[reklamvideo]
Ukraynada Təhsil

Ukraynada Təhsil – 2024

Ukraynada Təhsil Almaq

Avropada Rusiya Federasiyasından sonra ərazicə ikinci ən böyük ölkə olan Ukrayna Polşa və Macarıstan kimi ölkələr ilə həmsərhəd olması, qədim tarixi, xalqının qonaqpərvərliyi və tarixi abidələri ilə fərqlənir. Ən vacib olanı isə yüksək keyfiyyətli təhsilinin olması, savadlı və peşəkar pedaqoqlar tərəfindən tədrisin təşkili ilə azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələrdən biridir. Ukraynada ali təhsil çoxəsrlik tarixə, milli ənənələrə və dünyada yüksək nüfuza malikdir. Ukraynada ali təhsil inkişaf etmiş təlim, elmi və sosail infrastrktur təmin edir və beynəlxalq tələbələrə bərabər imkanlar verməyə hazırdır və təhsil kursları müxtəlif təhsil proqramlarında təklif olunur. Geniş çeşiddə ixtisas təkmilləşdirmə proqramları və təkmil kurslar mövcuddur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ukraynada ali təhsil sistemi çevik struktura malikdir və UNESCO, BMT Təşkilatı və bir çox digər beynəlxalq təşkilatlar tərəfindən tanınan qabaqcıl ölkələrdəki müasir tendensiyalara və meyllərə uyğundur. Ümumi Avropa təhsil standartlarının tətbiqini stimullaşdırmaq məqsədilə Avropa Şurası, YUNESKO və TEMPUS proqramı çərçivəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlıq dərinləşmişdir.

ukraynada tehsil

Ukraynada Ali Təhsil Sistemi

1992-ci ildən Ukraynanın orta təhsildən sonrakı bütün təhsil sistemi “Ali təhsil” kimi qəbul edilir. Ali təhsilin “Təhsil haqqında Qanunu”na əsasən, Ukraynada bir qayda olaraq, müxtəlif akkreditasiya səviyyələrinə uyğun gələn bir neçə ali təhsil müəssisə kateqoriyası var və həmin kateqoriyaları aşağıdakı kimi sadalaya bilərik:

  1. Səviyyə – Peşə Tədris Məktəbləri
  2. Səviyyə – Texniki orta məktəblər və kolleclər
  3. Səviyyə – Universitetlər, Akademiyalar və İnstitutlar

Akkreditasiya səviyyələri məzunların ixtisasına görə dərəcələrin iyerarxiyasını təmsil edir və belə ki, həmin dərəcələr müvafiq olaraq, Kiçik Mütəxəssis, Bakalavr, Mütəxəssis və Magistr adlanır. Ukraynada akkreditasiyanın 3 və 4-cü səviyyəli ali təhsil müəssisələrinə 180-dən çox dövlət daxildir və məktəbi bitirənlərin təxminən 40%-nin ali təhsil almaq imkanı var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ukraynada mindən çox peşə məktəbi 800-dən çox peşə ixtisası təklif edir. Tələbələr birinci və ya ikinci dərəcəli akkreditasiyaya malik 313 (220 dövlət və 93 özəl) universitet, akademiya və institut, həmçinin 658 (589 dövlət və 69 özəl) təhsil müəssisəsi arasından seçim etmək hüququna malikdirlər. 500 təhsil müəssisəsi əlavə təhsil və ixtisasların artırılması təklifini də edə bilər.

ukraynada tehsil

Ukrayna universitetlərinə ümumi qəbul tələbləri nələrdir?

Ukraynada bir universitetdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri ilk addım olaraq, qəbul olmaq istədikləri universitet ərizə formasını doldurmalıdırlar. Rəsmi dəvət məktubu almaq və beynəlxalq tələbə namizədlərin növbəti addımlar üçün tələb olunan sənədlərin və məlumatların siyahısını aşağıdakı kimi qeyd edə bilərik:

  • Pasport nömrəsi və etibarlılıq müddəti (verilmə tarixi və istifadə müddəti)
  • Son 6 ayda qaldığınız daimi ünvan, mobil nömrə və e-poçt ünvanı
  • Beynəlxalq pasportun skan surəti (şəkilli səhifələr, doğum tarixi və pasportun etibarlılıq müddəti, verilmə tarixi və istifadə müddəti)
  • Qiymət transkriptinin və ya ali orta təhsil haqqında attestatın skan surəti
  • Doğum haqqında şəhadətnamənin notarius tərəfindən imzalanmış surəti
  • Səhhətinizdə problem və ya yoluxucu xəstəliklərin olmadığını göstərən tibbi arayış

Bundan əlavə, Ukrayna universitetlərində Magistratura və Doktorantura proqramlarına qəbul olmaq üçün namizədlər müvafiq olaraq Bakalavr diplomu və ya Magistr diplomu təqdim etməlidirlər. Hər il rəsmi dəvət məktubu üçün müraciət aprelin ilk həftəsindən noyabrın birinci həftəsinə kimi qəbul edilir və müraciət etməzdən əvvəl universitet haqqında ətraflı ərizə məlumatlarına sahib olduğunuzdan əmin olmalısınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ukrayna universitetlərində illik təhsil haqqı nə qədərdir?

