5 Addımda Xaricdə Təhsil Alın – Xaricdə Necə Təhsil Almaq Olar?
Biz daim daha savadlı, universal və uğurlu olmaq üçün çalışır, özümüzü təkmilləşdirməyə, dünyanı tanımağa çalışırıq və şühbəsiz ki, buna nail olmağın yollarından biri də xaricdə təhsil almaq və bununla da müxtəlif mədəniyyətləri, elmləri və bir sözlə dünyaları tanımaqdır.
Siz həmçinin xaricdə yaxşı məktəblərdə oxumaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və biliklərinizi artırmaq istəyə bilərsiniz. Bu zaman “Xaricdə təhsil almaq üçün nə etməliyəm?” deyə soruşursunuzsa, gəlin sizə kömək edək və xaricdə təhsil planınızı qurarkən bilməli olduğunuz məqamları izah edək.
Xaricdə Necə Təhsil Almaq Olar?
Xaricdə təhsil almaq üçün izləniləcək yollar və görüləcək işlər; bu, oxumaq istədiyiniz təhsil səviyyəsindən və getməyi planlaşdırdığınız ölkədən asılıdır. Bununla belə, xaricdə orta məktəb, lisey, universitet, magistratura və ya doktorantura kimi təhsil səviyyələrində təhsil almaq üçün etməli olduğunuz işləri aşağıdakı kimi sadalayaq.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
1. Ölkə və Təhsil Seçimi Etmək
Yaşamaq istədiyiniz ölkə varmı yoxsa xaricdə təhsil almaq üçün ali məktəb və ya ixtisas seçimi etmək sizin prioritetləriniz arasındadır? Əvvəlcə bu suallara cavab verməlisiniz və daha sonra seçdiyiniz ölkələrin siyahısını tərtib edin və seçdiyiniz ölkə üzrə təhsil almaq istədiyiniz təhsil proqramlarının uğurlarını araşdırın. Çünki hər bir təhsil sahəsinin keyfiyyəti hər ölkədə eyni olmaya bilər.
Ölkə seçərkən həmin ölkənin iqtisadi şəraitini nəzərə almaqda fayda var və bundan əlavə, orada necə necə və nə qədər büdcə ayırmalı olmağınızı da müəyyənləşdirməlisiniz. Təhsil üçün kifayət qədər büdcəniz yoxdursa, narahat olmayın, çünki bir çox ölkələrə uğurlu tələbələrə müxtəlif təqaüd imkanları təqdim edirlər. Həmçinin, bir çox ölkələrdə siz bizim uğurlu beynəlxalq ali məktəblərlə əməkdaşlıqlarımız sayəsində bir çox ölkələrdə Pulsuz Təhsil imkanı da əldə edə bilərsiniz!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
2. Seçdiyiniz Ölkədə Təhsil almaq üçün Tələb Olunan Sənədləri Öyrənmək
Hər bir ölkə, hər bir ixtisas sahəsi və hər bir təhsil səviyyəsi fərqli tələblərə malik olduğundan dolayı, xarici universitetlərin beynəlxalq tələbə namizədlərindən tələb etdikləri göstərici və sənədləri mütləq şəkildə yoxlamaq lazımdır. Bununla belə, biz sizə lazım olan bəzi ümumi sənədləri aşağıdakı kimi sadalaya bilərik:
- Dil Bilikləri Sertifikatı: Təhsil alacağınız dildə sizə dil biliklərinizi təsdiq edən beynəlxalq sertifikatlar lazım ola bilər və həmin sertifikatların arasında ən çox tələb olunanları isə İELTS, TOEFL və PTE imtahan sənədlərini qeyd edə bilərik. Əgər dil bilmə sənədiniz yoxdursa və müraciət etdiyiniz məktəbin öz dil imtahanı varsa, bu imtahan da kifayətdir. Hətta dili çox yüksək səviyyədə bilmədən xaricdə təhsil almaq da mümkündür və bunun üçün əgər varsa, müraciət etmək niyyətində olduğunuz məktəbib hazırlıq təhsilinə yazıla bilərsiniz.
- Əvvəlki Təhsillərinizdən Diplomlar: Çox universitetlər sizin Tək Attestat Sənədiniz ilə qəbul aparır, lakin bəzi təhsil proqramları üçün sizin ən yüksək təhsil səviyyənizin diplomunu tələb edə bilər, digərləri isə birdən çox dərəcə tələb edə bilər. Məsələn, magistratura təhsili üçün gedəcəyiniz məktəb orta və universitet diplomları tələb edə bilər.
- Transkript: Müraciət sənədləri arasında hansı orta bal və əvvəlki məktəblərdə hansı kursları bitirdiyinizi göstərən sənəd, yəni transkriptiniz olmalıdır. Orta qiymət balınızın və keçdiyiniz kursların ərizə tələblərinə cavab verməsi də vacibdir.
- Motivasiya Məktubu: Niyə o ixtisas sahəsində və o universitetdə təhsil almaq istədiyinizi, yəni motivasiyanızı izah edən bir niyyət məktubu yazmalısınız.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
3. Tələb Olunan Sənədləri Hazırlamaq
Bu sənədləri əldə etmək isə düşündüyünüzdən daha uzun çəkə bilər və bu səbədən təhsil almaq niyyətində olduğunuz tədris ilinə bir il qalmış bütün planlarınızı qurmağınızı və müraciət edəcəyiniz məktəbləri sadalamağınızı tövsiyə edirik. Sonra sənədləri qaydasında hazırlaya bilərsiniz.
4. Təhsil Almaq İstədiyiniz Ali Məktəblərə Müraciət
Xarici ali təhsil ocaqlarına müraciətlər üçün son tarixlər ölkədən ölkəyə və təhsil səviyyəsindən, proqram növündən asılı olaraq müxtəliflik göstərə bilər. Bununla belə, adətən noyabr ayından başlayır və müraciətlər 2-5 ay müddətində açıq ola bilər və bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, ümumiyyətlə, universitetlərə müraciətlər iyun ayında başa çatır, məsələn, 2023-2024-cü tədris ilinə hazırlaşırsınızsa, noyabr ayında və 2022-ci ildən sonra müraciət edə bilərsiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
5. Viza üçün Müraciət
Son addım olaraq isə müraciət prosesiniz uğurlu olarsa, ali məktəbdən qəbul məktubu aldıqdan sonra, indi siz xaridcə təhsil almaq üçün almalı olduğunuz D tipli vizaya, müraciət edə bilərsiniz. Bu prosesdə nə edəcəyinizi dəqiq bilmirsinizsə belə, ümumiyyətlə narahat olmağa ehtiyac yoxdur, çünki biz sizə qəbul və qeydiyyat proseslərindən tutmuş viza almağa qədər sizin üçün bütün prosesləri asanlıqla etmiş olacayıq!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Hansı təhsil növünü və ölkəni seçmədiyinizdən asılı olmayaraq, proses düşündüyündən daha çətin deyil və biz sizə hər bir addımda köməklik və zəmanətlə xidmət göstərmək üçün buradayıq!