[reklamvideo]
imtahanlar

SAT İmtahanı nədir? SAT imtahanı almaq olurmu? – 2024 ƏN SON

turkiyede tehsil

SAT (Scholastic Assessment Test), Amerika Birləşmiş Ştatlarındakı qəbul prosesində tələb olunan standartlaşdırılmış imtahan testidir. Bu test, ABŞ və Kanada universitetləri və kollecləri tərəfindən tələb edilən bir imtahan nəticəsidir və iki hissədən ibarətdir. Əvvəlllər Amerikada təhsil almaq istəyən tələbələrin müraciət etdiyi imtahan olmasına baxmayaraq son zamanlarda xaricdə bir çox universitetlərə qəbul zamanı tələb olunur. Collage Board adlanan qurum tərəfindən keçirilən bu imtahan tələbələrə ildə 7 dəfə iştirak etmək imkanı verir. Bunun üçün həmin qurumun saytından qeydiyyatdan keçməlisiniz ki, daha sonra imtahanda iştirak edə biləsiniz.

SAT imtahanının tarixi

SAT, ya da Scholastic Assessment Test, ilk olaraq, 1926-cı ildə, ali təhsilə giriş üçün qeyri-kommersiya təşkilatı College Board tərəfindən yaradılmışdır. Əvvəlki adı Scholastic Aptitude Test olan imtahan, tələbələrin universitetdə müvəffəqiyyətlə qarşılaşmaq qabiliyyətlərini ölçmək üçün istifadə edilir.

İllər ərzində SAT bir neçə dəyişiklik etmiş və imtahan qərərlarında fərqli qərarlar qəbul etmişdir. 1990-cı illərdə, yazı bölməsini daxil etmək üçün yenidən tərtib edilmişdir və 2005-ci ildə yeni bir bal sistemi yaradılmışdır. 2016-cı ildə College Board, SAT’ı universitet və karyera hazırlığı üçün tələb olunan bacarıqlar və biliklərə diqqət yetirmək üçün yenidən “dizayn etmişdir”.

Tarix boyu SAT mübahisəli bir imtahan olmuşdur və tənqidçilər onun bəzi tələbə quruplarına qarşı ədalətsiz yanaşdığı və akademik bacarığı düzgün şəkildə ölçmədiyini iddia edirlər. Bu tənqidlərə baxmayaraq, SAT ABŞ-də ən çox istifadə olunan universitet qəbul imtahanlarından biri olaraq qalır.

SAT 1 və SAT 2 imtahanı- imtahanlar arasında fərq nədir?

SAT 1, universitetə qəbul müraciətləri zamanı istifadə edilən bir sınaqdır. Test, riyaziyyat və oxuma/yazma(reading and writing) bacarıqları olmaqla iki hissədən ibarətdir. Bu test, tələbələrin ümumi bacarıqlarını ölçmək üçün hazırlanmışdır. SAT 1, müəyyən tarixdə qərarlaşdırılmış imtahandır və tələbələr həmin tarixdə imtahanda iştirak etməlidirlər. Ümumi imtahan vaxtı isə 3 saat təyin olunur. Yazı hissəsinə ayrılan zaman 65 dəqəiqə olduğu halda , oxumaqla bağlı imtahan hissəsi 35 dəqiqə davam edir. Ümumilikdə bu mərhələ üzrə sualların cəmi 96 ya bərabərdir. Oxuma hissəsində 5 mətn təqdim olunur. Bu zaman tələbənin psixoogiya və tarixlə bağlı biligiləri yoxlanılır, mətinlərdəki suallar isə təəqribən 10-11 sual təşkil edir. İmtahana müraciətlə bağlı xüsusi yaş tələbi yoxdur. Belə ki, əsasən son sinif şagirdləri tərəfindən müaricət edilməsinə baxmayaraq, tələbə adını qazanmaq istəyən istənilən şəxs müraciət edə bilər.

İkinci hissə olan riyaziyyat fənni, 2 hissədən ibarətdir. Burada ümümilikdə 58 sual təqdim olunur. Kalkulyatordan istifadənin qadağan olduğu bu imtahanda 80 dəqiqə ərzində cəbr, verilənlərin təhlili və s kimi mövzuların həll edilməsi və doğru cavabın təyin olunması tələb olunur.

