İtaliyada Bakalavr Təhsili Almaq – 2024 Xaricdə Təhsil
İtaliya hər il dünyanın hər yerindən minlərlə tələbəni cəlb edir. Köklü təhsil tarixi ilə yanaşı, geniş imkanlara malik müasir universitetləri ilə də diqqət çəkir. İtaliya qərb sivilizasiyasına verdiyi çoxsaylı töhfələrlə yanaşı, son illərdə tədqiqat və inkişaf sahəsində Avropa ali təhsilinə də mühüm töhfələr vermişdir. Avropanın ilk universiteti olan Bolonya Universitetinin adını daşıyan və ümumi ali təhsil sisteminin qurulması və əməkdaşlığın artırılması məqsədi daşıyan Boloniya Prosesi bunun kiçik bir nümunəsidir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
İtaliyada Bakalavr Təhsili Almaq
Italiya təhsil sistemində bakalavr təhsili 3 il davam edir. Avropa Kredit Köçürmə Sisteminə (AKTS) əsasən, hər semestrdə orta hesabla 30 kredit kursu keçilməlidir. Müvafiq olaraq, 3 illik bakalavr təhsili üçün ümumi kredit 180 AKTS təşkil edir. Tələbə 180 AKTS-ni tamamladıqda və təhsil planında staj və bakalavr işi kimi tələblər yerinə yetirildikdə məzun olur.
İtaliyada Necə Bakalavr Təhsili Almaq Olar?
İtaliyada bakalavr təhsili almaq üçün müraciət prosesi bir çox məsələləri əhatə etdiyi üçün uzunmüddətli proses olacaqdır. İtaliyada təhsilə başlamaq istədiyiniz tədris ilindən əvvəl dekabr ayında başlayan müraciət proseslərini izləməli və qəbulunuzu almalısınız. Daha sonra İtaliyada konsulluq və rəsmi prosedurlar kimi uzun və yorucu bir proses sizi gözləyir. Bəzi ixtisaslar İtaliyada təhsili imtahanla, bəziləri onlayn müsahibə ilə, bəziləri isə imtahansız qəbul edir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
İtaliyada imtahanla qəbul edilən ixtisaslara Tibb, Memarlıq, Mühəndislik, Stomatologiya və Əczaçılıq kimi ixtisasları aid etmək olar. Bu ixtisaslar üçün IMAT, TOLC və TIL kimi xüsusi imtahanlar təşkil olunur. Ancaq hazırlıq prosesi yalnız kurslarla deyil, həm də ciddi bir təqib və inkişaf prosesini izləyəcək peşəkar bir yanaşma ilə mümkündür. AzStduy komandası olaraq biz tələbələrimizin bütün hazırlıq prosesini izləyirik.
Hər il artan müraciətlər rəqabəti də özü ilə gətirir. Tələbələri bu müsahibəyə ən yaxşı şəkildə hazırlamaq üçün ən uyğun resursları seçmək, təhsil proqramı yaratmaq və ona əməl etmək, tələbəyə xas prosesi həyata keçirmək çox vacibdir. İmtahansız qəbul olunan ixtisaslar üçün dil biliyiniz, akademik motivasiyanız və akademik nailiyyətləriniz kimi meyarlar nəzərə alınır. Bu ixtisaslar üçün yaxşı bir ərizə faylı hazırlamaq, ən uyğun variantları təqdim etmək və müraciət prosesini yaxşı izlmək lazımdır.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Bakalavr Proqramları Üçün Tələb Olunanlar
- Bütün transkriptlər və diplomlar (və əgər varsa, tərcümələr).
- CV
- İki və ya üç istinad məktubu.
- İxtisaslarınızı, niyə proqrama ən uyğun olduğunuzu və karyera məqsədlərinizi əhatə edən şəxsi bəyanat (motivasiya məktubu).
- IELTS/TOEFL/PTE Akademik dil sertifikatı
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.