[reklamvideo]
Xaricdə Təhsil

TOEFL yoxsa IELTS? – Xaricdə Təhsil Üçün Hansını Seçməli?

IELTS Nədir?

İnternational English Language Testing System, yəni 1989-cu ildən bəri təşkil edilən Beynəlxalq İngilis Dili Test Sistemi, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada və Avstraliya başda olmaqla, ümumilikdə 145 ölkədə 10.000-dən çox qurum tərəfindən qəbul edilir. Əgər ingilis dili ana diliniz deyilsə, çox güman ki, siz ingilis dilində tədris olunan xaricdə təhsil proqramında təhsil almaq üçün ərizənizin bir hissəsi kimi IELTS imtahan balınızı təqdim etməli olacaqsınız. Universitetlər, dövlət qurumları və özəl sektor şirkətləri tərəfindən qəbul edilən IELTS xaricdə təhsil və işləmək üçün açardır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Kimlər İELTS İmtahanı Verməlidir?

Xaricdə təhsil almaq üçün ingilis dilində tədris olunan proqrama müraciət edərkən, ingilis dil biliklərinizin məqbul standartda olduğunu sübut etmək üçün sizdən dil biliyi testindən keçməyiniz tələb oluna bilər. Müxtəlif universitetlər sizdən giriş tələblərinə cavab vermənizi tələb etsələr də, siz IELTS imtahan balınızla Amerika, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya, İrlandiya kimi ölkələrin təhsil müəssisələrinə müraciət edə bilərsiniz. Bu yazıda biz imtahan haqqında bilməli olduğunuz hər şeyi, o cümlədən IELTS nədir, IELTS imtahan test quruluşunu və sizə ən yaxşı şəkildə hazırlaşmağınıza kömək edəcək öyrənmə metodlarını araşdırdıq.

ieltssiz tehsil

TOEFL Nədir?

TOEFL (İngilis dili tələbələri üçün standartlaşdırılmış bir imtahan) İngilis dilində təhsil almaq və çalışmaq istəyənlərin iştirak etdiyi sınaq- imtahan sistemidir. Bu imtahan universitet səviyyəsində tələbələrin İngilis dilindən olan bilik və bacarıqlarını və onların öyrəndiklərinin nə dərəcədə mənimsəməsini qiymətləndirir. TOEFL imtahanı dünya üzrə təyin edilmiş imtahan mərkəzlərində keçirilir və kağız üzərində, rəqəmsal formatda, həmçinin internet üzərində (iBT) mövcuddur. Qeyd edək ki, İmtahanın müddəti formatın növünə görə dəyişir, lakin ümumilikdə 3-4 saat davam edir və ən yüksək bal isə 120 bal olaraq təyin olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Kimlər TOEFL İmtahanı Verməlidir?

1960 -ci ildə təşkil olunmağa başlayan TOEFL imatahanı ilk dəfə tələbələrin ingilis dilindən biliklərini qiymətləndirmək üçün ABŞ-da tətbiq edilməyə başlamışdır. Lakin öz sərhədlərini aşan, günü -gündən təhsil almaq istəyənlərin müraciət etdiyi bu imtahan indi dünyanının müxtəlif ölkələrində müxtəlif universitetləri tərəfindən təşkil olunur. Hal-hazırda dünyada 160-dan çox ölkədə 11500-dən çox universitet və institut tərəfindən qəbul edilən TOEFL imtahanı təhsil, iş və immiqrasiya üçün dünyanın ən yaxşı ingilis dili imtahanlarından biridir. Çox sayda profesional təşkilatlar da əməkdaşlıq və lisenziya məqsədləri üçün TOEFL nəticələrinə ehtiyac duyurlar.

Xaricdə Təhsil Almaq Üçün Hansı İmtahan Növünü Seçməli?

Xaricdə təhsil almaq üçün universitet imtahanı dedikdə ağıla ilk gələnlər hamının bildiyi TOEFL imtahanı və IELTS imtahanıdır. Dünyanın hansı ölkəsinə getməyinizdən asılı olmayaraq, Amerika və ya İngiltərə, Çin və ya Yeni Zelandiya olsun, xarici dil biliklərinizi sübut etmək üçün keçməli olduğunuz bu testlərin balları oxuyacağınız universitetlərə və proqramlara görə dəyişir. Çünki Harvard Universiteti və ya Oksford Universiteti kimi məktəblərdə oxuyarkən, təhsilinizi uğurla həyata keçirmək üçün güclü anlayışa və düşüncələrinizi tez ifadə etmək bacarığına, yəni ingilis dilini yaxşı bilməyə ehtiyacınız olacaqdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

  • Təhsil almaq istədiyiniz fakültə və proqrama görə dəyişən test ballarında, məsələn, Harvardın hüquq fakültəsi üçün 100 TOEFL balı tələb olunur, elm və ədəbiyyat fakültəsi üçün isə 92 bal kifayətdir.
  • Başqa bir universitet olan Stanford Universiteti mühəndislik fakültələri istisna olmaqla, bütün doktorantura və magistratura proqramlarında TOEFL imtahanı üçün 100 bal qəbul edir.
  • Böyük Britaniyada Oksford kimi universitetdə təhsil almaq istəyirsinizsə, IELTS imtahan balınızın minimum 7.0 olması gözlənilir.
  • Eyni zamanda qeyd etmək yerinə düşər ki, əgər siz müəllim olmaq istəyirsinizsə və akademik karyera qurmağı düşünürsünüzsə, minimum ballardan çoxuna ehtiyacınız var.
  • IELTS test sistemi İngiltərə, Yeni Zelandiya və Avstraliya kimi ölkələrdə daha çox istifadə edildiyi halda, TOEFL testi ABŞ və Kanada kimi ölkələrdə universitetlər tərəfindən daha çox tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button