5 Addımda Kanada Universitetlərinə Müraciət Prosesi – 2024
Mədəniyyət, dil və həyat baxımından dünyanın ən qeyri-adi müxtəlif ölkələrindən biri olan Kanada hər il 300.000-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edir. Dünyada adambaşına immiqrasiya sıxlığının ən yüksək olduğu ölkələrdən biri olan Kanada, xüsusilə Asiya və Avropadan çoxlu sayda mühacirə ev sahibliyi edir. Təbiət gözəllikləri, müasir və inkişaf etmiş tələbə şəhərləri, 90%-ə qədər savadlılıq səviyyəsi, iqtisadi zənginliyi, yüksək maaş variantları və iş imkanları ilə heyran olan Kanada bu gün təkcə bakalavr təhsili almağı düşünən tələbələrin deyil, akademiklərin də sevimli məkanıdır. Bu məqaləmizdə isə Kanadada bir universitetdə təhsil almaq istəyən tələbələr üçün universitetlərə müraciət prosesi haqqında bütün məlumatları bir araya topladıq!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
1. Proqram və Universiteti Seçin
Sizin üçün uyğun olan dərəcə proqramını və təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini seçməklə başlayın. Kanadada demək olar ki, hər bir bakalavr və magistr proqramı ingilis dilində tədris olnur. İstər bakalavr, istərsə də magistr tələbəsi olmağınızdan asılı olmayaraq, dərəcələr fənlər üzrə çoxsaylı sahələrdə mövcuddur. Kanada humanitar, biznes və elm proqramları da daxil olmaqla müxtəlif proqramları ilə beynəlxalq səviyyədə tanınır.
2. Tələb Olunan Sənədləri Hazırlayın
Bütün universitetlər tərəfindən tələb olunan əsas sənədlərə motivasiya məktubu, tövsiyə məktubu və əgər varsa, əvvəli iş təcrübənizi özündə əks etdirən CV daxildir. Universitetlər də əvvəlki tədqiqatların tamamlanmasına dair sübut tələb edəcəklər. Bu tələbi yerinə yetirmək üçün kollecə bakalavr pilləsində daxil olunursunuzsa, orta məktəbinizindən və ya magistr və ya daha yüksək pillədə təhsil alırsınızsa, əvvəlki universitetinizdən rəsmi transkript təqdim edin. İngilis dil biliklərinizi təsdiq edən rəsmi beynəlxalq imtahan testlərindən də uğurla keçməyiniz tələb olunacaqdır.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
3. Xüsusi Qəbul Şərtlərini Yoxlayın
Müraciət etmək istədiyiniz Kanada universitetlərindən asılı olaraq, xüsusi sənədlər tələb oluna bilər. Həmin qəbul tələbləri üçün həmişə universitetlərin veb saytlarını yoxlayın və hər hansı bir sualınız üçün müvafiq universitet mərkəzinə müraciət edin. Kanadada müraciətlər və qəbullar müraciət edəcəyiniz universitet tərəfindən həyata keçirilir. Namizəd tələbələr eyni vaxtda bir neçə fərqli proqrama və universitetə müraciət edə bilərlər.
4. Ərizələrinizi Təqdim Edin
Kanadada təhsil almaq üçün universitetlərə müraciətlərin əksəriyyəti onlayn ərizə sistemi vasitəsilə həyata keçirilir. Ərizə formaları seçilmiş universitet saytlarında mövcuddur və adətən ərizə haqqının ödənilməsini tələb edir. Ərizə formasını doldurduqdan sonra tələb olunan sənədləri əlavə edin və ya onları universitetə göndərməyə hazır olun.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
5. Qəbul Nəticələrinizi Gözləyin
Kanada universitetlərinə qəbul nəticələri adətən yazın sonunda açıqlanır. Özəl universitetdə təhsil almaq istəyirsinizsə, adətən sizdən birinci semestr üçün təhsil haqqını ödəməyiniz tələb olunacaqdır. Əks halda, təhsilinizi davam etdirəcəyiniz universitet sizə rəsmi qəbul məktubu, viza sənədləri üçün qəbul təsdiqi və Kanadada təhsil haqqında digər praktiki məlumat göndəriləcəkdir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.