[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Tibb Təhsili Almaq Haqqında Maraq Etdiyiniz Hər Şey

Xaricdə təhsil əksər tələbələrin həyatında dönüş nöqtəsidir və bundan maksimum yararlanmaq lazımdır. Çünki tələbələrin səfər edəcəkləri ölkələr və təhsil alacaqları beynəlxalq universitetlər üçün qoyduğu investisiyalar onlara gələcəkdə prestijli karyera həyatı təmin edəcəkdir. Əgər siz Amerika, İngiltərə, Kanada və ya Avstraliya kimi ölkələrdən birində təhsil almağı düşünürsünüzsə, xaricdə tibb təhsili ilə bağlı nələləri maraqlandığınızı və kafedranın məzmununu sizin üçün araşdırdıq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde magistr tehsili

Xaricdə tibb təhsili almaq üçün tələb olunanlar nələrdir?

Xaricdə tibb təhsili verən universitetlərin qəbul şərtləri və müraciət tarixləri ölkədən asılı olaraq dəyişsə də, hazırlamalı olduğunuz sənədlər ümumiyyətlə eynidir. Diqqət etməli olduğunuz ən vacib məqam, verəcəyiniz imtahanları nəzərə alaraq ərizələrinizi bir il əvvəldən etməkdir. Eyni zamanda, akademik karyera və elmi sahələrdə ixtisaslaşmağı düşünürsünüzsə, orta qiymət balınızı yüksək tutmağınız faydalı olardı.

  • Tibb təhsili üçün mraciət edəcək tələbələrdən dil biliklərini sənədləşdirmələri tələb olunur, bu da ölkədən asılı olaraq dəyişir. Əksər beynəlxalq universitetlər ingilis dilində bakalavr proqramlarına malik olduğundan, IELTS və ya TOEFL imtahan nəticəsi tələb edir.
  • Tibb təhsilinizi Amerikada və ya Kanadada almaq istəyirsinizsə, MCAT və ya BMAT imtahanı verməlisiniz.
  • Motivasiya məktubları universitetlərə müraciət prosesində mühüm yer tutur. Çünki tibb təhsili alacaq tələbələr akademik baxımdan uğurlu olmaqla yanaşı, liderlik qabiliyyətləri ilə də ön plana çıxmalıdırlar.

Xarici universitetlərdə tibb təhsili qiymətləri nə qədərdir?

Xaricdə tibb təhsili ala biləcəyiniz bir çox keyfiyyətli, prestijli və bahalı universitetlər var. Ölkəyə görə dəyişən təhsil haqları və giriş tələbləri ilə bağlı ətraflı araşdırma üçün qəbul olmaq istədiyiniz universitetlərin rəsmi veb saytlarından məlumat almağınızı tövsiyə edirik. Onu da qeyd etmək lazımdır ki, Amerika və İngiltərə kimi dünyanın ən yaxşı tibb təhsili verən universitetlərinin təhsil haqları və yaşam xərcləri yüksək olsa da, əksər təhsil müəssisələrinə müraciətlərdə təqdim etdiyiniz elmi araşdırmalar və tədqiqatlarınız böyük rol oynayacaqdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada tibb tehsili

Xaricdə tibb təhsili almaq kifayət qədər yüksək təhsil haqqı tələb edir. Məsələn ABŞ, Kanada kimi ölkələrdə tibb təhsili almaq istəyirsinizsə, minimum 30.000 dollar təhsil haqqını nəzərə almalısınız. Təhsil haqları universitet və tibbin sahələrinə görə dəyişə bilər. Məsələn Amerikada birbaşa tibb proqramlarına qəbul olmaq mümkün deyil. İlk növbədə Pre-med adlı proqramı bitirməli, daha sonra birbaşa bakalavr proqramlarına müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button