdirmək üçün görkəmli tələbələrə və tədqiqatçılara verilir.

Türkiye Bursları ölkələr arasında əməkdaşlığı və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirməyə sadiq olan gələcək liderlər şəbəkəsini qurmağı hədəfləyir. Maliyyə dəstəyi ilə yanaşı, Türkiye Bursları beynəlxalq tələbələrin nəzərdə tutulan müraciət proqramında universitetə yerləşdirilməsinə də imkan verir və bu təklifi ilə dünyanın digər təqaüd proqramlarında fərqlənir. Türkiye Burslarının məqsədi tələbələrin universitet təhsili ilə yanaşı, Türkiyədə qaldıqları müddətdə ictimai və mədəni fəaliyyətlərindən faydalanmalarını təmin etməkdədir. Bu təqaüd proqramı həmçinin, tələbələrin təhsil dövründə yaşayış və sağlamlıq sığortası kimi ehtiyaclarını da əhatə edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde magistr tehsili

Türkiye Burslarının Digər Təqaüd Proqramlarından Fərqi Nədədir?

Türkiye Burslarını bənzərsiz edən təkcə maliyyə dəstəyi deyil, təhsil haqqı, yaşayış və sağlamlıq sığortası deyildə, həm də ali təhsilin bütün səviyyələrində mükafat alan tələbələrinə universitetə yerləşdirmə və akademik, sosial və mədəni imkanlar etməsidir.

Proqramlar və Tədris Səviyyələri Hansılardır?

  • Müraciət üçün açıq olan proqramlar bunlardır: Bakalavr və Magistr Proqramları
  • Müraciətlər bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri üçün açıq olacaqdır.
  • Araşdırma Təqaüdlər, Müvəffəqiyyət Təqaüdləri və KATİP kimi digər proqramlar fərqli müraciət müddətlərinə malikdir və müntəzəm olaraq təqaüd proqramının internet saytında və sosial media kanallarında elan edilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button