[reklamvideo]
Work and Travel

Work and Travel Nədir? – Amerikaya Səyahət Fürsəti! – 2024

turkiyede tehsil

Work and Travel Nədir?

Work and Travel Amerika hökumətinin nəzarəti altında həyata keçirilən tələbə mədəni mübadilə proqramıdır və burada dünyanın müxtəlif yerlərindən olan universitet tələbələri yay tətilləri zamanı ABŞ-da işləmək və ingilis dilini təkmilləşdirmək, həmçinin təhsil müəssisələri ilə tanış olmaq imkanı əldə edirlər.

Work and Travel sayəsində siz Amerikanı turist kimi deyil, yerli bir vətəndaş kimi yaşayıb anlamağa imkan verəcək və bunu edərkən də yol xərclərini qarşılayıb 20.000 ABŞ dollarına qədər qazanıb ölkəyə geri qayıda biləcəyiniz bir proqramdır! Ümumiyyətlə, Work and Travel düzgün başa düşüldüyü və istifadə edildiyi təqdirdə unikal fürsətə çevrilən bir proqramdır və hər bir universitet tələbəsinin ən azı bir dəfə yaşaması vacib bir təcrübədir. Əgər sizdə bu proqramda iştirak etmək və daha ətraflı məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Çünki Work and Travel sizə həm unudulmaz macarə bəxş edəcək, həm də sizi Amerika ilə tanış edəcəkdir! WAT ilə bəlkə də ilk dəfə xaricə tək səyahət edəcəksiniz, ilk dəfə işiniz, müdiriniz və ilk dəfə qazandığınız ölkəyə geri qayıdacaqsınız və bəlkə də daha çox təcrübə yaşayacaqsınız. Bu proqram sizə alternativi olmayan şəxsi inkişaf və özünə inam qazanmaq imkanı da verəcəkdir.

Ayda orta hesabla 900-1500 ABŞ dolları qazana, proqram üçün tələb olunan yaşayış və səyahət xərclərinizi qarşılaya biləcəksiniz. ABŞ kimi hər kəsin arzusunda olduğu ölkəni ziyarət edərək, pul qazana biləcəksiniz. Eyni zamanda işləmək və tətil etmək imkanınız olacaq və bütün bunları edərkən, proqramın sonunda ömürlük təcrübə və biliklə ölkənizə qayıdacaqsınız.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

rusiyada tehsil

Work and Travel Proqramının Üstünlükləri Nələrdir?

Work and Travel ilə siz ABŞ-da 4 ay ərzində ingilis dilinizi təkmilləşdirmək və gündəlik həyatda təcrübə keçmək imkanınız olacaqdır. İngilis dilində danışdıqca xarici dilinizə inamınız artacaq və istənilən mühitdə yenə də özünüzü ingilis dilində ifadə edəcəksiniz və bu inam sayəsində praktik qabiliyyətiniz artacaq və xarici dil qorxunuz da aradan qalxacaqdır.

Gələcək karyeranız üçün əmanətiniz olacaqdır və bu təcrübə sizə gələcəkdə həm maddi, həm də təcrübə baxımından bir çox sahədə rəqiblərinizdən bir neçə addım öndə olmağa imkan verəcəkdir. Xaricdə iş təcrübəsi qazanacaq və bununla da CV-nizə yeni dəyər qatacaqsınız. Fikir verin, CV-nizdə hələ tələbə olanda işlədiyiniz Amerika şirkətlərinin adları və istinadları olacaq! Bu, həqiqətən də çox mühüm üstünlükdür!

Work and Travel Proqramına Necə Qoşulmaq Olar?

Siz həm də Amerika mədəniyyətindən, həm də digər ölkələrdən olan Work and Travel mədəni mübadilə proqramı tələbələri ilə də görüşmək və onların mədəniyyətləri ilə tanış olmaq və yeni dostluqlar əldə etmək imkanı qazanmaqla yanaşı, həm də onlara öz mədəniyyətimizi tanıtmaq fürsəti əldə edəcəksiniz!

Yekun olaraq, siz Work and Travel proqramında iştirak etməklə özünüzü yeni və maraqlı təcrübədə tapacaqsınız və müxtəlif mədəniyyətlərin hər an yaxınlaşdığı dünyamızda bu istiqamətdə bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz! Work and Travel proqramı haqqında daha detallı məlumat alıb, proqramın iştirakçısı olaraq ölkəyə 20.000 ABŞ dolları ilə birlikdə gəlmək istəyisinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button