Xarici Universitetlərə Ümumi Qəbul Tələbləri Nələrdir? – 2024
Xaricdə təhsil almaq əksər tələbələrin arzusudur. Üstəlik, bu arzuya Amerika, Kanada, İngiltərə və Avstraliya kimi gözəl ölkələr, nüfuzlu universitetlər əlavə olunduqda, hər il xarici ölkədə təhsil almaq istəyən tələbələrin sayı artır. Xaricdə təhsilin ən yaxşı tərəfi bütün dünyada etibarlı olan diploma sahib olmaqdır. Təbii ki, bu diplom sizə tam təchiz olunmuş təhsil prosesini də təklif edir.
Xaricdə təhsil müəssisələri; müasir laboratoriyaları və elmi-tədqiqat mərkəzləri, qabaqcıl kitabxanaları, unikal tarixi, işəgötürənlərlə əlaqələri, öz sahələrində mütəxəssis olan və bir çox uğurlar qazanmış akademikləri ilə heyran buraxır. Eyni zamanda oxuyarkən keçəcəyiniz təcrübələr, inkişaf etdirəcəyiniz və praktiklik qazanacağınız xarici diliniz, inkişaf etdirəcəyiniz fəaliyyətlər və mədəni tədbirlər təhsilinizin daha da yüksək pillələrə qalxmasını təmin edəcəkdir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Bəs, Xarici Universitetlərə Ümumi Qəbul Tələbləri Nələrdir?
1. Ortalama qiymət (GPA)
Bakalavr və ya magistr proqramlarına müraciət etməyinizdən asılı olmayaraq attestat və ya bakalavr qiymətləriniz yaxşı olmalıdır. Bakalavr proqramlarına müraciət zamanı attestat qiymətləri əsas götürülür. Bir çox universitetlər bu qiymətlərə əsasən tələbələri qəbul edir. Bununla yanaşı, buraxılış imtahanından da yaxşı nəticələr əldə etməlisiniz. Magistr proqramlarına müraciət zamanı isə bakalavr yekun orta göstəriciləriniz nəzərə alınacaq. Əgər top universitetlərdə təhsil almaq istəyirsinizsə, bu zaman qiymətləriniz ən azı 80 olmalıdır.
2. Beynəlxalq imtahan nəticələri
Bakalavr proqramları üçün SAT, ACT, IP, IB, A-Level kimi göstəricilərinizin olması üstünlükdür. Top universitetlər bu göstəricilərdən biri olmadıqda qəbul şansınız aşağı düşür. Magistr proqramları üçün isə ixtisasınızdan asılı olaraq GRE, GMAT, ALES və s. kimi beynəlxalq imtahan sertifikatları tələb olunur. GRE, əsasən texniki yönümlü ixtisaslarda, GMAT isə biznes-iqtisadiyyat yönümlü ixtisaslarda tələb olunur. ALES, Türkiyənin dövlət və prestijli özəl universitetlərinə qəbul zamanı tələb olunur.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
3. Xarici dil sertifikatı
Əgər gedəcəyiniz ölkədə ingilis dilində təhsil almağı düşünürsünüzsə, IELTS TOEFL, Pearson və s. kimi beynəlxalq ingilis dili imtahanlarından birini verməlisiniz. Bəzi universitetlər bu imtahanları tələb etməyə də bilər, bu zaman sizə qəbul zamanı universitetin daxili imtahanını verməlisiniz.
4. Əlavə fəaliyyətləriniz
Akademik göstəricilərinizlə yanaşı, eyni zamanda dərsdənkənar fəaliyyətlərinizin, məsələn könüllülük, sosial layihə və fəaliyyətlərinizin olması sizin üçün böyük üstünlükdür. Tövsiyə olunur ki, bakalavr təhsiliniz zamanı öz sahəniz üzrə sosial fəaliyyətlərinizi genişləndirəsiniz. Bu, nəinki xarici universitetlərə qəbul zamanı, hətta təqaüdləri qazanmaqda belə sizə kömək edə bilər.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.