Ukraynada universitet haqları universitetin yerləşdiyi şəhərdən və təhsil aldığınız proqram növündən asılı olaraq dəyişir. Ukraynada universitetlərin qiymətlərinə təsir edən amillərdən biri də təhsil dilidir. İngilis dilində təhsil haqqı ukrayna dilində yüksək olsa da, Ukrayna universitetlərində təhsil Avropa ölkələri ilə müqayisədə, son dərəcə qənaətcildir. Belə ki, Ukrayna universitetlərində qiymətlər hazırlıq təhsili üçün orta hesabla ildə 1500 – 2500 ABŞ dolları arasındadır. Hazırlıqdan sonra qiymətlər universitetlərdən asılı olaraq 1500 – 4000 USD arasında dəyişir. Bir çox universitetlərdə illik yataqxana ödənişləri isə orta hesabla 500 ilə 1000 ABŞ dolları arasında dəyişir.

Ukraynada yaşam xərcləri nə qədərdir?

Ukraynada yaşamaq bir çox Avropa ölkələrindən qat-qat ucuzdur. Xüsusilə yataqxanada qalan tələbələrin aylıq yaşayış xərcləri 300-500 ABŞ dolları arasında dəyişir. Tələbələr həmçinin, istəsələr ev kirayələyə və ya ailəsi ilə qala bilərlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ukrayna universitetlərində təhsil dili

Ukrayna ali təhsil ocaqlarında qəbul üçün beynəlxalq tələbə namizədlərə rus dilli və ya ingilis dilli proqramlar təklif olunur. Ukraynada rus dili məktəblərində ümumi və ya intensiv rus dili dərsləri, imtahana hazırlıq rus dərsləri, işgüzar rus dili kursları, müəllim hazırlığı və s. tutmuş bütün növ dil öyrənmə variantları mövcuddur.

Ukraynanın ən yaxşı universitetləri

  • Sumi Dövlət Universiteti
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
  • V.N.Karazin adına Xarkov Milli Universiteti
  • Xarkov Milli Aviasiya Universiteti
  • Kiyev Milli Aviasiya Universiteti
  • İvan Franko adına Lvov Milli Universiteti
  • Kiyev Milli Texniki Universiteti
  • Xarkov Milli Texniki Universiteti

Ən çox tələb olunan ixtisaslar

  • İqtisadiyyat
  • Neft-qaz mühəndisliyi
  • Maliyyə
  • Hüquq
  • Tibb
  • Audit və uçot
  • Turizm
  • Menecment
  • Marketing
  • Stomatologiya
  • Beynəlxalq münasibətlər
  • Psixologiya
  • İnformasiya texnologiyaları

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

ukraynada tehsil

Ukrayna universitetlərində akademik heyət və tələbə həyatı

Ukrayna ali təhsil müəssisələri güclü elmi və tədris potensialına malikdir. Elmi və professor-müəllim heyəti təxminən 80.000 nəfərdir; onların arasında – 4500 elmlər doktoru, 3300 elmlər namizədi, 5000-dən çox professor və 27.0000-ə yaxın dosent var. Elmi-tədqiqat işlərinə xüsusi meyli olan ali təhsil müəssisələrinin məzunları aspirantura və doktoranturada təhsillərini davam etdirmək imkanı əldə edirlər.

Müxtəlif ixtisaslar üzrə bakalavr proqramlarının geniş şəbəkəsi sənaye, iqtisadiyyat, elm, mədəniyyət və təhsilin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı ödəyir. Hazırlıq 20 elm sahəsi və 366 ixtisas üzrə aparılır və yüksək ixtisaslı kadr hazırlığının bütün sahələrini əhatə edir. 16.000 aspirant və doktorluq dərəcəsi üçün çalışan 1.000-ə yaxın insan var. Ölkədəki islahat proseslərini müəyyən edən ixtisaslar üzrə (iqtisadiyyat, hüquq, sosial və siyasi elmlər) kadr hazırlığı genişləndirilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button