[reklamvideo]
Amerikada Təhsil

Amerikada Distant Təhsil Ala Biləcəyiniz Ən Yaxşı Universitetlər

Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə təhsil almaq üçün Amerikaya gəlir. Beynəlxalq səviyyədə tanınan universitetləri, yüksək təhsil standartları və tədqiqat imkanları, texnologiya müxtəlifliyi, elm və mühəndisliyə əsaslanan proqramlar, tələbələrə təklif olunan təqaüdlər və iş imkanları ilə Amerika bu gün ən çox seçilən təhsil məkanıdır. Bəs, xəyallar ölkəsi kimi təyin olunan Amerikaya getmədən də ölkənin ən yaxşı təhsil ocaqlarından diplom ala biləcəyinizi desək necə olar?!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada bakalavr tehsili

Amerikada Distant Təhsil

Distant təhsil proqramı ilə siz bakalavr, magistr və ya doktorantura proqramları üçün onlayn təhsil ala, xarici dil və texniki bacarıqlarınızı təkmilləşdirə bilərsiniz. Bu gün bütün dünyada distant təhsil tətbiq edilsə də, onun qabaqcıllığı və populyarlığı Amerika sayəsində baş vermişdir. ABŞ-da distant təhsil üçün müraciət edən tələbələrin ən çox üstünlük verdiyi proqramlar arasında MBA, informasiya texnologiyaları, media-kommunikasiya və mühəndislik ixtisasları birinci yerdədir.

Ölkə dünyanın ən yaxşı tələbə şəhərləri və universitetlərinə ev sahibliyi etsə də, həm universitetlər, həm də şəhər həyatı olduqca bahadır. Son illərdə bu, tələbələrə Amerikada münasib qiymətə distant təhsil verən universitetlərə müraciət etməyə imkan verib. Bəs, Amerikada hansı universitetlərdə distant təhsil almaq mümkündür? Təfərrüatlar məqaləmizdə…

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

The University of New Orleans

Amerikada distant təhsil verən universitetlər arasında hörmətli yerə sahib olan New Orleans Universiteti 1958-ci ildən bəri 130 müxtəlif ölkədən tələbələrə təhsil almaq imkanı təklif edir. Məzun olduqdan sonra ilk 2 ildə 90% işə yerləşdirmə təmin edən universitetdə təsviri sənətlər də daxil olmaqla, 8 fakültədə zəngin dərəcə proqramları mövcuddur. Amerikada təhsil almaq istəyən tələbələrin fəlsəfə, yaradıcı yazarlıq və MBA kimi onlayn bakalavr və magisstr proqramlarına üstünlük verdikləri universitet beynəlxalq tələbələr üçün əla imkanlar təqdim edir.

Florida International University

Amerikada onlayn təhsil verən ən yaxşı universitetlərdən biri olan Florida International University xüsusilə biznes, hüquq və mühəndislik sahələrində 200-dən çox bakalavr və magistr proqramı ilə diqqət çəkir. Dünyanın 140-dan çox ölkəsindən əcnəbi tələbələri qəbul edən universitet kampusda təhsil almaq imkanı tapa bilməyən tələbələr üçün onlayn təhsil imkanları təqdim edir. Mayamidə yerləşən Florida International University sərfəli onlayn təhsil, tam və ya qiyabi təhsil təklif edən Amerikanın aparıcı ictimai tədqiqat universitetlərindən biridir. Universitet karyera yönümlü onlayn bakalavr dərəcələri təklif edir, xüsusən beynəlxalq münasibətlər, informatika və s.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bringham Young University-Idaho

Distant təhsil verən universitetlər arasında ən münasib təhsil haqqına sahib olan Brigham Young University-Idaho 1888-ci ildə qurulmuş özəl universitetdir. Amerikada onlayn təhsildə qabaqcıl təhsil sisteminə malik olan universitet, 11 bakalavr dərəcəsi üzrə 350-dən çox proqram müxtəlifliyi ilə 15 mindən çox distant təhsil tələbəsini heyran edir. Dörd illik bakalavr təhsiliniz zamanı səhiyyə sektorunda karyera ilə maraqlanırsınızsa, ictimai səhiyyə və ya səhiyyə idarəçiliyini seçə və ya proqram mühəndisliyi və ya biznes və idarəetmə kimi şöbələrə diqqət yetirə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button