[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq Üçün Ən Yaxşı 5 Ölkə – 2024

Xaricdə təhsil almaq əksər tələbələrin arzusudur. Üstəlik, bu arzuya Amerika, Kanada, İngiltərə və Avstraliya kimi gözəl ölkələr, nüfuzlu universitetlər əlavə olunduqda, hər il xarici ölkədə təhsil almaq istəyən tələbələrin sayı artır. Ümumiyyətlə, xaricdəki universitetə müraciət etmək üçün diplomunuz, orta balınız və arayışlarınız qəbul edilir, lakin beynəlxalq proqramları olan ölkələr müraciətlər üçün ilkin şərtlər kimi ixtisaslaşdırılmış və ya standartlaşdırılmış universitet imtahanları və testlər tələb edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil almağın üstünlükləri nələrdir?

Xaricdə təhsilin ən yaxşı tərəfi bütün dünyada etibarlı olan diploma sahib olmaqdır. Təbii ki, bu diplom sizə tam təchiz olunmuş təhsil prosesini də təklif edir. Xaricdə təhsil müəssisələri; müasir laboratoriyaları və elmi-tədqiqat mərkəzləri, qabaqcıl kitabxanaları, unikal tarixi, işəgötürənlərlə əlaqələri, öz sahələrində mütəxəssis olan və bir çox uğurlar qazanmış akademikləri ilə heyran buraxır. Eyni zamanda oxuyarkən keçəcəyiniz təcrübələr, inkişaf etdirəcəyiniz və praktiklik qazanacağınız xarici diliniz, inkişaf etdirəcəyiniz fəaliyyətlər və mədəni tədbirlər təhsilinizin daha da yüksək pillələrə qalxmasını təmin edəcəkdir.

xaricde tehsil

Xaricdə təhsilin tələbələr üçün faydaları dedikdə ağlımıza gələn və bizi valeh edən ilk seçim yeni bir coğrafiya, ölkə və şəhəri gəzərək ömür boyu davam edəcək macəraya addım atmaqdır. Yeni yerlər kəşf etmək və səyahət etmək sizə yeni insanlarla tanış olmağa və ümumi mədəniyyətinizi təkmilləşdirməyə imkan versə də, həm də təhsil aldığınız ölkədən kənarda müxtəlif yerləri görmək imkanınız var. Xaricdə təhsil sizə asan və ucuz səyahət imkanları təklif edir, məsələn; İtaliya, Almaniya, Fransa kimi bir ölkədə təhsil alarkən bütün Avropanı rahatlıqla gəzmək imkanınız olacaqdır. Sizi valeh edən təbii gözəlliklərə, tarixi ş əhərlərə, muzeylərə, ticarət mərkəzlərinə və nəfəs kəsən mənzərələrə yaxından nəzər saldıqca öyrəndiyiniz hər yeni məlumat həyatınıza müsbət faydalar əlavə edir və sizi təkmilləşdirir. Bəs, xaricdə təhsil almaq üçün ən yaxşı ölkələr hansılardır?

1. Polşa

Polşa keyfiyyətli təhsil və sərfəli xərclərin böyük qarışığını təmsil edir. Beynəlxalq tələbələr proqramların polyak və ya ingilis dillərində tədris olunduğu yüksək keyfiyyətli təhsil sisteminə malik olan 400-dən çox universitet arasından seçim etmək hüququna malikdir. Polyak dilində tədris olunan dərəcəni seçməyin əsas üstünlüyü ondan ibarətdir ki, siz heç bir təhsil haqqı ödəməli olmayacaqsınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ümumiyyətlə, Polşa xalqı qonaqpərvərliyi və xüsusi yumor hissi ilə tanınır, bu o deməkdir ki, yerli sakinlərlə ünsiyyətdə olmaqdan, dostluq etməkdən və ətrafınızı kəşf etməkdən çox əylənəcəksiniz. Dərslər olmadıqda, gəzməkdən, gözəl qalaları ziyarət etməkdən və ya Tatra dağlarında qışda xizək sürməkdən çəkinməyin. Çoxlu sayda universitetə malik olan Polşa Avropada yüksək keyfiyyətli təhsilə malik olan ölkələrdən biridir. Paytaxt Varşava şəhəri başda olmaqla, müxtəlif şəhərlərdə yerləşən bir çox universitet dünyanın ən yaxşı universitetləri sırasında göstərilir. Proqram müxtəlifliyi baxımından da çox zəngin olan bu ölkədə tibb, hüquq, mühəndislik, İT və psixologiya kimi bir çox fərqli ixtisas sahələrində təhsil ala bilərsiniz.

