Xarici Universitetlərə Sənəd Qəbulu Prosesi Necədir? – 2024
Dünyanın bir çox universitetlərində xaricdə təhsil almaq üçün müraciət edərkən nə etməli olduğunuzu dəqiq başa düşmək çətin ola bilər, hər birinin öz vaxt çərçivələri, son tarixləri və tələbləri var. Əgər sizə lazım olan məlumatı tapmaqda çətinlik çəkirsinizsə, müraciət prosesində sizə kömək etmək üçün bu məqaləmizdən istifadə edə bilərsiniz. Bələdçimiz xaricdə təhsil alacağınız universiteti, fakültəni və dərəcənizlə başlamaq üçün nələrə ehtiyacınız olduğunu daha yaxşı başa düşmənizi asanlaşdıracaq.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Ortalama qiymət (GPA)
Bakalavr və ya magistr proqramlarına müraciət etməyinizdən asılı olmayaraq attestat və ya bakalavr qiymətləriniz yaxşı olmalıdır. Bakalavr proqramlarına müraciət zamanı attestat qiymətləri əsas götürülür. Bir çox universitetlər bu qiymətlərə əsasən tələbələri qəbul edir. Bununla yanaşı, buraxılış imtahanından da yaxşı nəticələr əldə etməlisiniz. Magistr proqramlarına müraciət zamanı isə bakalavr yekun orta göstəriciləriniz nəzərə alınacaq. Əgər top universitetlərdə təhsil almaq istəyirsinizsə, bu zaman qiymətləriniz ən azı 80 olmalıdır.
Beynəlxalq imtahan nəticələri
Bakalavr proqramları üçün SAT, ACT, IP, IB, A-Level kimi göstəricilərinizin olması üstünlükdür. Top universitetlər bu göstəricilərdən biri olmadıqda qəbul şansınız aşağı düşür. Magistr proqramları üçün isə ixtisasınızdan asılı olaraq GRE, GMAT, ALES və s. kimi beynəlxalq imtahan sertifikatları tələb olunur. GRE, əsasən texniki yönümlü ixtisaslarda, GMAT isə biznes-iqtisadiyyat yönümlü ixtisaslarda tələb olunur. ALES, Türkiyənin dövlət və prestijli özəl universitetlərinə qəbul zamanı tələb olunur.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Xarici dil sertifikatı
Əgər gedəcəyiniz ölkədə ingilis dilində təhsil almağı düşünürsünüzsə, IELTS TOEFL, Pearson və s. kimi beynəlxalq ingilis dili imtahanlarından birini verməlisiniz. Bəzi universitetlər bu imtahanları tələb etməyə də bilər, bu zaman sizə qəbul zamanı universitetin daxili imtahanını verməlisiniz.
Əlavə fəaliyyətləriniz
Akademik göstəricilərinizlə yanaşı, eyni zamanda dərsdənkənar fəaliyyətlərinizin, məsələn könüllülük, sosial layihə və fəaliyyətlərinizin olması sizin üçün böyük üstünlükdür. Tövsiyə olunur ki, bakalavr təhsiliniz zamanı öz sahəniz üzrə sosial fəaliyyətlərinizi genişləndirəsiniz. Bu, nəinki xarici universitetlərə qəbul zamanı, hətta təqaüdləri qazanmaqda belə sizə kömək edə bilər.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.