[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq Üçün Etməli Olduqlarınız – 2024

Xaricdə təhsil almaq əksər tələbələrin arzusudur. Üstəlik, bu arzuya Amerika, Kanada, İngiltərə və Avstraliya kimi gözəl ölkələr, nüfuzlu universitetlər əlavə olunduqda, hər il xarici ölkədə təhsil almaq istəyən tələbələrin sayı artır. Xaricdə təhsilin ən yaxşı tərəfi bütün dünyada etibarlı olan diploma sahib olmaqdır. Təbii ki, bu diplom sizə tam təchiz olunmuş təhsil prosesini də təklif edir.

Xaricdə təhsil müəssisələri; müasir laboratoriyaları və elmi-tədqiqat mərkəzləri, qabaqcıl kitabxanaları, unikal tarixi, işəgötürənlərlə əlaqələri, öz sahələrində mütəxəssis olan və bir çox uğurlar qazanmış akademikləri ilə heyran buraxır. Eyni zamanda oxuyarkən keçəcəyiniz təcrübələr, inkişaf etdirəcəyiniz və praktiklik qazanacağınız xarici diliniz, inkişaf etdirəcəyiniz fəaliyyətlər və mədəni tədbirlər təhsilinizin daha da yüksək pillələrə qalxmasını təmin edəcəkdir. Xaricdə təhsil almağı düşünən tələbələr üçün bu məqaləmizdə universitetlərə müraciət etməzdən əvvəl etməli olduqlarını 5 maddədə birləşdirib ətraflı məlumat verəcəyik.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

imtahansiz avropada tehsil

1. Xaricdə Təhsil Almaq Üçün Büdcənizi Təyin Edin

Əlbəttə, beynəlxalq təhsil bahalı ola bilər, lakin büdcəniz xaricdə təhsil almaq üçün uyğun olmadıqda belə edə biləcəyiniz bəzi şeylər var:

  • Təhsil üçün kiafyət qədər münasib qiymətli və təhsil haqqı xərcləri aşağı olan əlverişli bir çox ölkə var. Buna gör də, büdcənizi təyin etdikdən sonra, əlverişli və münasib qiymətli ölkələri araşdırın.
  • Seçdiyiniz ölkəni təyin etdikdən sonra, mövcud olan təqaüd imkanlarını axtarın. Bəzi təqaüd proqramları tam yəni, xarici ölkədə olarkən bütün xərclərinizi, bəziləri isə qismən xərclərinizi qarşılayır.
  • Tələbə olaraq işləməyi və ya onun alternativlərini araşdırın. Bəzi ölkələr əcnəbi tələbələrə işləmək imkanı və icazəsi verir.

2. Ölkə və Universitet Araşdırması Edin

Əvvəlcə hansı ölkədə və hansı universitetdə təhsil almaq istədiyinizə qərar verin. Təklif etdikləri proqramları, universitet reytinqlərini və ödənişləri nəzərə alaraq “xarici universitet” seçimlərini qiymətləndirin. Xaricdə təhsil almaq üçün doğru və büdcənizə uyğun ölkəni seçmək bir çox amilləri əhatə edir. Bu amillərə ölkənin yaşayış şəraiti, mədəni fərqlər, aylıq yaşam xərcləri və təhsil müddəti bitdikdən sonra iş imkanlarını aid etmək olar. Araşdırma zamanı universitetə müraciət haqqını (application fee), təhsil haqqı ödənişlərini və mövcud olan təqaüd proqramlarını, universitetin reytinq göstəricilərini və təhsil almaq istədiyiniz fakültənin beynəlxalq tanınmışlıq dərəcəsinidə öyrənməlisiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

attestatla avropada tehsil

3. Müraciət Etdiyiniz Universitetlərin Tələblərini Öyrənin

Bakalavr proqramları üçün SAT, ACT, IP, IB, A-Level kimi göstəricilərinizin olması üstünlükdür. Top universitetlər bu göstəricilərdən biri olmadıqda qəbul şansınız aşağı düşür. Magistr proqramları üçün isə ixtisasınızdan asılı olaraq GRE, GMAT, ALES və s. kimi beynəlxalq imtahan sertifikatları tələb olunur. GRE, əsasən texniki yönümlü ixtisaslarda, GMAT isə biznes-iqtisadiyyat yönümlü ixtisaslarda tələb olunur. ALES, Türkiyənin dövlət və prestijli özəl universitetlərinə qəbul zamanı tələb olunur.

4. Tələb Olunan Sənədləri Təqdim Edin

Tələb olunan imtahanlarla tanış olduqdan sonra isə sənədlər haqqında ətraflı məlumat əldə etməlisiniz. Xaricdə təhsil almaq üçün tələb olunan sənədlər və imtahanlar qəbul olmaq istədiyiniz universitet və ixtisasa görə dəyişiklik göstərdiyi halda, əsasən aşağıdakı sənədlər tələb olunur:

  • Motivasiya Məktubu: Xarici universitetlərin demək olar ki, bir çox tərəfindən tələb olunan motivasiya məktubu qəbul prosesinizdə vacib rol oynayır. Buna görə də, motivasiya məktubunuzu son dərəcə peşəkar və özünüzə xas şəkildə yazmalısınız. Məktubun mahiyyəti universitetə və ixtisasa qəbul olunmaq üçün nə qədər istəkli və həvəsli olduğunuzu bildirməkdən ibarətdir.
  • Tövsiyə Məktubu: Tələb olunan digər bir sənəd isə, tövsiyə məktubu sizin universitetə qəbul olunmanız üçün tövsiyə xarakterli yazılır. Motivasiya məktubundan fərqli olaraq, tövsiyə məktubunu siz özünüz deyildə, universitet professoru və ya elmi dərəcəli bir şəxs tərəfindən yazılmalıdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

5. Universitetlərin Son Müraciət Tarixlərini Qaçırmayın

Təhsil almaq istədiyiniz universitetləri təyin etdikdən sonra son müraciət tarixlərini (deadline) nəzərə almalı və qaçırmamalısınız. Siz bu zaman ehtiyatlı davranıb son müraciət tarixindən ən az 2 ay əvvəl müraciətinizi edib, sənədlərinizi təqdim etməlisiniz. Lakin bəzi universitetlər müraciət tarixlərini müvəqqəti vaxt ərzində açıq elan edirlər və bu halda, dərhal müraciət prosesinizi tamamlamaq sizin üçün faydalı olacaqdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button