Türkiyədə Təhsil

Türkiyə Ali Təhsil Sistemi – Ümumi Məlumat – 2024

turkiyede tehsil

Ümumi Məlumat

1981-ci ildə yeni Ali Təhsil Qanununa uyun olaraq Türkiyədə ali təhsilin idarə edilməsi hərtərəfli qurulmuş və beləliklə, sistem mərkəzləşdi və bütün ali təhsil müəssisələri Ali Təhsil Şurasına (YÖK) bağlandı. Bu restrukturizasiyadan sonra bütün ali təhsil müəssisələri universitet kimi layihələndirildi. Ölkə üzrə ali təhsilin genişləndirilməsinə nail olunmuş və ali təhsil ərizə qəbulu mərkəzləşdirilmişdir. 2012-ci ildən etibarən isə Türkiyədə ali təhsil 12 il davam edir və üç mərhələyə (məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsil) bölünür.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

turkiyede tehsil

İbtidai Məktəbəqədər Təhsil: Bu təhsil pilləsi ibtidai təhsil yaşına çatmamış 3-5 yaş qrupunda olan uşaqların fakultativ əsaslarla təhsilini nəzərdə tutur.

İbtidai Təhsil: 6-10 yaş qrupunda olan uşaqların təhsilini və təlimini nəzərdə tutur və ibtidai təhsil bütün vətəndaşlar üçün məcburdur, belə ki, dövlət məktəblərində ödənişsizdir və dörd il (1, 2, 3, 4-cü siniflər) davam edir.

Orta Təhsil: 10-14 yaş qrupunda olan uşaqların təhsil və təlimi əhatə edən bu təhsil pilləsi də, bütün vətəndaşlar üçün məcburidir və dövlət məktəblərində ödəniş şəkildə dörd il (5, 6, 7, 8-ci siniflər) davam edir. Orta təhsili sonuna yaxın şagirdlərə həm ümumi, həm peşə, həm də texniki liseylər və onların hazırlaşdıqları məşğulluq növləri haqqında məlumat verilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Lisey Təhsili: 14-17 yaş arası (9-cu, 10-cu, 11-ci və 12-ci siniflər) uşaqları əhatə edən dörd illik təhsil proqramı verən ümumi və ya peşə və ya texniki xarakterli lisey məktəblərdən ibarətdir. Lisey təhsili bütün vətəndaşlar üçün məcburidir və dövlət məktəblərində pulsuzdur.

Ali Təhsil: Şagirdlər orta məktəbi bitirdikdən sonra Bolonya üç dövrəli sistemə uyğun olan ali təhsil müəssisələrinə daxil ola bilərlər.

Dərəcələr

Önlisans Dərəcəsi (qısa dövr): İki illik təhsil proqramının sonunda verilən önlisans dərəcə proqramları universitetlər və orta təhsildən sonrakı peşə məktəbləri tərəfindən təklif olunur. Bəzi distant təhsil proqramları da möcvuddur və önlisans proqramları iş yerində təlim müddəti tələb edə bilər.

turkiyede tehsil

Bakalavr Dərəcəsi (1-ci dövr): Dörd illik kurs və 240 AKTS təhsili başa çatdıqdan sonra verilir. Stomatologiya, baytarlıq və əczaçılıq üzrə təhsil müddəti beş il, tibb təhsili üzrə isə altı ildir və bu dörd sahə üzrə ixtisaslar magistr dərəcəsinin ekvivalenti hesab olunur.

Magistratura Dərəcəsi (2-ci dövr): İncəsənət Magistrinə (MA) və ya Elmlər Magistrinə (MS) aparan iki illik proqram, Tezli və Tezsiz olaraq iki növ magistr proqramına malikdir. Belə ki, Tezli Magistr Proqramı ümumiyyətlə minimum 120 AKTS-dən ibarət kurslardan ibarət iki illik proqramdır və sonra tezis təqdim olunur. Tezsiz Proqramlar isə bir və ya bir il yarım ərzində tamamlanmalı və minimum 90 kreditdən ibarət magistr kurslarınının və müddətli layihənin tamamlanmasını tələb edir.

turkiyede tehsil

Doktorantura Dərəcəsi (3-cü dövr): Adətən PhD dərəcəsinə aparan səkkiz semestrlik proqramdır və o, 180-240 AKTS-li kurslardan, bacarıq imtahanından, dissertasiya təklifindən, dissertasiyadan və onun şifahi müdafiəsindən ibarətdir. Kurs işini və bacarıq imtahanını müvəffəqiyyətlə başa vurduqdan sonra tələbələr dissertasiyasını təqdim etməli və imtahan komissiyası qarşısında şifahi şəkildə müdafiə etməlidirlər.

Tibb Proqramları üzrə İxtisaslaşma: Bu dərəcə növü doktorluq dərəcəsi proqramlarına bərabərdir və tibb fakültələrində, universitet xəstəxanalarında və tədqiqat və təlim xəstəxanalarında həyata keçirilir. Tibb üzrə ixtisaslaşma üçün tibb fakültələrini bitirənlər üçün tibb elminin müxtəlif sahələri üzrə müsabiqə yolu ilə seçim imtahanı keçirilir. Mütəxəssis namizədlərdən dissertasiya təqdim etmələri və imtahan komissiyası qarşısında müdafiə etmələri tələb olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil

Təhsil Haqqı

Dövlət və qeyri-kommersiya fondu universitetlərində təhsil haqları fərqli şəkildə tətbiq edilir. Dövlət universitetlərində təhsil haqları müxtəlif ixtisaslar üzrə təhsilin növü və müddəti nəzərə alınmaqla Prezidentin Sərəncamı ilə müəyyən və elan edilir. Qeyri-kommersiya fondu universitetlərində isə təhsil haqları universitetin Qəyyumlar Şöbəsi tərəfindən qərarlaşdırılır.

Tələbələr həmin semestrin əvvəlində kurslara qeydiyyatdan keçməzdən əvvəl hər semestr üçün təhsil haqqını ödəməlidirlər. İstər dövlət, istərsə də qeyri-kommersiya fondu universitetlərində universitetə qəbul olunan tələbələrin müəyyən faizinə müxtəlif təqaüdlər verilir. Bu təqaüdlər tam və ya qismən təhsildən imtina, ləyaqət və ya dəstək təqaüdləri ola və bəziləri akademik materiallar, yaşam, yemək və içkilər və hətta müəyyən müavinətlərə cavab verə bilər. Bu dəstəyə əlavə olaraq, tələbə köməkçisi və tədqiqat təqaüdləri Türkiyədə təhsil zamanı faydalı ola biləcək başqa bir dəstək növüdür.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button