[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq Üçün Hansı Sənədlər Lazımdır? – 2024

Xaricdə təhsildə Amerika, Kanada, Avstraliya ilə yanaşı, bir çox Avropa ölkələri ön plana çıxır və Avropada bir universitetdə təhsil almaq, xüsusilə son illərdə bir çox tələbə tərəfindən üstünlük təşkil edir. Ümumiyyətlə, Avropa dünyanın ən yaxşı universitetləri arasında göstərilən bir çox universitetə ev sahibliyi edir. Xüsusilə də, texnologiya, mühəndislik, incəsənət və dizayn kimi sahələrdə magistr proqramları üçün Avropa ölkələrinin ön plana çıxıldığı görülür. Bu məqalədə xarici universitetlərə sənəd qəbulu prosesində diqqət yetirməli olduğunuz vacib məqamları addım-addım qeyd etmişik.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

1. Ortalama qiymət (GPA)

Bakalavr və ya magistr proqramlarına müraciət etməyinizdən asılı olmayaraq attestat və ya bakalavr qiymətləriniz yaxşı olmalıdır. Bakalavr proqramlarına müraciət zamanı attestat qiymətləri əsas götürülür. Bir çox universitetlər bu qiymətlərə əsasən tələbələri qəbul edir. Bununla yanaşı, buraxılış imtahanından da yaxşı nəticələr əldə etməlisiniz. Magistr proqramlarına müraciət zamanı isə bakalavr yekun orta göstəriciləriniz nəzərə alınacaq. Əgər top universitetlərdə təhsil almaq istəyirsinizsə, bu zaman qiymətləriniz ən azı 80 olmalıdır.

avropada qiyabi tehsil

2. Beynəlxalq imtahan nəticələri

Bakalavr proqramları üçün SAT, ACT, IP, IB, A-Level kimi göstəricilərinizin olması üstünlükdür. Top universitetlər bu göstəricilərdən biri olmadıqda qəbul şansınız aşağı düşür. Magistr proqramları üçün isə ixtisasınızdan asılı olaraq GRE, GMAT, ALES və s. kimi beynəlxalq imtahan sertifikatları tələb olunur. GRE, əsasən texniki yönümlü ixtisaslarda, GMAT isə biznes-iqtisadiyyat yönümlü ixtisaslarda tələb olunur. ALES, Türkiyənin dövlət və prestijli özəl universitetlərinə qəbul zamanı tələb olunur.

3. Xarici dil sertifikatı

Əgər gedəcəyiniz ölkədə ingilis dilində təhsil almağı düşünürsünüzsə, IELTS, TOEFL, Pearson və s. kimi beynəlxalq ingilis dili imtahanlarından birini verməlisiniz. Bəzi universitetlər bu imtahanları tələb etməyə də bilər, bu zaman sizə qəbul zamanı universitetin daxili imtahanını verməlisiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

4. Əlavə fəaliyyətləriniz

Akademik göstəricilərinizlə yanaşı, eyni zamanda dərsdənkənar fəaliyyətlərinizin, məsələn könüllülük, sosial layihə və fəaliyyətlərinizin olması sizin üçün böyük üstünlükdür. Tövsiyə olunur ki, bakalavr təhsiliniz zamanı öz sahəniz üzrə sosial fəaliyyətlərinizi genişləndirəsiniz. Bu, nəinki xarici universitetlərə qəbul zamanı, hətta təqaüdləri qazanmaqda belə sizə kömək edə bilər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button