2. Türkiyə

Avropa ilə Yaxın Şərqi birləşdirən Türkiyə, güclü mədəni və siyasi təsirlərə malik genişlənən bir ölkədir. Qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənub-şərqdə isə İraq və Suriya ilə həmsərhəddir. Türkiyə həm də Aralıq dənizi ilə Qara dənizi birləşdirən qapı rolunu da oynayır. Paytaxt Ankaradır, lakin ən böyük və ən əhəmiyyətli şəhəri İstanbuldur, digər böyük şəhərlərə isə Bodrum, Antalya, Qaziantep və İzmir daxildir. İstanbul şəhəri Türkiyənin qərbində yerləşir və Bosfor boğazı Avropa ilə Asiyanı ayıran xətt olaraq şəhərin mərkəzindən keçir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Əvvəllər tarixin ən qüdrətli imperiyalarından birinə ev sahibliyi edən Türkiyə bu gün ən maraqlı tarixə və zəngin mədəni xarakterlərə malik bir ölkədir. Belə ki, maraqlı və transkontinental bir yerdə yerləşdiyi üçün Türkiyə yemək, incəsənət, dil və tarix baxımından özünəməxsus etnik və mədəni qarışığa malikdir.

3. Amerika

Bir çox iqtisadi, sosial və mədəni aspektlərdə Amerika dünya lideri olmaqda ön sıralardadır. ABŞ-da təhsil alan tələbələr ən son elmi və texnoloji yeniliklərin və aktual tədqiqatların şahidi olmaq şansı əldə edirlər. Onlar kompüter avadanlığı, proqram təminatı, elektronika və internet kimi sahələrdə dünyanın aparıcı texnologiya nəhəngləri olan Apple, HP, İBM, Microsoft və Google şirkətlərində təlimlər, təcrübə keçmək və sonrakı karyeralarında iştirak etmək imkanı əldə edirlər. Tibbi nailiyyətlərdən tutmuş ən son ixtiralara, idman nailiyyətlərindən tutmuş incəsənətdəki yeniliklərə qədər hər şeyi müşahidə edən tələbələr üçün ABŞ-da təhsil almaq həm akademik, həm də biznes sahəsində karyeraları üçün vacib elementdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada bakalavr tehsili

Çoxmədəniyyətli cəmiyyətindən tutmuş təbii gözəlliklərinə, sənətdən idmana, prestijli təhsil ocaqlarından heyrətamizliyinə qədər xaricdə təhsil almaq istəyən tələbələrin ən çox üstünlük verdiyi ölkələrdən biri olan Amerikada ali təhsil sistemi 18 yaşından başlayır. Universitetlər dövlət və özəl olaraq ikiyə bölünür və bakalavr, magistr və doktorantura təhsilini əhatə edir. Orta məktəbi hansı dərəcədə bitirməyinizdən asılı olmayaraq, ABŞ-da universitet proqramlarına yazıla bilərsiniz.

4. Latviya

Baltik dənizinin sahilində yerləşən və İsveçlə dəniz sərhədi olan Latviya şimali-mərkəzi Avropanın üç ölkəsindən biridir və ölkə Litva, Estoniya, həmçinin Rusiya və Belarusiya ilə həmsərhəddir. Nisbətən düz coğrafiyaya malik olan ölkədə ən hündür yerlər 300 metri keçir. Ölkədə 2 milyona yaxın insan yaşayır ki, bu da, əhalinin sayına görə kifayət qədər kiçikdir, lakin ölkənin kiçik olmasına baxmayaraq, sıx təbii gözəllikləri və milli parkları ilə görülməyə dəyər!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Latviyadakı bir çox universitetlər İELTS və TOEFL imtahanları əvəzinə onlayn şəkildə keçirilən öz imtahanlarını və əvvəllər oxuduğunuz təhsil müəssisəsindən ingilis dili biliyi sənədlərinizi və ya Skype müsahibəsini xarici dil biliyi kimi qəbul edir. Latviya İdman Akademiyası üçün ingilis dili şərti yoxdur, ancaq sizə veriləcək çox sadə ingilis dili imtahanı və Attestat sənədi kifayətdir. Bir sözlə, namizəd tələbələr Avropanın ən gözəl şəhərlərindən birin də, İELTS imtahanı tələb olunmadan və Tək Attestatla təhsil ala bilərlər!

5. Litva

Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası (Republic of Lithuanina) Avropada Baltik dənizinin şərq sahilində yerləşir və respublikanın paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə isə Belarus, cənub-qərbdə isə Polşa və Rusiyanın Kalininqrad vialyəti ilə həmsərhəddir. Hər il dünya üzrə orta hesabla 7000-dən çox beynəlxalq tələbə namizədi xaricdə təhsil almaq üçün Litva universitetlərinə müraciət edir, buna səbəb əlbəttə, ölkənin keyfiyyətli təhsil sisteminə malik olması və xarici tələbələr üçün IELTS və ya TOEFL imtahan sertifikatlarını tələb etməməsi və tək attestat sənədi ilə qəbul aparmasıdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button