[reklamvideo]
Xaricdə Təhsil

Dünyanın Ən Yaxşı Universitetlərində Pulsuz Təhsil

Xaricdə təhsil almaq istəyən tələbələri düşündürən ən vacib suallardan biri onların təhsil xərcləri olacaqdır. Çünki təhsil almaq və tələbə büdcənizlə xaricdə yaşamağa çalışmaq asan olmayacaqdır. Bu səbəbdən xaricdə universitetdə təhsil almaq istəyən tələbələrin əksəriyyəti pulsuz təhsil ala biləcəkləri ölkələrdə təhsil almağa üstünlük verirlər. Bu gün Almaniya, İtaliya, Norveç kimi dünyanın əksər ölkələri beynəlxalq tələbələrə pulsuz təhsil təklif edir. Bu məqaləmizdə xaricdə təhsil almaq istəyən tələbələr üçün dünyanın ən yaxşı universitetlərində pulsuz təhsil təkliflərini araşdırdıq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde magistr tehsili

WSB Academy

Polşanın cənubunda Katowice və Krakov kimi iki böyük şəhər mərkəzi arasında yerləşən və azərbaycanlı tələbələrin də Polşada təhsil almaq üçün ən çox müraciət etdiyi WSB Universiteti ölkənin ən tanınmış biznes və informasiya texnologiyaları universitetlərindən biridir. 1995-ci ildə əsası qoyulan WSB Universiteti tələbələrin təhsili, tədqiqatların aparılması və dövlət iqtisadiyyatı ilə əməkdaşlıq sahəsində bir neçə illik təcrübəyə malikdir.

Fəaliyyətə başladığı gündən 300 000 məzun Avropa əmək bazarına daxil olmağa imkan verən praktiki və nəzəri biliklərə yiyələnib. WSB Universiteti beynəlxalq tələbə namizədlərinə mühəndislik üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir və namizəd tələbələr 15 təhsil sahəsindən və 126-dan çox ixtisasdan birini seçə bilərlər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Vistula University

ielts olmadan xaricde tehsil

Vistula Universiteti Polşanın ən yaxşı və yerli tələbə namizədlərimiz tərəfindən ən çox seçilən özəl universitetlərdən biridir. 1996-cı ildə Varşava şəhərində İqtisadiyyat və Kompüter Elmləri Ali Məktəbi kimi təsis edilib və 2011-ci ildən etibarən isə Vistula Universiteti olaraq adlandırılır. Avropanın ən sürətlə inkişaf edən paytaxt şəhərlərindən birində yerləşən Vistula Universiteti unikal beynəlxalq atmosferə və 4 qitədə 26-dan çox ölkədən gələn beynəlxalq tələbələrə malikdir.

2011-ci ildə Wprost reytinqində Vistula Universiteti Polşanın ən yaxşı milli universitetlərindən biri olmaqla 8-ci yeri tutmuşdur. Universitet həm yerli, həm də beynəlxalq əmək bazarında müasir biliklərə malik və işəgötürənlərin gözləntilərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına görə Ambasadora Polskiej Nauki adını və nüfuzlu Uczelnia Lider sertifikatını (Liderlər Məktəbi) alıb.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

University of Warsaw

1816-cı ildə Polşanın paytaxtı Varşava şəhərində yaradılan Varşava Universiteti ölkənin ən böyük və ən qədim, eyni zamanda ən prestijli universitetlərindən biridir. Tədrisin əksəriyyəti polyak dilində olsa da, universitet ingilis dilində tədris olunan 20-dən çox proqram təklif edir. İqtisadiyyat, biznes və siyasət elmləri kimi təhsil proqramlarının təklif edən universitetin təxminən 45.000-dən çox tələbəsi var.

Varşava Universitetinin əsas kampusu şəhərin mərkəzində yerləşir və bir neçə tarixi saraydan ibarətdir. Görkəmli məzunlar yetişdirən universitetin 4 məzunu, o cümlədən fizik Cozef Rotblat və İsrailin keçmiş baş naziri Menahem Beqin Nobel mükafatı laureatıolub. Digər görkəmli məzunlar arasında bəstəkar Frederik Şopen və İsrailin baş qurucu naziri David Ben-Qurion da var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button