SAT 2 imtahanı

SAT 2 imtahanı qazaandığınız bilik və bacarıqların hansı səviyyədə olmasını yoxlamaq üçün keçirilir. Tələbələr seçdikləri ixtisaslara yönəlik olaraq SAT subject imtahanında özlərini sınaya bilərlər. 1 saat ərzində tapşırıqların yekunlaşdırılması tələb olunan imtahanda sual sayı seçilən sahəyə uyğun olaraq fərqlənir. Təyin edilmiş konkret sual sayı yoxdur. Belə ki, bu iki imtahanın nəticələrindən SAT 1-in daha vacib olduğunu, bu imtahan nəticəsinin əsas nəticə olaraq götürüldüyünü vurğulaya bilərik. Amma hal-hazırda olan rəqabət şərtlərini də göz ardı edə bilmərik, ona görə də SAT 2 imtahanının nəticəsinin xüsusi bir üstünlük olduğunu qeyd etmək yerinə düşərdi.

turkiyede tehsil

Kolleclərə qəbul olmaq üçün SAT imatahanı vacibdir

Group of students taking test

SAT imtahanının əhəmiyyəti, tələbənin akademik bacarıqlarının təyin olunmasında istifadə olunur. Onu da qeyd etməliyik ki, kollec və universitetlər tələbələrin qəbul prosesində SAT imtahanından başqa digər faktorları da nəzərə alırlar, buna (reading, writing, təhsil zamanı müəyyən əlavə fəaliyyətlər, esse yazmaq) və s. daxildir.

SAT imtahanının bu qədər vacib olmasının bir digər səbəbi, tələbələrin fərqli məktəblərdən və bölgələrdən gəldikləri üçün onlara bərabər və eyni hüquqlu təhsil mühiti təşkil etmək, beləcə tələbələrin akademik fəaliyyətinin müqayisə edilməsinə şərait yaratmaqdır.

Bəzi kolleclər və universitetlər qəbul üçün minimum bal tələb edirlər. Lakin elə universitetlər və ixtisaslar var ki, burada rəqabət olduqca güclüdür və müəyyən olunmuş balı toplaya bilməyən tələbə avtomatik olaraq qəbul müsəssisəsindən uzaqlaşdırılır.

Bundan əlavə, SAT imtahanından tələbələrin eyni hüquqlu şəkildə təqaüd və xüsusi qurumlar tərəfindən verilən yardımların ala bilməsi üçün maliyyə məsələlərinin ədalətli şəkildə təşkil olunmasında istifadə olunur. Rəqabətli sistem, akademik cəhətdən daha motivasiyalı, daha elmli tələbələrin yetişdirilməsinə və təhsil almalarına səbəb olur.

SAT imtahanı rəqəmsallaşdırılır-Evdən də imtahan vermək mümkündür

Bəli, artıq SAT imtahanı digər bir çox standartlaşdırılmış imtahanlar kimi; mədəniyyət və təhsil imtahanları kimi dijital olaraq təklif edilir. Bu, tələbələrə imtahanı istədikləri zaman və istədikləri yerdə vermək imkanı verir. Digər bir xüsusiyyət isə, tələbələrə riyaziyyat hissəsində hesablayıcıdan istifadə etmək imkanının verilməsidir. Bununla birlikdə, riyaziyyat hissəsində hesablayıcının istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər hələ də vardır.

Həmçinin, SAT imtahanının digər bir xüsusiyyəti də, tələbələrin imtahanı evdən verə bilmələridir. Bu, pandemiya vaxtı, sosial məsafənin qorunması və təhlükəsizlik məqsədləri üçün gərəkli olmuşdur.

Artıq beynəlxalq tələbələr üçün təşkil olunan 2023-cü il mart ayından etibarən onlayn şəkildə müraciət edilməsi mümkün olan Digital SAT imtahanı hal-hazırki kağız qələm testindən daha qısa müddət ərzində, 2 saat ərzində təşkil ediləcəkdir və 1600 ballıq sistemlə təyin olunacaqdır. Qeyd edək ki, bu imtahan ən-ənəvi qayda da olaraq 3 hissədən ibarətdir və bu format dəyişdirilməmişdir.

Qeyd edək ki, SAT imtahanı da zamanla dəyişə bilər və yenilənə bilər. Buna görə də, tələbələrin imtahana qatılmadan öncə yeniliklər və ya məhdudiyyətlər barədə ən son məlumatları əldə etmək üçün rəsmi SAT saytını izləmələri tövsiyyə olunur.

SAT imtahanı almaq olurmu?

SAT imtahanının verilməsiylə bağlı bir çox qaydalar vardır və tələbələrin maraqlandığı suallardan biri də bu imtahanın satın alınıb, alınmaması ilə bağlıdır. Lakin hər sahədə olduğu kimi bu imtahanı müxtəlif qiymətlərə tələbələrə təklif edən dələduzlar və fırıldaqçıların sayı hər ötən gün artır. SAT imtahanı haqqda və qiymətlər barəsində daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə yarada və bizdən pulsuz konsultasiya ala bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button